"Abituriyentlərə Dəstək Mərkəzi"miz hər gün saat 11:00-dan yenidən abituriyentlərin ixtiyarındadır.

Elektron qeydiyyatla bağlı çətinliklə qarşılaşanlar universitetimizdə fəaliyyət göstərən "Abituriyentlərə Dəstək Mərkəzi"nin təmənnasız xidmətindən yararlana bilərlər.

Qeydiyyat üçün müraciət edənlər özləri ilə aşağıdakı sənədləri gətirməlidirlər:
1. Şəxsiyyət vəsiqəsinin surəti
2. Attestat (diplom, arayış)
3. Şəkil (3x4 ölçüdə, tələbə bileti üçün)
4. Hərbi qeydiyyat vəsiqəsi (ağ bilet) və ya hərbi biletin surəti
5. Təhsil haqqının ödənilməsinə dair qəbz (Kapital Bank)
6. Təhsil haqqını ödəməkdən azad olanlar üçün statusu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı elektron qaydada portal.edu.az vasitəsilə aparılır. Qeydiyyat prosesi 14 sentyabr saat 18:00-dək davam edəcək.