Məzun yarmarkaları
ATU-da 2013-cü ildən etibarən məzun yarmarkaları təşkil olunur. Ənənə halını almış və hər tədris ilində məzunlar üçün təşkil edilən əmək yarmarkalarının məqsədi universitetimizin məzunlarını işlə təmin etməkdir.
2022/2023-cü tədris ili
Azərbaycan Texnologiya Universiteti və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı 23.05.2023-cü il tarixdə ilə VIII əmək yarmarkası keçirilib.
ATU-da 2022/2023-cü tədris ilində məzun olacaq 660 tələbə və magistr, eləcə də ötən illərin məzunları işəgötürənlərin stendlərinə yaxınlaşaraq vakansiyalarla yaxından tanış olub, şəxsi məlumatlarını təqdim ediblər. İşaxtaranlara CV formalarını həm də onlayn təqdim etmək üçün internetə çıxış təmin edilib.
Azəralüminium, AzerGold, Azərsun Holding, Qəbələ Konserv zavodu, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, KOBİA, Şəmkir Aqroparkı, Dinçer & Carçıoğlu MMC, İntertek Azeri LTD MMC, Daşkəsən Dəmirfiliz MMC kimi dövlət və özəl müəssisələri, Kapital Bank, Bank of Baku, Paşa Bank və.s banklar yarmarkada işəgötürənlər qismində çıxış edib.
Ümumilikdə əmək yarmarkasında 40-dan çox müəssisə tərəfindən 400-dən artıq vakansiya təqdim olunub. Tədbir universitet tarixində miqyasına görə ən böyük məzun yarmarkası olaraq qeydə alınıb.
2021/2022-ci tədris ili
Azərbaycan Texnologiya Universitetində 30.06.2022-ci il tarixdə VII “Məzun-2022” Əmək yarmarkası keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə Şəhər Təşkilatının, KOBİA-nın Gəncə-Qazax regional koordinatorluğunun, eləcə də UTECA-nın əməkdaşlıq etdiyi Azəralüminium MMC, Mingəçevir Tekstil ASC, Jardin Royal Şokolad fabriki, Kəpəz MTRŞ MMC, Gəncə Telekommunikasiya İdarəsi, Gəncə şəhər Statistika İdarəsi, Gəncə şəhər Kəpəz rayon Bələdiyyəsi, Gəncə Turizm İnformasiya Mərkəzi, ASMET LTD MMC, Qida təhlükəsizliyi Agentliyi, Viator Mikrokredit Azərbaycan MMC, Nas Project ASC, Finoko BOKT ASC, Güvənli MMC, Lombarcini kredit təşkilatı, KOBİA, Beynəlxalq Bank ASC, Kapitalbank ASC, Bank Respublika ASC, Bank of baku ASC, Turan bank ASC, Muğan Bank ASC, AccessBank ASC, Bakcell MMC, Nar mobile (Azerfon MMC), Azərsun Holdinq, Gəncə Avtomobil Zavodu, Şəmkir Aqropark, Atena MMC, Azərbaycan Dəmir yolları QSC, Dövlət Məşğulluq Agentliyi, Hacıkənd bələdiyyəsi, AzGranata MMC, Heyvandarlıq Elmi Tədqiqat İnstitutu, Göygöl Təhsil Mərkəzi, Avtomobil Nəqliyyatı Agentliyi nümayəndələri və rəhbər şəxsləri, valideynlər və məzunlar iştirak ediblər.
“Məzun 2022” Əmək yarmarkasında 50-yə yaxın müəssisə iştirak edib, məzun tələbələrə müəssisələr tərəfindən 324 vakant yer təklif edilib.
2018/2019-cu tədris ili
Azərbaycan Texnologiya Universitetində 24.05.2019-cu il tarixdə Əmək yarmarkası keçirilib.
ATU-da “Karyeraya bizimlə başla!” devizi altında VI məzun yarmarkası təşkil edilib. İşaxtaran məzunlarla işəgötürən müəssisə və təşkilatlar arasında əlaqələri gücləndirmək, gənclərin əmək bazarına inteqrasiyasını asanlaşdırmaq məqsədilə təşkil edilən yarmarkada Azərbaycan Texnologiya Universitetinnin məzunları ilə yanaşı Azərbaycan Dövlət Aqrar Universitetinin, Gəncə Dövlət Universitetinin və Humanitar Kollecin məzunları da istirak ediblər. Yarmarkada gənclərə 60-a yaxın xidmət və istehsal müəssisəsi tərəfindən 450 dən çox vakant yer təqdim edilib.
2017/2018-ci tədris ili
Azərbaycan Texnologiya Universitetində 23.11.2017-ci il tarixdə V məzun yarmarkası keçirilib. Yarmarkanın gedişatı müxtəlif televiziya kanalları – AzTV, İTV, ARB tərəfindən ana xəbər buraxılışlarında ətraflı işıqlandırılıb. Həmçinin, çoxsaylı informasiya agentlikləri, saytlar və sosial şəbəkələrdə yarmarka ilə bağlı xəbərlərə geniş yer verilib. Məzun yarmarkasında ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 48 müəssisə iştirak edib. Onların arasında müxtəlif dövlət qurumları, bələdiyyələr, məşğulluq mərkəzləri, banklar, hotellər və sənaye müəssiələri üstünlük təşkil edib. Qida, yüngül sənaye, metallurgiya, logistika, İKT və bank-maliyyə sektorunda faliyyət göstərən şirkətlərin təklif etdiyi 400-dən artıq vakant iş yerləri yarmarka iştirakçılarının marağına səbəb olub. Yarmarkada iştirak edən ATU və Gəncədəki digər universitetlərin 700-ə yaxın tələbəsi ixtisaslarına uyğun iş təklifləri ilə maraqlanıb, işəgötürənlər tərəfindən təqdim olunan “CV”ləri doldurub.
2016/2017-ci tədris ili
Azərbaycan Texnologiya Universitetində 26.04.2017-ci il tarixdə IV Məzun əmək yarmarkası təşkil edilmişdir. Yarmarkada iştirak etmək üçün Gəncə və ətraf rayonlarda fəaliyyət göstərən 50-yə yaxın müəssisə və təşkilat rəhbərləri ilə görüş keçirilmiş və yarmarkada iştirakları təmin edilmişdir. Məlumat üçün qeyd etmək lazımdır ki, ATU-dan 543 tələbənin (503 bakalavr, 40 magistr) eləcə də GDU və ADAU-nun tələbələrinində iştirak etdiyi bu yarmarkada 1500 - ə yaxın tələbə - məzun iştirak etmiş, uyğun iş yerlərinə 500–dən artıq CV–lər təqdim edilmişdir. Məzunların bir qismi işlə təmin olunmuşdur.
2015/2016-cı tədris ili
Azərbaycan Texnologiya Universitetində 21.04.2016-cı il tarixdə III Məzun əmək yarmarkası təşkil edilmişdir. Məzun yarmarkasında bölgədə fəaliyyət göstərən 40-dək müxtəlif dövlət qurumları, şirkətlər, emal və istehsal müəssisələri, banklar, eləcə də Gəncə və ətraf rayonların Məşğulluq Mərkəzləri tərəfindən 500-dən artıq iş yeri təklif olunub. Yarmarkada iştirak edən ATU və Gəncədəki digər universitetlərin 1500-ə yaxın tələbəsi ixtisaslarına uyğun iş təklifləri ilə maraqlanıb, işverənlər tərəfindən təqdim olunan “CV”ləri doldurub. Onlardan bir qismi müzakirələr üçün müəssisələrə dəvət olunub. Öz məhsulları və xidmətləri ilə bağlı sərgilər təşkil edən şirkətlər işə qəbul olunmaq arzusunda olan məzunlara ətraflı məlumat və məsləhətlər verib, onların suallarını cavablandırıb. Yarmarka çərçivəsində işəgötürənlər məzunlara müxtəlif ixtisaslar üzrə təcrübə keçmə və karyera imkanları haqqında da məlumat veriblər.