Müsabiqə 8 Noyabr - Zəfər Gününə həsr edilib.Müsabiqəyə parlaq Zəfərimizi, azad olunmuş ərazilərin füsunkar təbiətini, Vətən oğullarının döyüş ruhunu əks etdirən əsərlər qəbul olunacaq. Rəsmlərin işlənmə texnikası sərbəstdir.Müsabiqəyə təqdim olunan rəsmlərin aşağı sağ küncündə tələbənin adı, soyadı, təhsil aldığı fakültə qeyd olunmalıdır. Yarışa Gəncədə yerləşən digər universitetlərin və kolleclərin tələbələri də qatıla bilərlər.Rəsmlər müəllifin tələbə vəsiqəsinin surəti ilə birlikdə 31 oktyabradək Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasına təqdim olunmalıdır.Qalibləri mükafatlar gözləyir.
Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos.Yaşar Ömərov Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının dosenti Firdovsi Babayevi 80 illik yubileyi münasibətilə təbrik edərək elmi-pedaqoji sahədə fəaliyyətinə və səmərəli xidmətinə görə Fəxri fərmanla təltif edib.Firdovsi Babayev 1983-cü ildən Azərbaycan Texnologiya Universitetində çalışır. O, 122 elmi əsərin, 16 metodik vəsait və 30 fənn proqramının müəllifidir.
Universitetin layihədə fəal iştiraka görə layiq görüldüyü diplomu rektor əvəzi dos.Yaşar Ömərova Azərbaycan Milli Kulinariya Assosiasiyasının, Dünya İslam Kulinariya Birliyinin Prezidenti, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanov təqdim edib.Assosiasiya rəhbəri universitetə müəllifi olduğu, bir neçə gün əvvəl Şuşada təqdimatı keçirilən “Qarabağ mətbəxinin inciləri” adlı kitabını da hədiyyə edib. Yaşar Ömərov kitabın Milli və xarici ölkə xalqlarının mətbəxi fənninin tədrisində istifadə üçün yaxşı dərs vəsaiti ola biləcəyini vurğulayaraq müəllif və həmmüəlliflərə təşəkkür ifadə edib.T.Əmiraslanov bildirib ki, kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş qrant layihəsi əsasında hazırlanıb. Kitabda Qarabağın müxtəlif bölgələrinin mətbəxi öz əksinə tapıb.Daha sonra Qida mühəndisliyi və ekspertiza kafedrasında kitabın geniş təqdimatı baş tutub.T.Əmiraslanov “Şuşa ili” qrant layihəsi çərçivəsində baş tutan təlimlərin aktiv müdavimləri olan Qida mühəndisliyi və ekspertiza kafedrasının bir qrup əməkdaşlarına sertifikatlar da təqdim edib.
Azərbaycan Texnologiya Universiteti aşağıdakı kafedralarda vakant yerlərin tutulması üzrə müsabiqə elan edir: -Maşın mühəndisliyi və logistika kafedrası, baş müəllim - 1 yer -Yüngül sənaye mühəndisliyi və dizayn kafedrası, baş müəllim - 5 yer -Qida mühəndisliyi və ekspertiza kafedrası, dosent - 3 yer, baş müəllim - 5 yer, assistent- 1 yer -Turizm sənayesinin təşkili və ekologiya kafedrası, dosent - 2 yer, baş müəllim - 5 yer, assistent - 2 yer -Ümumi və tətbiqi riyaziyyat kafedrası, dosent - 2 yer -Xarici dillər kafedrası, baş müəllim - 2 yer -Menecment kafedrası baş müəllim - 1 yer -Marketinq kafedrası, baş müəllim - 1 yer -Avtomatika və informasiya texnologiyaları kafedrası, baş müəllim - 2 yer -Kompüter mühəndisliyi və telekommunikasiya kafedrası - baş müəllim - 2 yer Sənədlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin 401 nömrəli 07 avqust 1996-cı il tarixli “Ali təhsil müəssisələrində kafedra müdiri, professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq elan olunduğu gündən başlayaraq 1 ay müddətində qəbul edilir. Sənədlər təlimata uyğun olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir: Gəncə şəhəri, Ş.İ.Xətai pr. 103,
Əlaqə: +994 022 257-56-29
AZ - 2011
Müsabiqədə iştirak etmək üçün sənədlər Azərbaycan Respublikası və Təhsil Nazirliyinin F-100 nömrəli 05 fevral 2018-ci il tarixli “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları”nın tətbiqi barədə əmrə uyğun olaraq elan olunduğu gündən başlayaraq 30 günmüddətində qəbul edilir.Sənədlər təlimata uyğun olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir:
AZ 2011,
Gəncə şəhəri, Ş.İ.Xətai pr. 103
Əlaqə: +994 022 257-56-29REKTORLUQ
Tədbirin təşkilində məqsəd I kurs tələbələrini fondun təklif etdiyi imkanlar barədə məlumatlandırmaq olub.Tədbirdə Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos. Yaşar Ömərov, millət vəkili Müşfiq Cəfərov, Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev və birinci kurs tələbələri iştirak ediblər.Yaşar Ömərov çıxışında Təhsil Tələbə Kredit Fondunun Prezident cənab İlham Əliyevin 17 iyun 2021-ci il tarixli Fərmanı ilə təsis olunduğunu qeyd edərək bildirib ki, bu fondun yaradılması ölkəmizdə təhsilə dövlət qayğısının ən bariz nümunələrindən biridir.Millət vəkili M.Cəfəov isə çıxışında tələbələr üçün yeni imkanlar təklif edən TTKF-in ali təhsilə əlçatanlığın təmin edilməsi və təhsildə bərabər imkanların yaradılması kimi mühüm missiyalara xidmət etdiyini diqqətə çatdırıb.Sonra A.Paşayev TTKF-in fəaliyyət istiqamətləri, fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları, kreditin məbləği və qaytarılması müddəti, nəzərdə tutulan güzəştlər barədə tələbələrə geniş məlumat verib.Tədbir tələbələrin mövzuya dair suallarının cavablandırılması ilə yekunlaşıb.