Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK)

Məmmədov Əli Taleh oğlu

Tələbə Həmkarlar İttifaqı Komitəsi sədri

a.mammedov@atu.edu.az

Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) əsas prinsipləri ümumillikdə aşağıdakı mövzular üzərində qurulur:

Tələbə hüquqlarının müdafiəsi:

THİK, tələbələrin hüquqlarını müdafiə etmək, onların maraqlarını qorumaq və onlara dəstək olmaq məqsədilə fəaliyyət göstərir. Eyni zamanda təşkilatın tələbə hüquqlarının pozulduğu hallarda hüquqi yardım və məsləhət göstərmək, tələbələrin problemlərinə ciddi nəzarət etmək hüququ var. Bu, tələbələrin təhsil prosesində rahatlığını təmin etmək və onların haqlı iradlarını eşitmək mənasına gəlir. THİK, tələbələrə qarşı hüquq pozğunluqlarına qarşı mübarizə etmək üçün də çalışır. Tələbələrin sosial və mənəvi inkişafının təmin edilməsi:

THİK, tələbələrin sosial və mənəvi inkişafını dəstəkləmək üçün müxtəlif tədbirlər və proqramlar təşkil edir. Bunlar arasında seminarlar, konfranslar, tədbirlər, məşqçilik proqramları və s.

Tələbələrin birliyi:

Tələbə Həmkarlar İttifaqı Komitəsi, tələbələr arasında birliyi təşviq edir. Tələbələrin birgə fəaliyyətləri, tədris prosesində və sosial həyatda daha sərbəst bir atmosfer yaratmaq üçün əhəmiyyətli bir vasitədir.

Tələbələrin karyera inkişafına dəstək:

THİK, tələbələrin karyera inkişafını dəstəkləmək üçün fəaliyyətlər təşkil edir. Bu, tələbələrə iş axtarmaq, iş müsahibələri üçün hazırlaşmaq, karyera məsləhəti vermək və tələbələrin iş dünyasına inteqrasiyasını təmin etmək deməkdir.

Təhsil keyfiyyətinin yaxşılaşdırılması:

THİK, tələbələrin təhsil keyfiyyətinin yaxşılaşdırılması üçün fəaliyyətlər həyata keçirir. Bura, tələbələrin təhsil prosesində daha effektiv olması üçün təşkil edilən seminarlar, təlimlər, konfranslar və mentorluq proqramları daxildir.

Tələbərin təmsilçiliyi:

THİK, tələbələrin fikirlərini və maraqlarını təmsil etmək məqsədi ilə təşkil edilən tədbirlərdə tələbələrin iştirakını təmin edir. Bu tələbələrin davamlı inkişafına və təşkilatlı bir şəkildə böyüməsinə zəmin yaradır.

Tələbələrə sosial dəstək:

Təhsil alan tələbələr arasında aztəminatlı, qaçqın və şəhid ailələrindən olan gənclər böyük pay təşkil edir. THİK-in əsas prinsiplərindən biridə bu kateqoriyaya aid tələbələrə daim maddi və mənəvi dəstək olmaqdır. Bu səpgidə davamlı olaraq tələbələrə daim maddi və mənəvi dəstək olur.Buna misal olaraq deyə bilərik ki, yemək talonlarının verilməsi, aylıq maddi yardımların edilməsi. Eyni zamanda tələbələri həvəsləndirmək üçün mütəmadi olaraq aktif tələbələri mükafarlandırmada həyata keçirilir.