Tədqiqatlarımız

1) QİDA SƏNAYESİ VƏ ŞƏRABÇILIQ

Qida mühəndisliyi və ekspertiza kafedrası

1. Problem: Ölkədə qida təhlükəsizliyinin təminatı baxımından ekoloji təmiz qida məhsulunun istehsal texnologiyasının təkmilləşdirilməsi

Mövzu: İnnovativ texnologiya əsasında çörək-bulka məmulatları istehsalının tədqiqi

 

2. Problem: Qida təhlükəsizliyinin və ərzaq müstəqilliyinin təminatı baxımından ekoloji təmiz qida məhsulunun istehsal texnologiyasının təkmilləşdirilməsi

Mövzu: Alkoqollu içkilərin istehsalı üçün üzüm sortlarının seçilməsi və innovativ texnologiya əsasında hazırlanması

 

2) YÜNGÜL SƏNAYE VƏ TEKSTİL, DİZAYN

Yüngül sənaye mühəndisliyi və dizayn kafedrası

1. Problem:   Yüngül sənaye məmulatlarının dizayn  layihələndirilməsində utilitar-funksional və estetik problemlərin tədqiqində  texnoloji-erqonomik tələblərin araşdırılması

Mövzu: Yüngül sənaye məmulatlarının dizayn  layihələndirilməsində utilitar-funksional və estetik problemlərin tədqiqi

 

2. Problem: Qazax-Borçalı xalçalarının məxsusiliyinin araşdırılması

Mövzu: Qazax-Borçalı xalçalarının bədii xüsusiyyətlərinin tədqiqi

 

3. Problem: Məktəbli geyimlərinin erqonomik problemləri

Mövzu: Məktəbli geyimlərinin erqonomik layihələndirilmə üsulunun işlənməsi

 

3) MAŞINQAYIRMA, NƏQLİYYAT VƏ LOGİSTİKA

Maşın mühəndisliyi və logistika kafedrası

Problem:  Gəncə-Daşkəsən və Tovuz-Qazax iqtisadi rayonlarında fəaliyyət göstərən metallurgiya sənayesinin logistik sisteminin problemlərinin tədqiqi

Mövzu: Gəncə-Daşkəsən və Tovuz-Qazax  iqtisadi rayonlarında fəaliyyət göstərən metallurgiya sənayesinin logistik sisteminə innovativ yanaşmalar

 

4) METALLURGİYA MÜHƏNDİSLİYİ

Kimya və metallurgiya mühəndisliyi kafedrası

Problem:  Daşkəsən “Zəylik” alunit filizinin kompleks emalı texnologiyasının  işlənib hazırlanması

Mövzu: Daşkəsən “Zəylik” Alunit Mədənindən hasil edilən alunit filizinin ekoloji təmiz və iqtisadi cəhətdən daha səmərəli kompleks emal texnologiyasının  işlənib hazırlanması

 

5) ELEKTRONİKA VƏ İNFORMASİYA TEXNOLOGİYALARI

Avtomatika və informasiya texnologiyaları kafedrası

Problem:  Əzanın travmatik amputasiyasından sonra xəstələrin reabilitasiyası üçün müasir bionik protezlərin hazırlanmasının problemləri

Mövzu: Bionik protezin idarəetmə sisteminin işlənməsi

 

Kompüter mühəndisliyi və telekommunikasiya kafedrası

Problem:  Optik informasiya veriliş sistemlərinin (OİVS) işləmə effektivliyinin yüksəldilməsinin tədqiqi

Mövzu: Optik informasiya veriliş sistemlərinin (OİVS) işləmə effektivliyinin yüksəldilməsinin innovativ metodlarla analizi

 

6)  İQTİSADİYYAT VƏ İDARƏETMƏ

İqtisadiyyat kafedrası

Problem:  Azərbaycanın  dövlət və özəl müəssisələrin maliyyə dayanıqlılığının tədqiqi

Mövzu: Azərbaycanın rəqabət qabiliyyətliyini artırmağa dəstək olacaq dövlət və özəl müəssisələrin uğurlu marketinq strategiyasının seçilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi

 

İdarəetmə kafedrası

Problem:  Gəncə-Daşkəsən iqtisadi rayonunda məşğulluğun vəziyyətinin araşdırılması

Mövzu: Gəncə-Daşkəsən iqtisadi rayonunda məşğulluğun müasir vəziyyəti və onun yaxşılaşdırılması yolları

 

Turizm sənayeninin təşkili kafedrası

Problem:  Azərbaycan Respublikasında turizm sənayesinin  dayanıqlı inkişafının tədqiqi

Mövzu: Azərbaycan Respublikasında turizm sənayesinin  dayanıqlı inkişafına infrastrukturların təsirinin araşdırılması

 

7) ƏTRAF MÜHİT, TƏBİİ EHTİYATLAR, İQLİM DƏYİŞİKLİKLƏRİ

Ətraf mühitin mühafizəsi kafedrası

Problem: Təbii ehtiyatların inteqrasiyalı idarə olunması

Mövzu: Göygöl, Kəlbəcər və Gəncə təbii ehtiyatlarının tədqiqi

 

8) FUNDAMENTAL ELMLƏR

Ümumi və tətbiqi fizika kafedrası

Problem:  Elektrik enerjisi generasiyasının müasir problemləri

Mövzu:  Elektrik enerjisinin qeyri-ənənəvi üsullarla alınması, saxlanması və itkisiz ötürülməsi texnologiyaları

 

Ümumi və tətbiqi riyaziyyat kafedrası

Problem:  Fundamental elmlərin innovativ texnologiyarla əlaqələndirilməsinin araşdırılması

Mövzu:  Riyaziyyat, təbiət elmləri və texnika sahəsində fundamental tədqiqatlar və innovativ texnologiyalar

 

9) HUMANİTAR ELMLƏR

İctimai elmlər və multikulturalizm kafedrası

Problem: Sosial-iqtisadi inkişafda ictimai inkişafın yerinin təhlili

Mövzu: İctimai inkişafın müasir mərhələdə aktual problemləri

 

Xarici dillər kafedrası

Problem: Universitetin əsas  ixtisasları üzrə  terminologiyanın xarici dillərdə innovativ metodlarla formalaşdırılması

Mövzu: İxtisas terminologiyasının müxtəlif xarici dillərdə formalaşdırılması və inkişaf etdirilməsi