İqtisadiyyat və idarəetmə fakültəsi

 

Kərimov Fazil Cəmil oğlu

İqtisadiyyat və idarəetmə

Dekan, i.f.d., dosent

(+994 22) 268 39 98

f.kerimov@atu.edu.az

 

Seymur Ceyhun oğlu Məmmədov

İqtisadiyyat və idarəetmə

Dekan müavini

s.memmedov@atu.edu.az

İqtisadiyyat və idarəetmə  fakültəsi haqqında

Fakültə Azərbaycan Texnologiya Universitetinin Elmi Şurasının 28 Avqust 1999-cu il tarixli iclasında qəbul edilmiş  qərara əsasən “İqtisadiyyat və idarəetmə” fakültəsi adlandırılıb.

Fakültə əməkdaşlarının siyahısı

Dos. Fazil Cəmil oğlu Kərimov -dekan

Seymur Ceyhun oğlu Məmmədov - dekan müavini

Gülmira Polad qızı  Bayramova - tyutor 

Xoşqədəm Xəqani qızı Vəliyeva - tyutor

Lətafət Xəqani qızı Heydərova tyutor

Yeganə Vahid qızı Qarayeva-tyutor

Turə Rasim qızı   Verdiyeva –operator

İqtisadiyyat və idarəetmə fakültəsində fəaliyyət göstərən kafedralar aşağıdakılardır.

1. İqtisadiyyat
2. İdarəetmə
3. Turizm sənayesinin təşkili
4. Xarici dillər
5. İctimai elmlər və multikulturaliz
 

İqtisadiyyat və idarəetmə  fakültəsində hal-hazırda aşağıda qeyd edilən ixtisaslar üzrə kadr hazırlığı aparılır:

 

    1.İqtisadiyyat

    2.Mühasibat

    3.Marketinq

    4.Beynəlxalq ticarət və logistika

    5.Biznesin idarə edilməsi

    6.Menecment

    7.Dövlət və bələdiyyə idarəetməsi

    8.Turizm işinin təşkili

    9.Turizm bələdçiliyi

Fakültənin elmi istiqaməti: İqtisadiyyat və idarəetmə fakültəsində kafedralarda müvafiq olaraq elmi-tədqiqat işləri hazırlanır. Əvvəlcədən nəzərdə tutulmuş qrafikə əsasən müəllimlərin açıq dərsləri, eləcə də müəllim elmi seminarları keçirilir.

Fakültədə tədris prosesi və kadr hazırlığı beynəlxalq təhsil sisteminə uyğun olaraq aparılır.Tələbələr öz ixtisaslarını dərindən mənimsəmək  üçün tədrislə yanaşı, əlavə təlimlərdə və təcrübələrdə iştirak edirlər.Tələbələrin təcrübə keçmələri üçün fakültənin əməkdaşlıq etdiyi müəssisələr aşağıdakılardır:

1.Kapitalbank ASC
2. Viator Mikrokredit Azərbaycan MMC
3. Gəncə Cihazqayırma Zavodu
4. Atəşgah Siğorta Şirkəti MMC
5. Lombardcini MMC
6. Nas Project ASC
7. Azərbaycan Sənaye Bankı ASC
8. Rabitəbank ASC
9. Expressbank ASC
10. Master Lizinq QSC
11. 1 saylı Gəncə regional ASAN xidmət Mərkəzi
12. 2 saylı Gəncə ASAN xidmət Mərkəzi
13. Finex Kredit ASC
14. Güvənli MMC
15. Qala Siğorta ASC

Tələbələrin asudə vaxtlarını  səmərəli və maraqlı  keçirmələri üçün fakültədə Tələbə Gənclər Təşkilatının nəzdində “Xarici dil” və “İqtisadiyyat”  klubları fəaliyyət göstərir. Fakültənin tələbələri  universitetin idman yarışlarında da aktiv iştirak edir, eləcə də futbol, basketbol komandalarının üzvləridir. üdürlər.

Fakültənin TEC sədri- Zeynəb Bəhram qızı  Qocayevadır. 2024-2025-citədris ilində TEC xətti ilə ümumilikdə fakültədə 15 tələbə elmi seminarı keçirilmişdir.