Azərbaycan Texnologiya Universitetinin rəhbərliyi və əməkdaşları ali təhsil ocağının 44 günlük Vətən müharibəsində şəhidlik zirvəzinə ucalan məzun və tələbələrinin məzarlarını və ailələlərini ziyarət ediblər. Azərbaycan Texnologiya Universiteti şəhid məzun və tələbələrinin timsalında ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən bütün Vətən övladları ilə qürur duyur! Allah rəhmət eləsin.
Azərbaycan Texnologiya Universitetinin daha 1 (bir) tələbəsi Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində Almaniyanın Şmalkalden Tətbiqi elmlər Universitetində bir semestr müddətində təhsilini davam etdirmək imkanı əldə edib. Eyni zamanda, keçən semestr eyni proqram çərçivəsində Polşa və Rumıniya universitetlərində təhsil almış 2 (iki) tələbə müvafiq universitetlərdə imtahanlarda yüksək nəticələr əldə edərək təhsillərini uğurla başa vurub universitetə qayıdıblar.Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos. Yaşar Ömərov həmin tələbələrlə görüşərək onları bu uğur münasibətilə təbrik edib, öz tövsiyələrini verib, tələbələrin mübadilə ilə bağlı təəssüratlarını dinləyib. Yaşar Ömərov tələbələrə gələcək təhsillərində müvəffəqiyyətlər arzulayıb və bu kimi proqramlarda iştirakın əhəmiyyətindən bəhs edib. O, beynəlxalq mübadilə proqramlarının gənclərin elmə, müasir texnologiyalara və qabaqcıl biliklərə yiyələnməsində vacib rol oynadığını və əldə edilən bilik və bacarıqların ölkəmizin inkişafı üçün zəruri olduğunu vurğulayıb.Tələbələr də öz növbəsində, onlar üçün bu cür imkanlar yaradıldığına görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, Azərbaycan Texnologiya Universiteti hazırda Erasmus+ mübadilə proqramı çərçivəsində Avropanın İspaniya, Almaniya, Rumıniya, Slovakiya, Polşa və s. kimi ölkələrin çoxsaylı universitetləri ilə sıx əməkdaşlıq edir və proqram çərçivəsində təhsil alan tələbələrin bütün xərcləri Erasmus+ proqramı çərçivəsində Avropa Birliyi tərəfindən qarşılanır.
Sərgidə universitetin dizayn ixtisası tələbələrinin əl işləri nümayiş etdirilib.Əsasən vətənpərvərlik mövzusuna həsr olunan əl işləri arasında “Dəmir Yumruq”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Şuşa başlıqlı”, universitetin şəhid tələbə və məzunlarının əks olunduğu rəsmlər rəhbərlik, professor-müəllim heyəti və tələbələrin marağına səbəb olub.Sərgi zamanı həvəskar, eləcə də müvafiq ixtisas tələbələrinə yeni əl işləri ərsəyə gətirmək üçün şərait yaradılıb.
Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsinin icrası ilə bağlı Azərbaycan Texnologiya Universiteti rəhbərliyi ilə layihə nümayəndələrinin görüşü keçirilib.
Görüşdə Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos. Yaşar Ömərov “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsinin icrasının uğurla davam etdirildiyini qeyd edərək bu tərəfdaşlıqdan məmnunluğunu ifadə edib, təhsilimizin qarşısında dayanan yeni çağırışlar və tələblərdən irəli gələn məsələlərin həlli üçün milli səviyyədə şəbəkələşmənin qurulması və hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi, bu sahədə Avropa təcrübəsinin mənimsənilməsi baxımından layihənin əhəmiyyətindən bəhs edib.
Layihənin koordinatoru olan Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov və Universitet-sənaye əməkdaşlığı departamentinin direktoru, layihənin koordinatoru Gülşən Bayramova, layihənin İsveç tərəfdaşı olan Kral Texnologiya İnstitutunun (KHT) nümayəndəsi Viktor Kordas layihə çərçivəsində görülən işlərlə bağlı ətraflı məlumat veriblər.
Görüşün sonunda geniş fikir mübadiləsi aparılıb və layihənin gələcək fəaliyyəti müzakirə edilib.
Qeyd edək ki, Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransı vasitəsilə universitetlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.
Azərbaycan Texnologiya Universitetinin (UTECA) tərəfdaşı olduğu Erasmus+ KA2 proqramı çərçivəsində həyata keçirilən “Azərbaycanda Rektorlar konfransının yaradılması” (ECAR) layihəsi üzrə hazırlanan nizamnamə rektorların müzakirəsinə təqdim edilib.
Azərbaycan Respublikasının Təhsil nazirinin müavini İdris İsayevin rəhbərliyi və layihənin koordinatoru Bakı Biznes Universitetinin təşkilatçılığı ilə keçirilən görüşdə UTECA-nı tədris işləri üzrə prorektor Yaşar Ömərov təmsil edib.
Əvvəlcə layihənin koordinatoru Gülşən Bayramova Azərbaycanda Rektorlar konfransının icra vəziyyəti haqqında təqdimatla çıxış edib. Hazırlanmış nizamnamənin layihəsi müzakirə edilib, tərəfdaş universitetlərin rektor və prorektorlarının təklif və tövsiyələri dinlənilib.
Daha sonra layihə çərçivəsində növbəti mərhələdə görüləcək işlər və müxtəlif Avropa ölkələrinin Rektorlar konfranslarının müsbət təcrübələrinin öyrənilməsi ilə bağlı geniş müzakirələr aparılıb.
27 iyun-01 iyul 2022-ci il tarixlərində Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının Yaradılması” layihəsi çərçivəsində Avropa Rektorlar Konfransının təcrübələrinin öyrənilməsinə həsr olunmuş 2-ci komponent üzrə Polşa Respublikasına bir həftəlik səfər başlayıb.
Səfərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müşaviri, layihə konsorsiumunun üzvü olan Azərbaycan Universitetlərinin rektorları və digər səlahiyyətləri nümayəndələri iştirak ediblər. Tədbirdə iştirakçılar Polşa Rektorlar Konfransına üzv olmağın universitet üçün faydaları, Konfrans yarandığı gündən indiyə qədər Polşa ali təhsil sisteminə verdiyi töhfələr, keyfiyyətin yüksəldilməsi istiqamətində irəli sürülən təkliflər və əldə olunmuş uğurlar barədə məlumatlandırılıb, eləcə də Rektorlar Konfransının ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlığının genişləndirilməsi, ölkədə universitetlərin koordinasiyalı fəaliyyət göstərməsi baxımından vacib olduğu vurğulanıb.
Təlimdə Azərbaycan Texnologiya Universitetini Elm və xarici əlaqələr üzrə müşavir Mayıs Gülaliyev, Elm və tədqiqat mərkəzinin müdiri Qalibə Məmmədova, elmi katib Mətanət Əhmədova təmsil edirlər.