GreenTech Horizons

 

“Şərqi Qonşuluq, Mərkəzi Asiya və Asiyada Təhsil və İnnovasiyalar vasitəsilə İkili Yaşıl və Rəqəmsal Keçidlərin Təşviqi-Yaşıl Texnologiya Üfüqləri” (GreenTech Horizons) layihəsi – 2025-2028

Azərbaycan Texnologiya Universiteti Avropa Birliyi tərəfindən maliyyələşdirilən “Şərqi Qonşuluq, Mərkəzi Asiya və Asiyada Təhsil və İnnovasiyalar vasitəsilə İkili Yaşıl və Rəqəmsal Keçidlərin Təşviqi – Yaşıl Texnologiya Üfüqləri (GreenTech Horizons)” layihəsində tərəfdaş kimi çıxış edir.

Serbiyanın Novi Sad Universitetinin koordinatorluğu ilə 3 il müddətinə həyata keçiriləcək olan bu layihənin əsas məqsədi Azərbaycan, Qazaxıstan və Monqolustandan olan 8 ali təhsil müəssisəsində mövcud kurikulumları modernləşdirməklə innovativ səriştəyönümlü təlim ekosisteminin qurulması, eyni zamanda, səriştəyönümlü kurikulumun təkmilləşdirilməsi və sınaqdan keçirilməsi ilə e-Learning ekosisteminin yaradılmasından ibarətdir. Ali təhsildə transformasiya məqsədi daşıyan bu layihə 21-ci əsrin potensial imkanlarını təmin etmək üçün hədəflənmiş ali təhsil müəssisələrinin bacarıqlarını gücləndirmək üçün bir sıra qarşılıqlı əlaqəli fəaliyyətlərlə lazımi səriştələr və yaxşı təcrübənin ötürülməsinə əsaslanan mürəkkəb və innovativ potensialın yaradılması layihəsidir.

Layihənin Sosial Media Səhifələrinə Linklər: