İkili diplom proqramları

BİALİSTOK TEXNOLOGİYA UNİVERSİTETİ, POLŞA

Azərbaycan Texnologiya Universiteti ilə Polşanın Bialystok Texnologiya Universiteti arasında Magistratura səviyyəsində "Nəqliyyat logistikası" proqramı üzrə ikili diplom müqaviləsi imzalanıb.

 Magistrantlar iki semestr Azərbaycan Texnologiya Universitetində, iki semestr isə Bialystok Texnologiya Universitetində ingilis dilində təhsil almaqla, sonda hər iki universitetin magistr diplomunu qazanacaqlar.

SOPRON UNİVERSİTETİ, MACARISTAN

Azərbaycan Texnologiya Universiteti ilə Macarıstanın Sopron Universiteti arasında Magistratura səviyyəsində "Ekologiya mühəndisliyi" proqramı üzrə ikili diplom müqaviləsi imzalanıb. 

2025/2026-cı tədris ilindən başlayaraq innovativ proqram magistr tələbələrinə unikal mədəniyyətlərarası və təhsil təcrübəsi təqdim edəcək. İngilis dilində tədris olunacaq proqramın iştirakçıları iki semestr Azərbaycan Texnologiya Universitetində, digər iki semestr isə Sopron Universitetində təhsil alaraq iki müxtəlif akademik mühit təcrübəsi qazanmaq imkanı əldə edəcəklər. Proqram çərçivəsində təhsilini başa vuran məzunlara hər iki ali təhsil müəssisəsinin magistr dərəcələri veriləcək.