Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Tələbəmiz Rusiyada təltif edilib

Azərbaycan Texnologiya Universitetinin qida mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Namiq Muradov Rusiya Federasiyası Kalmıkiya Respublikasında Xəzəryanı ölkələrin universitetlərinin 24-cü Baş Assambleyasında təmsil olunub.Assambleya çərçivəsində plenar iclasda iştirak edən Namiq Muradov Kalmık Dövlət Universitetinin rektoru Badma Salayev tərəfindən təbliğat işlərində fəal iştirakına görə universitetin yaranmasının 50 illiyinə həsr edilmiş yubiley medalı ilə təltif edilib.4-7 oktyabr tarixlərində təşkil olunan Xəzəryanı ölkələrin universitetlərinin 24-cü Baş Assambleyasında Rusiya Dövlət Dumasının deputatları, Kalmıkiya Respublikası rəsmiləri və dünyanın 52 təhsil ocağı da daxil olmaqla 500-dən çox yerli və xarici qonaq iştirak edib.Tədbirdə Kalmık Dövlət Universitetinin rəsmi dəvəti ilə iştirak edən N.Muradov adıçəkilən təhsil ocağının məzunu olub. 

Doktorant və dissertantlar üçün ingilis dili kurslarına start verir

  Azərbaycan Texnologiya Universiteti doktorant və dissertantların elmi inkişafına dəstək məqsədilə oktyabr ayının 18-dən başlayaraq ingilis dili kurslarına start verir. Kurslar gələn ilin iyun ayına qədər davam edəcək. 

Tələbələrin nəzərinə

Azərbaycan Respublikasının Gənclər Fondu sosial həssas əhali kateqoriyalarına aid olan istedadlı gənclərin təhsil xərclərinin qarşılanması üzrə növbəti müsabiqəni elan edir.Müsabiqənin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına əsasən təhsilin gənclər üçün daha da əlçatan edilməsi və insan kapitalının inkişafına dəstəyin göstərilməsindən ibarətdir.Müsabiqə qaliblərinin 2021-2022 və ya 2022-2023-cü tədris illəri üzrə təhsil haqqı xərclərinin qarşılanması nəzərdə tutulur.Qiymətləndirmə zamanı müraciət edənin davamiyyət və akademik göstəriciləri, yerli və beynəlxalq miqyasda əldə etdikləri nailiyyətlər, sosial həssaslıq dərəcəsi və ictimai fəallığı əsas meyar olaraq götürülür.Müsabiqədə iştirak etmək istəyən gənclər Fondun rəsmi internet səhifəsi (youthfoundation.az – Elektron Xidmətlər) və GəncAPP mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçərək elektron xidmətlər bölməsində yerləşdirilmiş müvafiq ərizə formasını doldurub sayt üzərindən Fonda göndərməlidirlər.Son müraciət tarixi: 1 noyabr 2022-ci il, saat 18:00Nəticələr barədə məlumat Fondun rəsmi internet səhifəsində və GəncAPP mobil tətbiqində yerləşdiriləcəkdir.     


Azərbaycan Texnologiya Universitetində Tələbə Elmi Cəmiyyətinin və fakültə rəhbərlərinin iştirakı ilə görüş keçirilib

Görüşdə elmi işlər üzrə prorektor vəzifəsini müvəqqəti icra edən dos.Mayıs Gülalıyev elmi işlərin aktivləşməsinin vacibliyini qeyd edib. Tədbirdə magistr, dissertant, doktorantların elmi məqalələrinin dərci, fakültələr üzrə TEC-lərin fəaliyyəti kimi məsələlər, iş planları müzakirə edilib.Görüş çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Asiya İnkişaf Bankı tərəfindən birgə həyata keçirilən “Yerli texnoloji startapların inkişafının təşviqi”, eləcə də “Gələcək üçun bacarıqlar” layihələrinin mentorluq proqramlarında iştirak edən müəllimlər çıxış edərək əldə etdikləri təcrübələrdən, bu təcrübələrin universitetdə startapların inkişafı üçün verdiyi imkanlardan danışıblar. 

Azərbaycan Texnologiya Universitetində “Agro Trade Supply Group`` və ``Agro Food İnvestments Group`` şirkətlərinin nümayəndə heyəti ilə görüş keçirilib

Nümayəndə heyətinin tərkibində ATS Şirkətlər Qrupunu İnsan resursları departamentinin direktoru Maqsud Orucov, meneceri Həbib Vəliyev, AFİ Şirkətlər Qrupunu isə İnsan resursları departamentinin direktoru Fərid Nəcəfov təmsil edib.İşgüzar görüşdə Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos. Yaşar Ömərov bildirib ki, müasir sənaye müəssisələri ilə əməkdaşlıq və əlaqələrin genişləndirilməsi universitetin prioritetləri sırasındadır. Görüş zamanı kadr hazırlığı, tələbə-təcrübə proqramları, xüsusi təqaüdün təsis edilməsi, birgə seminarların təşkilinə dair müzakirələr aparılıb.Məhsuldar görüşdə təkliflərlə bağlı geniş fikir mübadiləsi aparılıb, əməkdaşlığın növbəti mərhələləri müzakirə edilib. 

Azərbaycan Texnologiya Universitetinin tələbələri Gənclər Fondunun Qrant Müsabiqəsinin qalibləri arasındadır

Azərbaycan Texnologiya Universitetinin tələbələri Gənclər Fondunun Qrant Müsabiqəsinin qalibləri arasındadırUniversitetin daha 3 tələbəsi Azərbaycan Respublikasının Gənclər Fondunun təşkil etdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsini qazananlar sırasındadır.Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyidi ixtisasının 4-cü kurs Elvin Həsənov "Gənc Psixoloqların İNKİŞAF Proqramı", kompüter mühəndisliyi ixtisasının 2-ci kurs tələbəsi Zümrüd Nəbiyeva “Bitən Həsrət”, qida mühəndisliyi ixtisasının 2-ci kurs tələbəsi Xəyal Məmmədəliyev isə "44 Gündə Qızıl Tarix Yazanlar" layihəsi üzrə yer tutub.Ümumilikdə “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsində Azərbaycan Texnologiya Universitetinin 5 tələbəsi yer alıb.