Məzun bankı

Məzunların şəxsi məlumatlarını və iş təcrübəsini əks etdirən məlumatların əldə edilməsini təmin etmək, məzunlarla davamlı əlaqə yaratmaq və onları universitetin əməkdaşlıq etdiyi müəssisələrdə olan açıq vakansiyalara yönləndirmək üçün CV formaları toplanılır.

Məzun olmuş tələbələrimizə işlə təmin olunmalarında yaxından dəstək göstərməyimiz üçün öz CV formalarını karyera@atu.edu.az elektron poçt ünvanına göndərmələrini xahiş edirik.

Məzun olmuş tələbələrimizin məşğulluq səviyyəsini müəyyən etmək məqsədilə ildə 1 dəfə 300-400 nəfər aralığında məzun arasında online sorğu keçirilir. Sonuncu sorğu 2025-ci ilin fevral ayında keçirilmişdir. Sorğuya əsasən işlə təmin olunanlar 77,9%, işsiz olanlar 22,1% təşkil etmişdir.

MƏZUNLAR ASSOSİASİYASI

 

Məzunlar Assosiasiyası Azərbaycan Texnologiya Universitetinin  məzunlarını vahid platformada bir araya gətirməklə onların universitet ilə əlaqələrinin möhkəmləndirilməsinə və peşəkar inkişaflarının dəstəklənməsinə xidmət edən bir qurumdur. Assosiasiya məzunların universitet həyatında aktiv iştirakını təşviq etməklə yanaşı, onların təcrübə və biliklərinin universitet icması ilə paylaşılmasına şərait yaradır.

 

Assosiasiyanın əsas məqsədi ATU məzunlarının universitetlə əlaqələrinin davamlı saxlanılmasını təmin etmək və onların əmək bazarında əldə etdikləri bilik və təcrübələri universitet tələbələri ilə bölüşmələrinə imkan yaratmaqdır. Məzunlar Assosiasiyası mütəmadi olaraq müxtəlif görüşlər, seminarlar və tədbirlər təşkil edir. Bu tədbirlər vasitəsilə məzunların elmi, yaradıcı və peşəkar fəaliyyətlərinin inkişafına dəstək verilir, eyni zamanda onların maraqları və ehtiyacları öyrənilir.

 

Məzunlardan əldə olunan məlumat və rəylər təhsil prosesinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu məlumatlar universitetin strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə və gələcək kompetensiyaların formalaşdırılmasına töhfə verir.

 

Məzunlar Assosiasiyası həmçinin əmək bazarında tələb olunacaq gələcək kompetensiyalara uyğun strategiyanın hazırlanmasında universitetə dəstək göstərir. Universitetlə sıx əməkdaşlıq edərək məzunların universitetə mənsubiyyət hissinin gücləndirilməsi və onların universitet fəaliyyətində daha fəal iştirakının təmin edilməsi əsas məqsədlərdən biri kimi müəyyən edilmişdir.

 

Assosiasiya məzunların əldə etdikləri uğurlar vasitəsilə Azərbaycan Texnologiya Universitetinin nüfuzunun daha da artırılmasına və ali təhsil müəssisəsinin müsbət imicinin möhkəmləndirilməsinə töhfə verir. Bu istiqamətdə həyata keçirilən fəaliyyətlər universitetin sosial, mədəni və iqtisadi inkişafına da müsbət təsir göstərir.

 

Məzunlar Assosiasiyasına aşağıdakı link vasitəsilə üzv olmaq mümkündür:

https://forms.gle/MDJrFsikTEFtshEb9