Avtomatika, telekommunikasiya və informatika

Rövşən Mustafa oğlu Hacıyev

"Avtomatika, telekommunikasiya və informatika" Fakültəsi

Dekan, i.f.d., dosent

(+994 22) 257 63 02

r.haciyev@atu.edu.az

Ramil Nazim oğlu Vəliyev

"Avtomatika, telekommunikasiya və informatika" Fakültəsi

Tədris işləri üzrə dekan müavini

(+994 22) 50-246-07-50

r_valiyev@atu.edu.az

Avtomatika, telekommunikasiya və informatika Fakültəsi haqqında

Avtomatika, telekommunikasiya və informatika  fakültəsi haqqında

Fakültənin yaranma tarixi

2016-2017-ci illərdə fakültənin adı dəyişdirilərək “Avtomatika, telekommunikasiya və  informatika” adlanıb, 2017-ci ildən hal-hazıra kimi “Avtomatika, telekommunikasiya və informatika” fakültəsi adlanır.

Dekan, dekan müavinləri, tyutorlar

 

Dekan: -  Rövşən Mustafa oğlu Hacıyev

Dekan müavinləri:

Tədris işləri üzrə: -  Ramin Nazim oğlu Vəliyev

Tyutorlar:

I kurs üzrə:- Həcər Rauf qızı Əliyeva

II kurs üzrə:- İsmət Əkbər qızı Abbasova

III kurs üzrə:- Tamarə Fazil qızı Vəliyeva

IV kurs üzrə:- Nərmin Fikrət qızı Qasımova

 

Kafedralar:

  • Avtomatika və informasiya texnologiyaları
  • Kompüter mühəndisliyi və telekommunikasiya
  • Ümumi və tətbiqi fizika
  • Ümumi və tətbiqi riyaziyyat

İxtisaslar

Fakültədə çoxpilləli tədris sistemi əsasında: 050634-Proseslərin avtomatlaşdırılması muhəndisliyi, 050616-İnformasiya texnologiyaları, 050620-Kompüter mühəndisliyi, 050636-Radiotexnika və telekommunikasiya, 050630-Mühəndis fizikası, 050404-Dövlət və bələdiyyə idarəetməsi ixtisasları üzrə bakalavr və magistrlər hazırlanır.

 

Elmi tədqiqat işləri

2018-2020-ci il üçün Avtomatika, telekommunikasiya və informatika fakültəsində  elmi tədqiqat işlərinin mövzuları:

  1. Avtomatika və informasiya texnologiyalarıkafedrasında iki elmi istiqamət üzrə elmi iş yerinə yetirilib:

Birinci mövzu: “Südsoyutmada temperatur stabilləşdiricili avtomatik idarəetmə sisteminin işlənməsi və əsaslandırılması”.

2018-ci il – “Südün soyudulmasına dair texnologiya və texniki vasitələrin və soyudulma prosesində istifadə olunan avtomatlaşdırılmaya dair mövcud vəziyyətin öyrənilməsi”.

2019-cu il – “Südün soyudulması prosesində və onun rejim parametrlərinin stabilləşdirilməsi hüdudu və müvafiq  informasiya vericilərin seçilməsi”.

2020-ci il – “Süd soyuducusunun avtomatik idarə sisteminin işlənməsi və tədqiqi”.

İkinci mövzu: “İntellektual sistemlərdə sensor vericilərin texnoloji proseslərdə tətbiqinin işlənməsi və əsaslandırılması”

2018-ci il – “Texnoloji proseslərdə yarımkeçiricilər fizikasının əsasları, mövcud vericilərin (sensorların) təsnifatı və tədqiqi”.

2019-cu il – “İntellektual sistemlərdə inteqral sensorların istifadəsi, sensorların strukturu və funksiyalarının öyrənilməsinin mövcud vəziyyətinin araşdırılması”.

2020-ci il – “İntellektual sistemlərdə vericilərin (sensorların) texnoloji proseslərdə tətbiqi”.

 

  1. Kompüter mühəndisliyi və telekommunikasiyakafedrasında bir  elmi istiqamət üzrə  elmi iş aparılıb.

Problemin mövzusu: “Yeni nəsil telekommunikasiya şəbəkələrinin (NGN – Next Generation Networks), optik veriliş sistemlərinin və ötürücü mühitlərin bir sıra məsələlərinin tədqiqi”.

2018-ci il - “Yeni nəsil telekommunikasiya şəbəkələrində həddindən artıq yüklənmənin, trafikin idarə edilməsi və keyfiyyətli xidmətin təmin edilməsinin tədqiqi”.

2019-cu il - “Yeni nəsil telekommunikasiya şəbəkələrinin iş keyfiyyəti xarakteristikalarının modellərinin və hesablanma metodlarının işlənilməsi”.

2020-ci il - “Multiservisli rabitə şəbəkələrinin iş prosesinin modelləşdirilməsi və verilənlərin ötürülməsi kanallarının buraxma qabiliyyətinin optimallaşdırılması”.

 

  1. Ümumi və tətbiqi fizikakafedrasında bir  elmi istiqamət üzrə elmi iş aparılıb.

Problemin mövzusu: “Bərk məhlulların bəzi elektrofiziki xassələrin tətbiqində riyazi modelləşdirmə”

2018-ci il - “İonlaşdırıcı şüalanmanın istilik və elektrik keçirmədə, maddi nöqtələrin hərəkət tənliklərinin riyazi modelinin qurulması”.

2019-cu il - “İstilik və elektrik keçirmədə, maddi nöqtələrin hərəkət tənliklərinin riyazi modelinin qurulması”.

2020-ci il - “TlİnSe2  tipli birləşmələrinin elektrofiziki xassələri”.

  1. Ümumi və tətbiqi riyaziyyatkafedrasında bir  elmi istiqamət üzrə elmi iş aparılıb.

Problemin mövzusu: “Bərk məhlulların bəzi elektrofiziki xassələrinin tətbiqində riyazi modelləşdirmə”

2018-ci il – “İstilik və elektrik keçirmə zamanı alınmış nəticələrin və maddi nöqtələrin hərəkət trayektoriyalarının riyazi modelinin verilməsi”.

2019-cu il – “Fotoelektrik xassələrin ölçülməsi zamanı alınmış nəticələrin riyazi modelinin verilməsi”.

2020-ci il – “Elektrofiziki xassələrin tətbiqinin riyazi modelləşdirilməsi”.

 

2021-2023-cü il üçün Avtomatika, telekommunikasiya və  informatikafakültəsində  elmi tədqiqat işlərinin mövzuları:

  1. Avtomatika və informasiya texnologiyalarıkafedrasında – bir elmi istiqamət üzrə elmi iş yerinə yetirilib:

Problemin mövzusu: “Texniki sistemlərdə itkilərin azaldılması üçün avtomatik sistem və vasitələrin işlənməsi”.

Mövzu: “Sənayedə çiləmə proseslərində itkilərin qarşısının alınması üçün avtomatik sistemin işlənməsi və əsaslandırılması”.

2021-ci il – “Sənayedə çiləmə prosesləri və onlarda baş verən itkilərin səbəblərinin öyrənilməsi və avtomatik idarəetmə sistemi tətbiqi perspektivliyinin əsaslandırılması”.

2022-ci il – “Sənaye çiləyici qurğularında itkilərin qarşısının alınması üçün avtomatik vasitənin parametrlərinin nəzəri əsaslandırılması”.

2023-cü il – “Sənaye çiləmə qurğularında itkilərin qarşısını alan avtomatik sistemin işlənməsi və işinin tədqiqi”.

  1. Kompüter mühəndisliyi və telekommunikasiyakafedrasında bir elmi istiqamət üzrə  elmi iş  aparılıb.

Problemin mövzusu: “Telekommunikasiya sistemlərində simsiz və optik ötürücü mühitlərində tətbiq edilən sahələrin  tədqiqi”.

2021-ci il – Mobil şanvari texnologiyalar. Şanvari rabitənin funksiyaları”.

2022-ci il  “Naqilsiz rabitə kanallarında yayılma itkiləri”.

2023-cü il  “Optik siqnalların maneəyədavamlılığının artırılması metodlarının işlənməsi”.

  1. Ümumi və tətbiqi fizikakafedrasında bir  elmi istiqamət üzrə elmi iş aparılıb.

Problemin mövzusu: “Gümüş aşqarlı xalkogenitlərdə elektrofiziki hadisələr”.

Mövzu: “Gümüş xalkogenitlərin elektrik keçiriciliyinin və istilik keçiriciliyinin temperaturadan asılılığının təyini”.

2021-ci il – “Gümüş xalkogenitlərin elektrik keçiriciliyində deffektlərin rolu”.

2022-ci il – “Gümüş xalkogenitlərdə elektrik hərəkət qüvvəsinin temperaturdan asılılığı”.

2023-cü il – “Gümüş xalkogenitlərdə Holl əmsalının tətbiqi”.

  1. Ümumi və tətbiqi riyaziyyatkafedrasında bir  elmi istiqamət üzrə elmi iş aparılıb.

Problemin mövzusu: “Bəzi yarımkeçirici maddələrin elektrofiziki xassələrinin tədqiqi üçün riyazi modelin qurulması və həllin optimallaşdırılması üsulları”.

2021-ci il – “Tədqiq olunan maddələrin fiziki parametrlərinin ölçülməsi üsullarının riyazi modelləşdirilməsi”.

2022-ci il – “Tədqiq olunacaq maddələrin xüsusi elektrik keçiriciliyi və termoelektrik hərəkət qüvvəsinin tədqiqi və onun riyazi əsaslarla izah olunması”.

2023-cü il – “Maddələrin fiziki parametrlərinin tədqiqində optimal idarəetmənin bəzi məsələləri”.

 

Tələbə Elmi Cəmiyyətinin - 2022-ci il üçün fəaliyyətində əsasən 14 oktyabr  2022-ci ildən  başlayaraq Avtomatika, telekommunikasiya və informatika fakültəsində TEC tərəfindən tələbə və magistrantların elmi seminarları təşkil edilmişdir.

Elmi seminarlarda tələbə və magistrantların təqdim etdikləri mövzular ətrafında elmi diskussiyalar aparılmış və təşkil olunan seminarların hər biri Universitetin internet və  fakültənin Facebook səhifələrində işıqlandırılmışdır.

05.02.2022-ci il tarixində Kompüter mühəndisliyi dərnəyi yaradılmışdır.

Dərnəyin Rəhbəri 4229a qrup tələbəmiz Şəhriyar Tağıyev You Tube kanalından birbaşa canlı yayımla məşğələlər aparmışdır.

Azərbaycan Texnologiya Universitetinin Haydarpaşa Teknik Meslek lisesi ilə müştərək təşkil etdiyi, təlimçi Süleyman Arslanın PLC təlimləri 5 gün onlayn şəkildə keçirilmişdir. Təlimdə uğur qazanan tələbələr sertifikatla təltif olunmuşdur.