Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Azərbaycan Texnologiya Universitetinin rəhbərliyi və kollektivi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib

  Azərbaycan Texnologiya Universitetinin rəhbərliyi və kollektivi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu öndərin abidəsi önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin xatirəsini ehtiramla anıblar.

 

 

Azərbaycan Texnologiya Universitetində pedaqoji işçilərə saat hesabı ödənişin məbləği 40% artırılıb

Azərbaycan Texnologiya Universitetində pedaqoji işçilərə saat hesabı ödənişin məbləği 40% artırılıbBuna dair qərar Elmi Şuranın 30 noyabr tarixli iclasında verilib. Qərara əsasən tədris məşğələlərinin 1 saatı üçün ödənilən məbləğin ən aşağı həddi 5 manat, ən yuxarı həddi isə 10 manat müəyyən edilib.Beləliklə, növbəti semestrdən etibarən saat hesabı ödənişlər elmi dərəcəsi olmayan müəllimlər üçün 5 manat, dosent və fəlsəfə doktorları üçün 7 manat, professor və elmlər doktoru statusuna malik olanlar üçün isə 10 manatla hesablanacaq. 

 

 

 

“Dövlət orqanlarında inzibati vəzifələrin tutulması şərtləri və qaydaları” mövzusunda maarifləndirici görüş keçirilib

  Azərbaycan Texnologiya Universitetində Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə “Dövlət orqanlarında inzibati vəzifələrin tutulması şərtləri və qaydaları” mövzusunda maarifləndirici görüş keçirilibTədbirdə Azərbaycan Texnologiya Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Şahmar Həsənov, Dövlət İmtahan Mərkəzinin (DİM) sektor müdiri Elnur Abbasov, DİM-in aparıcı mütəxəssisi Sərxan Ağayev, DİM-in Gəncə Regional Bölməsinin sədri Nəsimi Məmmədov və son kurs tələbələri iştirak edib.Tədbiri giriş sözü ilə açan Şahmar Həsənov görüşün keçirilməsində əsas məqsədin bu il məzun olacaq bakalavr və magistrları dövlət qulluğuna qəbul qaydaları ilə tanış etməkdən ibarət olduğunu bildirib.Daha sonra DİM-in sektor müdiri Elnur Abbasov təqdimatla çıxış edərək dövlət qulluğuna qəbulla bağlı müsabiqənin şərtləri, keçirilmə qaydaları haqqında ətraflı məlumat verib. DİM-in dövlət qulluğu sahəsində fəaliyyəti, dövlət qulluğunun üstünlükləri, dövlət qulluğunun qəbul qaydaları, test imtahanında yoxlanılacaq bilik sahələri və hər sahə üzrə test tapşırıqlarının hazırlanması qaydaları ilə bağlı çıxış edib.DİM-in aparıcı mütəxəssisi Sərxan Ağayev, DİM Gəncə Regional Bölməsinin sədri Nəsimi Məmmədov tələbələrin məzun olduqdan sonra dövlət qulluğu imtahanlarında iştirak edəcəklərinə və uğurlu nəticələr əldə edəcəklərinə əminlik ifadə ediblər. Sonda tələbələrin sualları cavablandırılıb.   

 

 

 

 


ATU-da  fakültələrarası spartakiadanın futzal yarışları keçirilib

Azərbaycan Texnologiya Universitetində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş fakültələrarası spartakiadanın futzal yarışları keçirilibYarışda universitetin bütün fakültələri üzrə 6 komanda iştirak edib. Qida mühəndisliyi fakültəsi 3 komanda ilə təmsil olunub. Yarış zamanı fərqlənən tələbələr UTECA-nın yığma futbol komandasına cəlb olunacaqlar və eyni zamanda 14-16 dekabr tarixlərində keçiriləcək futzal üzrə şəhər çempionatının açılışında iştirak edəcəklər. 

 

Azərbaycan Texnologiya Universitetində İnzibati idarəetmə və kommersiya kafedrasının təşkilatçılığı ilə “Bələdiyyələrin bu günü və gələcəyi” mövzusuna həsr edilmiş tələbə elmi seminarı keçirilib

  Azərbaycan Texnologiya Universitetində İnzibati idarəetmə və kommersiya kafedrasının təşkilatçılığı ilə “Bələdiyyələrin bu günü və gələcəyi” mövzusuna həsr edilmiş tələbə elmi seminarı keçirilibTədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.İnzibati idarəetmə və kommersiya kafedrasının müdiri professor Füzuli Məmmədov giriş sözü ilə çıxış edib. O, mövzunun aktuallığına diqqət çəkərək məruzəçilərə çıxışlarda uğur və müvəffəqiyyətlər arzu edib.Sonra tələbələr müxtəlif məruzələrlə çıxış ediblər. Tələbələr hər çıxışdan sonra seminar iştirakçılarının suallarını cavablandırıblar.Sonra dekanlar və professor-müəllim heyəti məruzələrlə bağlı öz fikirlərini səsləndirib, tələbələrə tövsiyələr veriblər.Sonda məruzəçilər təltif edilib. 

 

 

Azərbaycan Texnologiya Universiteti Basketbol İnkişaf Kuboku üzrə Gəncə şəhərinin açıq çempionatının liqa yarışlarında təmsil olunacaq

Azərbaycan Texnologiya Universiteti Basketbol İnkişaf Kuboku üzrə Gəncə şəhərinin açıq çempionatının liqa yarışlarında təmsil olunacaqGəncə Şəhər Gənclər və İdman Baş İdarəsi, Telekom Basketbol İdman Klubunun birgə təşkilatçılığı ilə keçiriləcək yarış dekabrın 16-dan start götürəcək.Şəhərin idarə və müəssisələrinin, idman təşkilatlarının, ali məktəblərin iştirakı ilə keçiriləcək liqa yarışları may ayına qədər davam edəcək. Yarışlar Azərbaycan Texnologiya Universitetin İdman zalında təşkil olunacaq.Yekunda qalib komandalar kubok, medal, qiymətli hədiyyələr və fəxri fərmanla təltif olunacaq.