Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Azərbaycan Texnologiya Universitetində yaz semestrinin imtahan sessiyasına başlanılıb

1 iyun tarixindən start götürən imtahanlar yazılı, test və şifahi formada keçirilir. Proses 2 iyuladək davam edəcək. 14 iyun tarixindən isə qiyabi təhsil alan tələbələrin imtahanları başlayacaq və proses 29 iyunadək davam edəcək. Təhsil nazirinin müvafiq əmrinin tələbləri çərçivəsində təşkil olunan sessiya ərzində İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir. 

Qida Təhlükəsizliyi mövzüsunda fikir mübadiləsi aparıldı və UTECA-nın bu istiqamətdə fəaliyyət planı müzakirə olundu

Azərbaycan Texnologiya Universiteti (UTECA) beynəlxalq səviyyəli peşəkar mütəxəssis Nailə Mehrabova ilə dünyada əsas prioritet problem olan qida təhlükəsizliyinin təmin olunması və UTECA-nın bu sahədə rolu mövzusunda görüş keçirib.  Görüş zamanı rektor, professor Akif Süleymanov universitetin baza ixtisaslarından birinin məhz qida sənayesi olduğunu vurğulayaq əməkdaşlığın məhsuldar olacağına əminlik ifadə edib, yaranan şəraiti həm tələbə və gənc tədqiqatçılar, həm də professor heyəti üçün yaxşı fürsət kimi qiymətləndirib.  Oksford Universitetində təhsil almış, eləcə də Stanford Universitetinin Executive MBA üzrə ilk azərbaycanlı qadın məzunu olan Nailə Mehrabova qida təhlükəsizliyinin dünyada prioritet mövzu olduğunu, qida təhlükəsizliyi və bu sahənin kadr hazırlığı istiqamətində mühüm araşdırmalar apardığını bildirərək UTECA-nın bu kontekstdə əhəmiyyətli rol oynaya biləcəyini deyib.  Görüşdə Qida Təhlükəsizliyi mövzüsunda fikir mübadiləsi aparılıb, UTECA-nın bu istiqamətdə fəaliyyət planı müzakirə olunub. 

 

 

Azərbaycan Texnologiya Universitetində olan peşəkar mütəxəssis Nailə Mehrabova UTECA-nın mövcud resursları və elmi bazası ilə tanış olub

Biznes innovator Qida mühəndisliyi fakültəsinin Şərabçılıq və Qida laboratoriyalarında yaradılan şərait və elmi nailiyyətlərlə yaxından tanış olduqdan sonra fakültənin akademik heyəti, tədqiqatçıları və tələbələri ilə görüşüb.  Görüşdə müvafiq sahənin aktual problemlərinə toxunulub, müzakirələr aparılıb. Universitetin alimləri öz təklif və mülahizələrini bildiriblər.  Vaxtilə - artıq 26 yaşında CEO olan N.Mehrabova strateji tranformasiya mövzusunda çıxış edərək öz təcrübələrini bölüşüb.  Transxəzər, Cənubi Qafqaz neft və neft məhsullarının daşınması layihəsində təcrübəyə sahib mütəxəssis neft, su, qida təhlükəsizliyi, innovasiyalar üzrə araşdırmalar aparır, daha sonra özəl və dövlət sektorunda məsləhətçi kimi çıxış edir. N.Mehrabova Oksford Universitetində təhsil alıb, eləcə də Stanford Universitetinin Executive MBA üzrə ilk azərbaycanlı qadın məzunudur.     

 

 


Azərbaycan Texnologiya Universiteti ilə (UTECA) Azərbaycan Dəmir Yolları QSC nümayəndələri arasında görüş keçirilib

UTECA-da baş tutan görüşdə rektorun tədris və sənaye üzrə müşaviri Aqil Eyvazov, Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin dekanı Nazim Vəliyev, Maşın mühəndisliyi və logistika kafedrasının müdiri Şakir Əliyev, ADY-nin Karyeranın idarə edilməsi və İşə qəbul şöbələrinin rəhbər şəxsləri İlkin Məcidov və Elçin Nəsirov iştirak ediblər.  Görüş zamanı dəmiryolu yükdaşımaları ilə bağlı son illər ölkədə əldə edilən nailiyyətlərdən danışılıb. Qeyd edilib ki, Azərbaycanda dəmir yolu vasitəsi ilə daşınan yüklərin həcmi ildən-ilə artır. Belə ki, cari ildə bu göstərici 14 milyon ton olduğu halda gələn il rəqəmin təxminən 29 milyon tona çatacağı gözlənilir. Ələt limanı və Bakı-Tbilisi-Qars dəmir yolu, həmçinin yaxın gələcəkdə istismara veriləcək Zəngəzur dəhlizi sayəsində bu sahədə böyük sıçrayışın olacağı, buna görə də sözügedən sahədə ciddi kadr ehtiyacının artacağı vurğulanıb.  Rektorun tədris və sənaye üzrə müşaviri Aqil Eyvazov UTECA ilə ADY arasında imzalanan memorandumun və daha öncəki görüşlərin əhəmiyyətini qeyd edərək bundan sonra tərəfdaşlığın daha da genişləyəcəyinə əmin olduğunu bildirib. Qeyd edib ki, universitetin inkişaf strategiyasının prioritet istiqamətlərindən biri logistika sənayesidir: “Rektor professor Akif Süleymanov müvafiq ixtisasın tələbələrinin müasir tələblər çərçivəsində təcrübə keçmələrinə həssas yanaşır. Tələbələrimiz müxtəlif logistik mərkəzlərdə tədqiqatlar aparır və seminarlarla çıxış edirlər. Təsadüfi deyil ki, son illər logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, eləcə də nəqliyyat mühəndisliyi ixtisaslarımıza qəbul planı tam dolur. Bir sözlə, universitetimiz bu sahənin kadr təminatında müəyyən rol oynayır. Əminik ki, ADY ilə əməkdaşlıq müvafiq ixtisaslarımızın məzunları üçün yeni platforma olacaq”. Görüş zamanı ADY QSC-də mövcüd olan vakansiyalar barədə mütəmadi olaraq universitetə məlumat verilməsi, ADY QSC-də UTECA tələbələrinin təcrübəsi, qarşılıqlı mütəxəsis mübadiləsi, müəyyən tədris proqramının müəssisənin tələblərinə uyğunlaşdırılması və s. kimi punktları əks etdirən birgə fəaliyyət planının hazırlanmasına dair razılıq əldə edilib.     

 

 

 

 

Azərbaycanda bərpa olunan enerji mənbələri

Ulu öndər  Heydər Əliyevin  uzaqgörən  siyasəti  nəticəsində  1994-cü ildə  imzalanmış  neft  kontraktlarında nəzərdə  tutulan  enerji siyasətini  bu  gün Prezident İlham Əliyev  elan etdiyi “Yaşıl  enerji” strategiyası davam etdirir.İqlim  dəyişikliyi  dünyanın  enerji  keçidini  təşviq  edən  reallıqdır. Müasir dövrdə   enerji   təhlükəsizliyi  və ekoloji  təhlükəsizlik  arasında  balansa  nail  olmaq  məqsədilə  “yaşıl enerji”- dən  istifadənin təxirəsalınmadan genişləndirilməsi vacibdir.Enerji  resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı  kimi tanınmasına baxmayaraq Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.Ölkəmizdə bərpa olunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə  atılmış  əsas addımlardan biri 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”- nın  qəbul  edilməsi  olub. Dövlət  Proqramının  qəbulu  bərpa olunan enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin  bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaratmışdır. Bildiyiniz  kimi,  15 mart 2022-ci ildə  “Qarabağ”  Günəş Elektrik Stansiyasının təməlqoyma  mərasimi  keçirildi. Bundan  2 ay öncə də “Xızı-Abşeron”  Külək  Elektrik  Stansiyasının təməli qoyulmuşdu. Hər iki  təməlqoyma  mərasimində Azərbaycan Prezidenti cənab  İlham  Əliyevin  iştirak etməsi  məhz  ölkə  rəhbərliyinin  bu  sahənin  inkişafına olan  marağını  göstərir  və  dəstəyini  ifadə  edir.Prezident  İlham  Əliyev  Bakı  Enerji  Həftəsi  çərçivəsində  27-ci  Beynəlxalq Xəzər  Neft  və  Qaz  Sərgisinin  cari  ilin  1  iyun  tarixində  rəsmi  açılış  mərasimində çıxışı zamanı qeyd etdi ki, Azərbaycan dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə əməkdaşlıq edir. Biri  günəş, digəri   isə  külək  olmaqla, iki  elektrik  stansiyası inşa olunur ki, onların birgə  istehsal  gücü  470  meqavatdır. Gələn  il  bu  iki stansiya istifadəyə veriləcəkdir və  bu, yalnız  başlanğıcdır.Energetika Nazirliyinin yanında  Bərpa  Olunan  Enerji  Mənbələri  Dövlət  Agentliyinin  direktoru  Təbriz  Əmmayevin  bərpa  olunan  enerji  mənbələri  ilə  bağlı  enerji  layihələrinin  əhəmiyyətini  şərh  edərək  qeyd  etdi  ki, biz  bunu  mərhələlərə  bölmüşük  ki, ümumi  enerji  sisteminə  təsiri  çox  olmasın. İlkin  mərhələdə  “Acwa Power”  şirkəti ilə  inşa  ediləcək  240  meqavat  gücündə  külək  elektrik  parkı,  “Masdar”  şirkəti ilə 230  meqavat  gücündə  günəş  elektrik  stansiyası  işə  düşəcək. 2030-cu  ilədək  Azərbaycanın  elektrik  enerjisi  qoyuluş  gücündə  bərpaolunan  enerji mənbələrinin payını  30  faizə çatdırılması istiqamətində aparılmış  təhlillər onu  göstərir  ki, yeni  günəş  və  külək  elektrik  stansiyaları  vasitəsi  ilə 1500 meqavat  gücün  yaradılması  mümkündür.  Bərpa  olunan  enerjidən  istifadə  artıq  bir qlobal  trenddir. İstər  ekoloji  töhvələr  baxımından,  istərsə də  tükənən  resurslardan  istifadənin  daha  qənaətli  bir  rejimdə  istifadəsi  baxımından  bərpaolunan  enerji  mənbələrindən  istifadə  çox  zəruridir. 

 

dos. Mehriban Tağıyeva   

Azərbaycan Texnologiya Universiteti İctimai elmlər          

UTECA-da “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə Yol xəritəsi``nin icrasına dair Tədbirlər Planına uyğun olaraq görüş keçirilib

UTECA-da “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə Yol xəritəsi"nin icrasına dair Tədbirlər Planına uyğun olaraq görüş keçirilib Azərbaycan Texnologiya Universitetində (UTECA) Nazirlər Kabineti tərəfindən təqdiq edilmiş “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə Yol xəritəsi"nin icrasına dair Tədbirlər Planına uyğun olaraq görüş keçirilib.İclasda Tədbirlər Planı üzrə işçi qrup iştirak edib. Rektorun elm və xarici əlaqələr üzrə müşaviri Mayıs Gulalıyev dekanlar, kafedra müdirləri, mərkəz və şöbə rəhbərləri ilə ilkin müzakirə aparıb, müvafiq işlərin həyata keçirilməsi ilə bağlı xüsusi göstərişlər verib.Tapşırıqlardan biri qlobal elmi məkana inteqrasiya məqsədilə elm və təhsil müəssiələrinin daha öncə çap edilmiş, lakin internetdə olmayan məqalələrinin mövcud olan açıq akademik sistemlərdə (məs, Research Gate, Academia, SSRN və s.) yerləşdirilməsi işlərinin yüksək səviyyədə həyata keçirilməsi, sonda müvafiq hesabatların verilməsi və s. olub.