Asiya İnkişaf Bankı tərəfindən həyata keçirilən və Koreya Respublikasının “e-Asiya” və “Bilik Tərəfdaşlığı” Fondu tərəfindən maliyyələşdirilən Texnoloji startapların təşviqi layihəsi çərçivəsində Gəncədə Startap festivalı həyata keçiriləcəkdir. Bununla bağlı 13 mart 2023-cü il tarixində Azərbaycan Texnologiya Universitetində məlumatlandırma günü keçirilib. Tədbirdə qeyd edilib ki, StartupFest Gəncə Proqramı 8 moduldan və 4 həftəlik təlimlərdən ibarətdir. Hər bir sessiya startap inkişafının fərqli aspektlərini, o cümlədən ideya, bazar araşdırması, biznes planlaşdırma və s. əhatə edir. Layihə bu sahədə uğur qazanmış ekspertlər tərəfindən həyata keçiriləcək. Proqram tələbələri startap ideyalarını inkişaf etdirmək üçün lazım olan bilik və bacarıqlarla təmin etmək məqsədini daşıyır.Məhsuldar və interaktiv keçən görüşdə bütün bunlar haqqında ətraflı məlumat verilib və sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan Texnologiya Universitetində (ATU)Azərbaycan Respublikasının Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nəzdində İnnovasiyalar Mərkəzi ilə görüş keçirilib.Görüş mərkəz tərəfindən həyata keçirilən, ATU-nun da qoşulduğu “Gələcək üçün Bacarıqlar” layihəsi çərçivəsində baş tutub. Mərkəzin departament rəhbəri Şəbnəm Məmmədova, layihə meneceri Ziniddin Babayev, İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin əməkdaşı, proqram rəhbəri Tofiq Sadıqzadə ATU-nun rektor əvəzi dos. Yaşar Ömərovla qarşıda duran məsələləri müzakirə edib, İnkubasiya proqramının qurulması və mentorluq işinin təşkili barədə danışıblar.Daha sonra “Gələcək üçün Bacarıqlar” layihəsinin Mentorluq proqramına qoşulmuş müəllim mentorlarla təlim bölgüsü aparılaraq müqavilələr imzalanıb. Bundan başqa “Tusi (2C)” inkubasiya proqramı üzrə qeydiyyatdan keçmiş tələbələrə intensiv Tusi inkubasiya proqramının icra prosesi barədə məlumatlar verilib, tələbələrin sualları cavablandırılıb.
Azərbaycan Texnologiya Universiteti (ATU) ilə “Galaksi” şirkəti arasında memorandum imzalanıb. Bu çərçivədə tərəflər arasında görüş şirkətin Gəncədəki fabrikində baş tutub. Görüş zamanı kadr hazırlığının müəssisələrin tələblərinə uyğunlaşdırılması, müasir texnologiyaların elmi əsaslarla tətbiqinin gücləndirilməsi, elmi-praktik təcrübələrin birgə aparılması, yüngül sənaye məhsullarının istehsalı sahəsində qarşıda duran məsələlər müzakirə edilib, təkliflər irəli sürülüb.Müzakirələrdən sonra Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos.Yaşar Ömərovla “Galaksi” şirkətinin rəhbəri Qiyas Akkurt əməkdaşlıq memorandumu imzalayıblar.Daha sonra universitetin Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının əməkdaşları tərəfindən çəkilmiş rəsm əsəri müəssisəyə hədiyyə olaraq təqdim olunub.Görüş çərçivəsində universitet rəhbərliyi və nümayəndə heyəti müəssisənin infrastrukturu, tətbiq olunan müasir texnologiyalar, avadanlıqların iş prinsipi, kadr tələbatı və müəssisələrin qarşılaşdıqları problemlərlə yaxından tanış olublar.Qeyd edək ki, “Galaksi” şirkəti ölkəmizdə 20 ildən çoxdur ki, fəaliyyət göstərir. Gəncədə hər biri ayda 5000 dəst istehsal gücünə malik “Galaksi Tekstil” ev tekstil məhsulları və “Galaksi Shaika” qranit tava və qazan dəstləri istehsalı fabrikinin açılışı ötən ilin dekabrında həyata keçirilib. Bu fabriklərdə 100 nəfərdən çox işçi heyəti çalışır.
Azərbaycan Texnologiya Universitetində (ATU) Novruz bayramına həsr edilmiş bayram tədbiri təşkil olunubTədbirdə Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos. Yaşar Ömərov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Kapital Bankın Gəncə filialının müdiri Vüqar Paşayev, “Galaksi” şirkətinin rəhbəri Qiyas Akkurt və digər qonaqlar iştirak edib.Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Ardınca Ulu Öndər Heydər Əliyevin və torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbir rəqs, musiqi nömrələri, güləşçilərin və taekvondoçuların çıxışları ilə davam edib. Bundan başqa ATU fakültələri arasında qədim idman növlərindən olan kəndir dartma yarışı keçirilib.Sonda tədbirdə iştirak edən qazilər universitetin baş meydanında Novruz tonqalını alovlandırıblar, universitet kollektivi tonqal ətrafında yallı gedib, sərgiyə və Novruz xonçalarına baxış keçirilib.
Azərbaycan Texnologiya Universitetində (ATU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Üzümçülük və Şərabçılığın İnkişaf Forumu keçirilib. Forum iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra tədbir Dövlət Himninin səsləndirilməsilə açıq elan edilib. Ardınca Ulu öndərin, eləcə də Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Gəncə Destinasiya Menecmenti Təşkilatı, “AzGranata” MMC, “Şirvan şərabları” MMC-nin tərəfdaşlığı ilə baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin, ali təhsil müəssisələrinin, elmi tətqiqat institutlarının, Turizm Bürosu, Şərabçılar Assosiasiyasının, eləcə də bu sahədə fəaliyyət göstərən sənaye müəssisələrinin nümayəndələri, Türkiyə və İspaniyanın elm adamları və tanınmış mütəxəssislər iştirak edib.Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos. Yaşar Ömərov açılış nitqi ilə ilə çıxış edib. Bildirib ki, adıçəkilən foruma Azərbaycan Texnologiya Universitetinin ev sahibliyi etməsi təsadüfi hal deyil. Y.Ömərov ATU-nun əsasının vaxtilə Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və həmin dövrdə baza ixtisasının da məhz şərabçılıq olduğunu xatırladaraq universitetin ənənəyə sadiq qaldığını və ali təhsil ocağının Ulu öndərin 100 illiyi münasibətilə bu sahəyə töhfə verməsini mənəvi borc bildiyini qeyd edib, forumun işinə uğurlar arzulayıb.Forum Üzümçülük və Şərabçılıq olmaqla iki panel üzrə təşkil edilib. Hər paneldə altı spiker çıxış edib. Adıçəkilən sahələrdə xammal, tingçilik, biotexnologiya, genofond, kadr hazırlığı, istehsal, şərabçılıq tarixi, turizm marşrutları, orqanoleptik qiymətləndirmə, dünya praktikası, ixrac, marketinq kimi bir çox məsələlər ətrafında geniş müzakirələr aparılıb.Tədbirin sonunda tərəfdaşlar və spikerlər təltif edilib.Qeyd edək ki, forumun keçirilməsində məqsəd 2018-2025-ci illərdə Azərbaycan Respublikasında Şərabçılığın inkişafına dair Dövlət proqramının icrası çərçivəsində həyata keçiriləcək forumun məqsədi respublikada Dövlət proqramına uyğun olaraq üzümçülük və şərabçılıq istiqamətində kadr hazırlığını, eləcə də universitetin bu sahədə fəaliyyət göstərən sənaye müəssisələri ilə əlaqələrini gücləndirmək, elmi və texnoloji çağırışları və inkişaf perspektivlərini müzakirə etməkdən, nəticələrə əsasən təkliflər hazırlamaqdan ibarətdir.
Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində növbəti səfər İsveç Krallığının Stokholm şəhərində baş tutub. Azərbaycanın 16 ali təhsil müəssisəsindən 32 nəfər nümayəndənin iştirak etdiyi təlimlər 27 fevral - 3 mart tarixlərini əhatə edib.KTH Kral Texnologiya İnstitutunda “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” adlı təlimlərin əsas məqsədi universitetlərdə elmi tədqiqat və innovasiya fəaliyyətlərinin inkişaf etdirilməsi olub. Təlim proqramına uyğun olaraq İsveç Rektorlar Konfransının, İspaniya Rektorlar Konfransının, Belçikanın Avropa İdarəetmə İnkişafı Fondunun (EFMD), İsveçin Kral Texnologiya İnstitutunun rəhbər şəxsləri tərəfindən İsveç, İspaniyada və ümumilikdə qlobal mühitdə tədqiqat və innovasiya sistemləri, tədqiqatda keyfiyyət məsələləri, tədqiqatçıların elmi fəaliyyətinə xidmət edən nəşr infrastrukturu, doktorantura təhsili, doktorantların işə qəbulu kimi mühüm istiqamətlərdə təqdimatlar edilib, müzakirələr və fikir mübadilələri aparılıb.Təlimlərin gedişində Rektorlar Konfransının fəaliyyəti ilə bağlı qrup işləri də həyata keçirilib. Proqramın yekununda layihə koordinatoru Gülşən Bayramova və ECAR layihəsi çərçivəsində pilot olaraq yaradılan Elmi işlər üzrə komitənin sədri Elçin Süleymanov tərəfindən layihədə həyata keçirilən fəaliyyətlərin icası və qarşıda duran tapşırıqlar, sözügedən komitənin gələcək fəaliyyət planı haqqında müzakirələr aparılıb.