Azərbaycan Texnologiya Universitetinin xarici tələbələri Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura üzvlərinin Gəncədə təhsil alan əcnəbi tələbələrlə görüşündə iştirak ediblər. Gəncə şəhərində təhsil alan əcnəbilərlə görüş zamanı bu tələbələri narahat edən məsələlər ətrafında geniş müzakirələr aparılıb. Tədbiri giriş sözü ilə açan Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov ölkə ərazisində təhsil alan əcnəbi tələbələrlə əlaqədar Şura tərəfindən həyata keçirilən fəaliyyətlər barədə məlumat verib. Qeyd olunub ki, əcnəbi tələbələrlə bağlı mövcud qaydalar həmin kateqoriyadan olan şəxslərin hüquqi statusundan irəli gələn hüquqi çərçivələrlə müəyyən olunub. Hədəf qrupları ilə müzakirələrin aparılmasının əhəmiyyətinə toxunan A.Allahverənov miqrasiya xidmətləri zamanı elektron resurslardan səmərəli şəkildə istifadənin üstünlükləri barədə danışıb, MigAz mobil tətbiqi və digər elektron xidmətlərdən istifadə yollarını nümayiş etdirib.
Azərbaycan Texnologiya Universitetinin əməkdaşı İlahə Qurbanova, Azərbaycan Dövlət Aqrar Universtetinin şöbə müdiri Küşvər Məmmədova və Gəncə Dövlət Universitetinin şöbə müdiri Ruslan Məmmədov təmsil etdikləri təhsil müəssisələrində əcnəbi tələbələrlə təşkil olunan iş barədə məlumat veriblər və vurğulayıblar ki, tələbələrin hüquqi statusu ilə bağlı meydana çıxan məsələlər Gəncə Regional Miqrasiya İdarəsinin əməkdaşlarının dəstəyi ilə çevik həllini tapır. Bununla yanaşı, tədbir iştirakçıları əcnəbi tələbələrin qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün aidiyyəti dövlət orqanları ilə mütəmadi görüşlərin keçirilməsinin zəruriliyi barədə fikir bildiriblər və bu barədə təkliflər səsləndiriblər. Tədbirdə iştirak edən əcnəbi tələbələrin olduğu yer üzrə qeydiyyatının aparılması, onlara müvəqqəti yaşamaq və iş icazələrinin verilməsi, miqrantların hüquq və azadlıqları barədə, həmçinin onları maraqlandıran digər suallar Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev, Gəncə Regional Miqrasiya İdarəsinin rəisi Orxan Xıdırov və bölgə üzrə struktur bölməsinin digər əməkdaşları tərəfindən ətraflı cavablandırılıb. Görüşdə Azərbaycan Texnologiya Universitetini Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşları İlahə Qurbanova və İsmayıl Həsənzadə təmsil edib.
Azərbaycan Texnologiya Universitetinin (UTECA) rektoru professor Akif Süleymanov TEKNOFEST Azərbaycan festivalının Robotexnika müsabiqəsində iştirak edən tələbələrdən ibarət Rosol komandası ilə görüşüb. Rektor tələbələri uğurları münasibətilə təbrik edib, layihə üzərində davamlı işləyərək Rosol (Robot solider) startapını daha da təkmilləşdirməyi tövsiyə edib. Rektor bildirib ki, tələbələrin innovativ ideyalarını hər zaman dəstəkləməyə hazırdır.Elmi Tədqiqat Mərkəzinin direktoru Qalibə Məmmədova, Yüngül sənaye və logistika fakültəsinin dekanı Nazim Vəliyev, mentor Aqşin Hüseynov, komandanın kapitanı Yusif Məmmədov, üzvləri olan digər tələbələr çıxış edərək finala gedən yolda onlar üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkür edib, TEKNOFEST nailiyyətlərinin digər tələbələr üçün də stimul olacağını dilə gətiriblər.Görüş zamanı universitetə və fakültəyə verilən, Selçuk Bayraktar və RİN naziri Rəşad Nəbiyev imzalı sertifikatlar, eləcə də Anadolu Agentliyinin rektora hədiyyəsi - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təqdimatı ilə hazırlanan “Karabağ Zaferi” kitabı təqdim olunub.Qeyd edək ki, Rosol komandası TEKNOFEST Azərbaycan festivalının Robotexnika müsabiqəsinin final mərhələsində iştirak edərək universitetə 6 sertifikat gətirib.
Bu gün güc amili ön plandadır Prezident İlham Əliyevin 27 may 2022-ci il tarixində Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışındakı nitqində Azərbaycanın keçdiyi tarixi inkişaf yolu, dövlət müstəqilliyimizin əldə olunduğu dövrdən etibarən müstəqil siyasət apara bilməsindən, bu gün iqtisadi göstəricilərimizin çox müsbət bir yöndə dəyişməsindən, Azərbaycanın hərbi gücündən, ümumiyyətlə, siyasi, iqtisadi, hərbi sahədə qazandığımız nailliyyətlərdən danışdı. Güc amilinin indiki şəraitdə hər zaman olduğundan daha çox ön planda dayandığını qeyd edən dövlət başçımız onu da xüsusi olaraq vurğuladı ki, beynəlxalq hüququn hər zaman işləmədiyi indiki dövrdə biz özümüzü aldatmamalıyıq, əksinə, daha güclü olmalıyıq ki, dünyada güc amili bundan sonra da hakim olacaq. Bu gün Azərbaycan ordusunun dünyanın ən güclü 50 ordusu sırasında yer tutması Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin apardığı ardıcıl siyasətin, eləcə də, diqqətin məntiqi nəticəsidir. Məhz bu səbəbdən, Azərbaycan ordusu həm döyüş texnikası, həm silah-sursat, həm də şəxsi heyətin əzmkarlığı, hərbi hazırlığı baxımından çox irəlidədir. Biz ordumuzun döyüş hazırlığını, müasir silah və texnilkalardan istifadə bacarığını, bütün döyüş şəraitlərinə uyğun şəkildə hərəkət edə bilmə qabiliyyətini 44 günlük Vətən müharibəsində gördük. Bütün bunlar hərbi təhsilin, təlim və tədris prosesinə qabaqcıl üsulların tətbiq edilməsinin nəticəsi idi. Əgər bu gün Azərbaycan öz ordusunu daxili imkanları hesabına silah və sursatla, hərbi texnika ilə təchiz edə bilirsə, bu hərb elminin günün tələbləri səviyyəsinə qaldırılmasının sayəsindədir. Təsadüfi deyil ki, İkinci Qarabağ Müharibəsində ordumuzun apardığı döyüş, istifadə etdiyi taktikalar dünyanın bir çox dövlətləri tərəfindən heyrətlə qarşılanıb və qısa müddətdə az itki verməklə düşmənə ağır zərbələr endirərək öz istəyinə nail olması dünya müharibə tarixində yeni yol kimi qiymətləndirilib. Dövlətimizin hərbi gücünü artırması sahəsində müharibədən sonra da gördüyü işlər – yeni silahlı birləşmələrin yaradılması, texnikaların alınması – gələcəkdə də bizim bir dövlət kimi gücümüzün əsas göstəricisi olacaqdır. Ermənistanı xaricdən nə qədər dəstəkləməyə, onlara havadar çıxmağa çalışanlar olsa da, bütün bunlar Azərbaycanı öz hədəfindən yayındıra bilmədi. Əksinə, özünün milli qüruru, ləyaqəti sayəsində xalqımız bir yumruq kimi birləşdi, bütün dünyaya nümunə ola biləcək həmrəylik göstərdi. İkinci Qarabağ müharibəsində bütün dünya bizim gücümüzlə yanaşı, dinc əhaliyə qarşı göstərdiyimiz münasibətlə, etnik təmizləmə aparmaq kimi mənfur bir niyyətdən nə qədər uzaq olmağımızla, yaşayış məkanlarını yerlə-yeksan etməməyimizlə mənəvi dəyərlərimizin də nə qədər yüksək olduğunu gördü. Hal-hazırda postmünaqişə dövründə regionda sülh və əməkdaşlıq üçün yeni perspektivlərin yarandığı bir zamanda ölkəmiz sülh tərəfdarı kimi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın yerinə yetirilməsinə sadiqdir. Təbii ki, qarşı tərəfin də həmin Bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməsini gözləməkdə tam haqlıyıq. Bu gün milli ordumuzun gücü, qüdrəti, misilsiz rəşadəti nəticəsində işğaldan azad etdiyimiz torpaqlarımızda infrastruktur layihələr dayanmadan həyata keçirilir. Dəmir yollarının, altı və dörd zolaqlı avtomobil yollarının çəkilməsi, Zəngilanda hava limanının tikilməsi, aqroparkların salınması torpaqlarımıza böyük qayıdışın göstəricisidir. Tezliklə cənnət Qarabağımızda həyat bərpa olunacaq, ata-baba yurdumuz gözəl günlərinə qovuşacaq. Əbədi və əzəli torpaqlarımıza bu möhtəşəm qayıdışın əsl səbəbkarları olan şəhidlərimizin xatirəsi isə hər zaman bizim üçün əzizdir. Baş müəllim
Zəminə Rəsul qızı Novruzova
Azərbaycan Texnologiya Universiteti
İctimai elmlər və multikulturalizm kafedrasının əməkdaşı
UTECA tələbələrinin Rosol layihəsi “TEKNOFEST Azərbaycan” festivalı ziyarətçilərinin marağına səbəb olub Azərbaycan Texnologiya Universiteti (UTECA) tələbələrinin Rosol (Robot solider) layihəsi TEKNOFEST Azərbaycan festivalı ziyarətçilərinin marağına səbəb olub. Startap məhsulu hazırda istifadədə olan minaaxtaran avadanlıqlardan daha sərfəli, ən əsası insan amilini sıfıra endirən və asan ərsəyə gələn coxfunksiyalı minaaxtaran və zərərsizləşdirən robotdur. Komandanın kapitanı Yusif Məmmədov: "Robotumuz xalqımıza və ordumuza xidmət edəcək və minalanmış əraziləri özəl operatorlarla birlikdə kəşf edib, müəyyən etdiyi yerin kordinatlarını yollayacaq, hətta lazım gəldikdə tapılmış minanı yerindəcə uzaqdan zərərsizləşdirə biləcək. Hətta minanı götürüb başqa əraziyə də daşımaq qalibillətinə malikdir. Layihəmiz minalı ərazilərdə insan yaralanmaları və ölümlərinin sıfıra endirilməsini hədəfə alan bir layihədir. Burda robot insana nisbətən daha dəqiq işləyəcəyi üçün peosesləri sürətləndirir və xəta payını sıfıra enir". Qeyd edək ki, müsabiqə layihələrinin sərgiləndiyi zalda Qərb bölgəsində yerləşən universitetlərdən yalnız Azərbaycan Texnologiya Universitetinin tələbələri stendlə çıxış edir. Universitetin Rosol komandası Robotexnika müsabiqəsində ilk onluqdadır.
Azərbaycan Texnologiya Universiteti (UTECA) və Gəncə Şəhər Gənclər Evinin təşkilatçılığı ilə 28 May Müstəqillik Gününə həsr olunmuş intellektual oyun keçirilib.Bilik yarışında ümumilikdə 10 komanda iştirak edib. Zəka oyununun sonunda Dəmir Yumruq komandası 1-ci yeri tutub.Yarış iştirakçıları diplom və serfikatlarla təltif olunublar.
Tədbirdə Universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak edib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Ölkəmizin azadlığı uğrunda mübarizə aparmış qəhrəmanlarımızın, canını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan UTECA-nın rektoru, professor Akif Süleymanov bildirib ki, bu il mayın 28-də 104 yaşı tamam olan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirib. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Ölkəmizdə aparılan uğurlu daxili və xarici siyasət, Qarabağ zəfəri bir daha sübut etdi ki, Azərbaycan xalqı əzimlidir, Azərbaycan dövləti yenilməzdir. Bu bütöv müstəqil Azərbaycanın daha da möhkəmləndiyinin əyani sübutudur. Müstəqillik gününə həsr edilmiş videoçarx nümayiş etdirilib. Daha sonra tədbirdə iştirak edənlərin çıxışları dinlənilib. 1918-ci il mayın 28-də yaranan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, həmin dövrün görkəmli şəxsiyyətlərinin fəaliyyətindən danışıblar.Tədbirin sonunda Məhəmməd Əmin Rəsulzadənin 1953-cü il mayın 28-də Amerikanın səsi radiosuna müsahibəsi zamanı Azərbaycan xalqına etdiyi müraciəti səsləndirilib.