Universitetin rektor əvəzi, Elmi Şura sədri dos.Yaşar Ömərov kvorumu nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri şura üzvlərinin diqqətinə çatdırıb.İlk olaraq iclasda Tədris şöbəsinin müdiri Raqif Hüseynov və Magistratura və doktorantura şöbəsinin rəhbəri Ulduz Babayeva universitetdə dövlət imtahanlarına hazırlığın və magistr dissertasiyalarının yerinə yetirilməsinin vəziyyəti barədə məlumat verib. Daha sonra İnzibati idarəetmə və kommersiya kafedrasının müdiri Fizuli Məmmədovun və Ümumi və tətbiqi fizika kafedrasının müdiri Məntiq Cəfərovun hesabatı dinlənilib.Elmi Şuranın gündəliyində olan müxtəlif məsələlərə dair geniş müzakirələr aparılıb, tövsiyə və tapşırıqlar verilərək müvafiq qərarlar qəbul edilib.İclas çərçivəsində Yüngül sənaye mühəndisliyi və Dizayn kafedrasının müdiri Tofiq Mirzəyev və Turizm sənayesinin təşkili və ekologiya kafedrasının dosenti Fərman Əliyev yubileyləri münasibəti ilə fəxri fərmanla təltif olunublar.
İclasda elmi katib kvorumun olduğunu bildirdikdən sonra Elmi Şuranın sədri, rektor əvəvzi dos. Yaşar Ömərov iclası açıq alan edib. Ardınca iştirakçıları gündəlikdə olan məsələlərlə tanış edib.İclasda Tələbə Elmi Cəmiyyətinin sədri Aysel Məmmədlinin təqdimatında TEC hesabatı dinlənilib. İdman Klubunun rəhbəri Elçin Süleymanov universitetdə bədən tərbiyəsi və idmanın mövcud vəziyyəti haqda məruzə edib.Elmi işlər üzrə prorektor əvəzi i.e.d. Mayis Gülalıyev ilin yekununa dair hesabatla çıxış edib. Hesabatda təqdim olunan reytinqlər cədvəlinə əsasən Qida mühəndisliyi fakültəsi “İlin fakültəsi”, İnzibati idarəetmə və kommersiya kafedrası “İlin kafedrası”, prof.Məntiq Cəfərov və Xədicə Məmmədova isə “İlin alimi” adına layiq görülüb. Rektor əvəzi Yaşar Ömərov nominasiyalar üzrə qalibləri mükafatlandırıb.İclas zamanı səsvermə yolu ilə Mayıs Gülalıyev professor vəzifəsinə seçilib, doktorant və dissertantların dissertasiya mövzusuları və elmi rəhbərinin təsdiqi və digər məsələlərə baxılıb.
Azərbaycan Texnologiya Univetrsitetində (ATU) “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mövcud ekoloji vəziyyət: Müasir çağırışlar və problemlərin həlli yolları” adlı elmi praktik konfrans keçirilibTədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, Mingəçevir Dövlət Universitetinin rektoru, i.f.d. dos. Şahin Bayramov, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektor əvəzi dos. Zəfər Qurbanov iştirak edib.Konfransda həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Göygöl Milli Parkı təmsil olunub.Konfransın plenar iclası Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə açıq elan edilib.Daha sonra giriş sözü ilə ATU-nun rektor əvəzi dos.Yaşar Ömərov çıxış edib. Bildirib ki, torpaqlarımızın azad edilməsi Azərbaycan ərazilərində ermənilər tərəfindən törədilmiş ekoloji cinayətin elmi əsaslarla monitorinqi, torpaq və su ehtiyatlarının, bioloji müxtəlifliyin işğaldan əvvəlki və mövcud vəziyyətinin müqayisəli təhlili, bərpası, mühafizəsi və səmərəli istifadəsi üzrə tədqiqatları aktuallaşdırıb. Y.Ömərov konfransda müzakirə olunan məsələlərin işğaldan azad edilmiş ərazilərdə ekosistemin bərpası istiqamətində aparılan işlərə töhfə verəcəyinə ümid etdiyini bildirib.Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, MDU-nun rektoru, dos. Şahin Bayramov, ADAU-nun ektor əvəzi dos. Zəfər Qurbanov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı RETSİ-nin rəis müavini Mayis Vəliyev, Göygöl Milli Parkının direktor müavini Fuad Quliyev çıxış edərək mövzunun aktuallığına diqqət çəkib, kofransın işinə uğurlar arzulayıblar.Plenar iclasın sonunda Turizm sənayesinin təşkili və ekologiya kafedrasının professor əvəzi Elşad Məmmədovun “İşğaldan azad olunmuş ərazilərdə ekoloji terror” adlı geniş məruzəsi dinlənilib.Daha sonra konfrans öz işini panel iclasda davam etdirib. ATU, GDU, ADAU və MDU-nun müvafiq kafedra əməkdaşlarının və tədqiqatçılarının məruzələri dinlənilib, mövzularla bağlı məhsuldar fikir mübadiləsi aparılıb. Sabah isə bölmədə ATU, GDU və ADAU-nun magistr və bakalavr tələbələri məruzələrlə çıxış edəcəklər.
Azərbaycan Texnologiya Universiteti Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və “Telekom Basketbol” İdman Klubunun birgə təşkilatçılığı ilə keçirilən Gəncə Basketbol liqa yarışlarına start verilibGəncə Basketbol liqa yarışlarında 8 komanda iştirak edir. Yarışda Gəncə Dövlət Universiteti (GDU), GDU nəzdində olan Gəncə Regional Kolleci, Azərbaycan Texnologiya Universiteti, Gəncə İdman Liseyi, “Telekom Basketbol” İdman Klubu, “Ülvi Team”, Göygöl Olimp və Gəncə Şəhər Baş Polis İdarəsinin komandaları mübarizə aparır.Qeyd edək ki, komandalar üç dövriyyədən ibarət olmaqla dairəvi sistem üzrə yarışır. Play-off mərhələsinə çıxan 3 komanda I, II və III yerlər uğrunda mübarizəni davam etdirəcək.Yarışlar Azərbaycan Texnologiya Universitetinin İdman zalında baş tutur.Azərbaycan Texnologiya Universitetinin ilk oyunu bu gün saat 18:00-da Gəncə Şəhər Baş Polis İdarəsinin komandası ilə keçiriləcək.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş futzal üzrə şəhər çempionatının qalibləri mükafatlandırılıbAzərbaycan Texnologiya Universitetində baş tutan yarışlarda şəhərin müxtəlif müəssisə və təşkilatlarından ibarət 6 komanda iştirak edib.Şəhər çempionatında I yeri Gəncə İdman Liseyi tutub. II yeri Gəncə Şəhər Baş Polis İdarəsi komandası, III yeri isə Azərbaycan Texnologiya Universitetinin tələbələri qazanıb. Qalib komandalar kubok, medal və diplomlarla təltif edilib, “Ən yaxşı qapıçı”, “Ən yaxşı hücumçu” və “Ən yaxşı müdafiəçi” nominasiyaları üzrə mükafatlar verilib.Tədbir Azərbaycan Texnologiya Universiteti, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və “Telekom Basketbol” İdman Klubunun birgə təşkilatçılığı ilə baş tutub.
Azərbaycan Texnologiya Universitetində 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıqla bağlı növbəti iclas keçirilibUniversitet rəhbərliyi, dekanlar, kafedra müdirləri və tyutorların iştirak etdiyi yığıncaqda rektor əvəzi dos.Yaşar Ömərov imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsinin vacibliyini diqqətə çatdırıb.Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq İmtahan qərargahının yaradıldığını bildirən Y.Ömərov iştirakçılara imtahan prosesində yarana biləcək xoşagəlməz halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ qaydalara uyğun mütəşəkkil təşkil olunması barədə tapşırıqlar verib.İclasda cari sessiya ilə bağlı İmtahan Komissiyasında aparılan işlərin vəziyyəti də müzakirə edilib.