Azərbaycan Texnologiya Universitetinin strateji inkişaf və rəqəmsallaşma üzrə rektor müşaviri vəzifəsinə Mehman Kərimov təyin olunub. Kərimov Mehman İlham oğlu 21 noyabr 1993-cü ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2014-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetinin mühasibat uçotu və audit ixtisası üzrə bakalavr məzunu olub. Həqiqi hərbi xidmətdən sonra, 2016/2018-ci illərdə Hökumətlərarası Təqaüd Proqramı (HTP) ilə Macarıstan Respublikasının Kaposvar Universitetində regional və ətraf mühit iqtisadiyyatı ixtisası üzrə magistr təhsili alıb. Magistratura təhsil səviyyəsini fərqlənmə ilə başa vurduqdan sonra akademik karyerasını davam etdirərək HTP ilə Macarıstan Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetində doktorantura təhsilinə başlayıb. 2022-ci ildə “Birbaşa xarici investisiyaların Türkiyə iqtisadiyyatına təsiri” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının 3 mart, 2023-cü il tarixli qərarı ilə Ümumi iqtisadiyyat ixtisasında iqtisad elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.Əmək fəaliyyətinə 2020-ci ildə ADAU-da assistent olaraq başlayıb. 13 senytyabr 2021-ci ildə həmin universitetin Keyfiyyətin təminatı və strateji inkişaf şöbəsinin müdiri vəzifəsinə təyin edilib.Akademik fəaliyyətini paralel olaraq davam etdirib. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin bir sıra qiymətləndirmə meyarları üzrə ekspert təlimlərini uğurla başa vuraraq həmin qurumun eksperti kimi fəaliyyət göstərir. 20-dən çox elmi əsərin müəllifi və həmmüəllifidir.
Bu məqsədlə Qəbələ Konserv Zavodunda baş tutan görüşdə kadr hazırlığı, əmək bazarının tələblərinə uyğunlaşdırılması, müasir texnologiyaların elmi əsaslarla tətbiqinin gücləndirilməsi, elmi-praktik təcrübələrin birgə aparılması kimi məsələlər bir daha müzakirə edilib, təkliflər irəli sürülüb.
Əməkdaşlıq memorandumuna Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru v.m.i.e. dos. Yaşar Ömərovla Qəbələ Konserv Zavodunun direktoru Özgür Demirkıran Qəbələ Qida Şəhərciyində imza atıblar.
Azərbaycan Texnologiya Universiteti Qəbələ Konserv Zavodu ilə 2023-cü ilin 5 aprel tarixindən əməkdaşlıq əlaqələri qurub. Bu müddət ərzində ATU-rektoru v.m.i.e. dos. Yaşar Ömərov nümayəndə heyəti ilə Qəbələ Qida Şəhərciyində səfərdə olub, müəssisədə infrastruktur, istehsalat prosesi, tətbiq olunan müasir texnologiyalar, avadanlıqların iş prinsipi, kadr tələbatı və rast gəlinən problemlərlə yaxından tanış olub.
Qeyd edək ki, ölkə başçısı bu ilin aprelində Qəbələ Qida Şəhərciyində zavodun məhsulları ilə yaxından tanış olub. Müəssisə çipsi, meyvə şirəsi, nektar daxil olmaqla təxminən 100 çeşiddə məhsul istehsal edir. Zavodun "Chipsim", "Pepsi", "Jalə", "Natura", "Mia", "AQUA" kimi brendləri xarici bazarlarda da yer tutur.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə Raqif Tofiq oğlu Hüseynov Azərbaycan Texnologiya Universitinin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.Bu gün Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e dos.Yaşar Ömərov yeni təyinatla bağlı nazirliyin əmrini kollektivin diqqətinə çatdıraraq prorektoru kollektivə təqdim edib.Qeyd edək ki, R.Hüseynov 2022-ci ilin avqustundan Azərbaycan Texnologiya Universitetinin Tədris şöbəsinin müdiri vəzifəsində çalışıb. Ona qədər isə Gəncə şəhər Statistika İdarəsində aparıcı-iqtisadçı, Xəzər Təhsil Mərkəzində direktor, ADAU və ATU-da assistent, Tomori Pal Universitetində (Macarıstan) müəllim vəzifələrində çalışıb.Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) İqtisadiyyat fakültəsi məzunu olan Raqif Hüseynov 2016-2020-ci illərdə Hökümətlərarası Təqaüd Proqramları çərçivəsində Sent İstvan Univeristetində (Macarıstan) doktorantura təhsili alaraq fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib.
Universitetin rektoru vəzifəsini icra edən dos. Yaşar Ömərov kollektivi qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edərək duaların qəbul olmasını diləyib, xalqımıza firavanlıq, dünyaya sülh və əmin-amanlıq arzulayıb.Mərasimdə iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin Qərb regionu üzrə nümayəndəsi Hacı Tahir və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov da çıxış edərək Ramazanın cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmət duyğularının təntənəsini nümayiş etdirdiyini dilə gətiriblər.İftar süfrəsində dualar edilib, Ramazan ayının fəzilətləri barədə söhbətlər açılıb.
Azərbaycan Texnologiya Universitetində ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş stolüstü tennis, dama, şahmat və voleybol üzrə birincilik oyunları keçiriləcək. 26 aprel, 2023-cü il tarixində start götürəcək yarışlar Azərbaycan Texnologiya Universitetinin əməkdaşları və tələbələri arasında baş tutacaq. Oyunlar universitetin idman zalında əvvəlcə əməkdaşlar, daha sonra tələbələr arasında keçiriləcək.