Məzunlar assosiasiyası
Məzunlar Assosiasiyası Azərbaycan Texnologiya Universitetinin məzunlarını vahid platformada bir araya gətirməklə onların universitet ilə əlaqələrinin möhkəmləndirilməsinə və peşəkar inkişaflarının dəstəklənməsinə xidmət edən bir qurumdur. Assosiasiya məzunların universitet həyatında aktiv iştirakını təşviq etməklə yanaşı, onların təcrübə və biliklərinin universitet icması ilə paylaşılmasına şərait yaradır.
Assosiasiyanın əsas məqsədi ATU məzunlarının universitetlə əlaqələrinin davamlı saxlanılmasını təmin etmək və onların əmək bazarında əldə etdikləri bilik və təcrübələri universitet tələbələri ilə bölüşmələrinə imkan yaratmaqdır. Məzunlar Assosiasiyası mütəmadi olaraq müxtəlif görüşlər, seminarlar və tədbirlər təşkil edir. Bu tədbirlər vasitəsilə məzunların elmi, yaradıcı və peşəkar fəaliyyətlərinin inkişafına dəstək verilir, eyni zamanda onların maraqları və ehtiyacları öyrənilir.
Məzunlardan əldə olunan məlumat və rəylər təhsil prosesinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu məlumatlar universitetin strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə və gələcək kompetensiyaların formalaşdırılmasına töhfə verir.
Məzunlar Assosiasiyası həmçinin əmək bazarında tələb olunacaq gələcək kompetensiyalara uyğun strategiyanın hazırlanmasında universitetə dəstək göstərir. Universitetlə sıx əməkdaşlıq edərək məzunların universitetə mənsubiyyət hissinin gücləndirilməsi və onların universitet fəaliyyətində daha fəal iştirakının təmin edilməsi əsas məqsədlərdən biri kimi müəyyən edilmişdir.
Assosiasiya məzunların əldə etdikləri uğurlar vasitəsilə Azərbaycan Texnologiya Universitetinin nüfuzunun daha da artırılmasına və ali təhsil müəssisəsinin müsbət imicinin möhkəmləndirilməsinə töhfə verir. Bu istiqamətdə həyata keçirilən fəaliyyətlər universitetin sosial, mədəni və iqtisadi inkişafına da müsbət təsir göstərir.
Məzunlar Assosiasiyasına aşağıdakı link vasitəsilə üzv olmaq mümkündür: