Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Azərbaycan - Litva strateji tərəfdaşlığı

Azərbaycan müstəqillik əldə etdikdən sonra Baltikyanı respublikalarla da əməkdaşlığa xüsusi önəm verib. Ölkəmiz Baltikyanı respublikalar olan Litva, Latviya və Estoniya ilə birlikdə uzun müddət keçmiş SSRİ-nin tərkibində olub. Bu isə həmin dövlətlərlə ölkəmiz arasında dərin və hərtərəfli əməkdaşlığın qurulmasında yardımçı rol oynayıb. Həmçinin Baltikyanı dövlətlərlə əməkdaşlıq Azərbaycanın Avropaya inteqrasiyası prosesinə təkan verib. Litva Respublikası ölkəmizin müstəqilliyini ilk tanıyan (20 dekabr 1991-ci il) dövlətlərdən olmuş və Azərbaycan-Litva ikitərəfli münasibətlərinin qurulmasında maraqlı olmuşdur. 1995-ci ilin noyabr ayının 27-də Litva Respublikası ilə Azərbaycan arasında diplomatik münasibətlər qurulmuşdur. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasında ulu öndər Heydər Əliyevin müstəsna rolu olmuşdur. 2006-cı ildə Azərbaycan və Litva Respublikalarının Prezidentləri ölkələrimizin tərəfdaşlıq əlaqələrinin inkişafında xüsusi əhəmiyyət kəsb edən Bəyannamə, Saziş və onlarla müqavilələr imzalamışdır.  3 aprel 2007-ci ildə Litvanın Azərbaycanda, 6 sentyabr 2007-ci ildə isə Azərbaycanın Litvada səfirliyi açılmışdır. Hazırda da  hər iki dövlət aralarında olan əməkdaşlığı inkişaf etdirmək üçün mühüm addımlar atmaqda davam edirlər. Qeyd edək ki, Azərbaycan Respublikası torpaqlarının 30 ilə yaxın Ermənistanın  işğalı altında olunması faktının tanınmasına və Qarabağ münaqişəsinin həllində özünə tərəfdaş qazanmaq üçün bu əlaqələrə önəm verib. Litva Respublikası Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinin tərəfdarıdır.  Litvanın xarici işlər naziri Qabrielius Landsbergis 8 may 2023-cü il tarixli mətbuat konfransında deyib ki, Cənubi Qafqazdakı vəziyyəti çox diqqətlə, böyük narahatlıqla və eyni zamanda sülh tənzimlənməsini böyük ümidlə izləyirik və əminik ki, davamlı sülh həm Azərbaycan, həm də Ermənistanın maraqlarına xidmət edir. Bakı və Vilnüs eyni zamanda müxtəlif beynəlxalq parlament strukturlarında fəal əməkdaşlıq edir. Litva Respublikası Avropa İttifaqının üzvü kimi Azərbaycan üçün əhəmiyyətə malikdir. Litva Bakı-Brüssel münasibətlərində obyektiv mövqeyi və yanaşması ilə seçilir və bu, ölkəmizin mənafelərinin qorunması üçün çox vacibdir. Prezident İlham Əliyevin Litva Respublikasına səfəri bu sahədə Azərbaycanın Avropa İttifaqı müstəvisində də mövqelərini möhkəmləndirəcək və Bakının təşəbbüskarı olduğu layihələrə siyasi dəstəyi gücləndirəcək. Litva Respublikası Azərbaycanla həmçinin iqtisadi, humanitar və digər sahələrdə də əlaqələrin inkişafında maraqlıdır. Azərbaycan da Litva ilə iqtisadi əlaqələrin genişləndirilməsinə, kapital qoyuluşuna və müxtəlif iqtisadi və humanitar sahədə birgə layihələrin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. Azərbaycan Respublikası ilə Litva Respublikası arasında iqtisadi sahədə əlaqələr inkişaf etməkdədir. İki ölkə arasında sənaye və energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat, rabitə və informasiya texnologiyaları, gömrük sahəsində əməkdaşlıq mövcuddur. Bütün bunlar bir daha deməyə əsas verir ki, qarşıdakı illərdə də Azərbaycan və Litva iqtisadi tərəfdaş kimi əlaqələrini daha da inkişaf etdirəcək. 22 may 2023-cü il tarixində Vilnüsdə keçirilən Azərbaycan-Litva biznes forumu isə iqtisadi əlaqələr üçün yeni imkanlar yaradır.  Azərbaycanın irəli sürdüyü Şərqlə Qərb arasında nəqliyyat dəhlizi layihələri, Avropanın enerji təhlükəsizliyi ilə bağlı təşəbbüsləri, yaşıl enerjinin inkişafı və ötürülməsi ilə bağlı Bakının gördüyü işlər və bu sahədə əməkdaşlıq Litva üçün həm təhlükəsizlik, həm də iqtisadi baxımdan strateji maraq doğurur. Prezident İlham Əliyev Vilnüs şəhərində keçirilmiş Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı bildirmişdi ki, “İqtisadi sabitlik uğurlu əməkdaşlığın təminatıdır. Azərbaycanın xarici borcu çox aşağıdır, ümumi daxili məhsulun 10 faizindən azdır. Milli valyutamız sabitdir. Dövlət Neft Fondumuzda topladığımız valyuta ehtiyatlarımız və Mərkəzi Bankın ehtiyatları xarici borcu on dəfədən çox üstələyir”.  Nəticədə Azərbaycanın valyutasının sabitliyi, xarici borcumuzun aşağı səviyyədə olması, Azərbaycanda olan sabitlik, qonşu bazarlara çıxışın olması litvalı biznes dairələri üçün cəlbedici olacaqdır. Prezident İlham Əliyev Azərbaycan-Litva biznes forumunda çıxış edərkən həmçinin qeyd etdi ki, Azərbaycan iqtisadiyyatı sabitdir, münbit investisiya şəraiti var və o, təbii sərvətlərə əsaslanır. Əsas hədəf şaxələndirmədir. Ölkəmiz iqtisadiyyatı şaxələndirəcək və enerji sektorundan asılılığı azaldacaq. Prezident  İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində Azərbaycanın xarici dövlətlərlə olan dostluq və tərəfdaşlıq münasibətləri daha da möhkəmlənir.

 

Azərbaycan Texnologiya Universiteti

İctimai elmlər və multikulturalizm kafedrasının

Dos.əvəzi Mehriban İmran qızı Tağıyeva   

 

 

 

Azərbaycan Texnologiya Universiteti və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib

Azərbaycan Texnologiya Universiteti və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilibTədbirin rəsmi hissəsi Dövlət Himni səsləndirilməsi və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə açıq elan edilib.Daha sonra Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos.Yaşar Ömərov giriş sözü ilə çıxış edib, universitetdə əmək bazarının tələblərinə uyğun kadr hazırlanması istiqamətində görülən işlərdən danışıb.Daha sonra Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, millət vəkili Müşfiq Cəfərov, YAP Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Məşğulluq filialının müdiri Elməddin Qurbanov, Dövlət Məşğulluq Agentliyinin tabeliyində Gəncə Peşə Hazırlığı Mərkəzinin müdir müavini Toğrul Yusifli çıxış edərək işə götürənlərə və iş axtaranlara uğurlar arzulayıblar.Daha sonra ATU-nun bu il məzun olacaq 660 tələbə və magistrantları, eləcə də ötən illər üzrə məzunları işəgötürənlərin stendlərinə yaxınlaşaraq vakansiyalarla yaxından tanış olub, şəxsi məlumatlarını təqdim ediblər. İşaxtaranlara CV formalarını həm də onlayn təqdim etmək üçün internetə çıxış təmin edilib.Azəralüminium, AzerGold, Azərsun Holding, Qəbələ Konserv zavodu, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, KOBİA, Şəmkir Aqroparkı kimi dövlət və özəl müəssisələri, Kapital Bank, Bank of Baku, Paşa Bank və.s banklar yarmarkada işəgötürənlər qismində çıxış edib.Ümumilikdə əmək yarmarkasında 40-dan çox müəssisə tərəfindən 400-dən çox vakansiya təqdim olunub. Tədbir universitet tarixində miqyasına görə ən böyük məzun yarmarkası olaraq qeydə alınıb.    

 

 

 

Azərbaycan Texnologiya Universitetinin (ATU) tələbələri StartapFest Gəncə layihəsinin qalibləri sırasındadır

Universitetin rektoru v.m.i.e. dos. Yaşar Ömərov ilk üçlükdə yer alan ATU tələbələri ilə görüşüb. O, tələbələri müvəffəqiyyətləri münasibətilə təbrik edərək uğurlar arzulayıb. Y.Ömərov tələbələrə universitetin startap ekosisteminin zənginləşdirilməsi istiqamətində dəstəyinin davamlı olacağını ifadə edərək məsləhət və tövsiyələrini verib.Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetinin də tərəfdaş olduğu, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və İnnoland-in partnyorluğu və Koreya Respublikasının E-Asiya və Bilik Tərəfdaşlığı Fondunun (EAKPF) maliyyə dəstəyi və Asiya İnkişaf Bankının (ADB) təşəbbüsü ilə həyata keçirilən, Gəncə və Şamaxı şəhərlərini əhatə edən"Azərbaycan Respublikasında Yerli Texnoloji Startapların İnkişafı üzrə" layihəsi çərçivəsində baş tutan StartapFest Gəncə proqraml 2 ay davam edib.Finala 70 komandadan 10-u vəsiqə qazanıb ki, onlardan da 4-ü Azərbaycan Texnologiya Universitetini təmsil edib. Onlardan ikisi 2-ci və 3-cü yerləri qazanıb.Gərgin keçən final mübarizələrinin sonunda Azərbaycan Texnologiya Universitetinin tələbələrindən ibarət DremO və Kaizen komandalarının "DremO" və "Ship of Theseus" layihələri münsiflər heyəti tərəfindən müvafiq olaraq ikinci və üçüncü yerlərə, Aqrar İnnovasiya Mərkəzinin AgroBot komandası isə birinci yerə layiq görülüb.Qalib komandalara təhsil paketi və səfər mükafatları təqdim edilib.     

 

 


Azərbaycan Texnologiya Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş yoldaşlıq oyunu keçirilib

Oyun hər iki universitetin Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə baş tutub.Çoşqu ilə keçən oyunun sonunda Azərbaycan Texnologiya Universiteti 9:2 hesabı ilə qələbə qazanıb.Sonda qalib komandaya kubok və fəxri fərmanlar verilib. 

ATU Gəncə Basketbol Liqası 2022-2023-cü il yarış mövsümünün final mərhələsində ön sıralarda yer alıb

Azərbaycan Texnologiya Universiteti Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Telekom Basketbol İdman Klubunun birgə təşkilatçılığı ilə Gəncə Basketbol Liqası 2022-2023-cü il yarış mövsümünün final mərhələsi keçirilibAzərbaycan Texnologiya Universiteti ilə Göygöl Rayon Olimpiya İdman Kompleksinin komandası üç və dördüncü yerlər uğrunda mübarizə aparıblar.Gərgin mübarizə ilə keçən oyunda Azərbaycan Texnologiya Universitetinin komandası 69:68 hesabı ilə qalib gələrək liqa yarışlarında üçüncü yerə çıxıb.Onu da qeyd edək ki, Gəncə Regional Kollecin komandası ilə Telekom Basketbol İdman Klubunun komandası final mərhələdə birinci və ikinci yerlər uğrunda mübarizəni davam etdirəcəklər. 

Azərbaycan Texnologiya Universitetinin tələbələri Ümumilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş XVI Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak edib

Qida mühəndisliyi fakültəsinin 25-ə yaxın tələbəsi dekan Mehman İsmayılovun rəhbərliyi ilə qida sektorunun ən qabaqcıl texnika və texnologiyaları, müasir yenilikləri ilə tanış olub, sərgi çərçivəsində keçirilən təlim və seminarlarda iştirak ediblər.Qeyd edək ki, Bakı Ekspo Mərkəzində baş tutan 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində ("InterFood Azerbaijan") nümayiş olunan stendlərin 70 faizini xarici şirkətlər təşkil edib.