Dil hazırlıq kursu

Hazırlıq Qrupuna qəbul olmaq üçün tələb olunan sənədlər

  • * Ərizə forması
  • * Orta təhsili bitirmək haqqında sənədin notariusda təsdiq edilmiş surəti – 1 ədəd
  • * Pasportun surəti – 2 ədəd
  • * 3X4 ölçüdə fotoşəkil – 4 ədəd
  • * Tibbi arayış
  • * QİÇS infeksiyasına yoluxmadığına dairarayış
  • * Tərcümeyi hal (CV)

Azərbaycan Texnologiya Universiteti regionda ilk dəfə olaraq əcnəbilərin hazırlığını həyata keçirir. Hazırlıq qrupuna qəbul üçün son tarix 30 sentyabr və 31 mart olmaqla həyata keçirilir, təhsil haqqı 1000 AZN təşkil edir. Lakin Universitet rəhbərliyinin qərarına uyğun olaraq təhsil haqqı dəyişə bilər.

ATU-da təhsil almaq istəyən əcnəbi tələbələrin ilk olaraq https://portal.edu.az/ platforması vasitəsilə müraciət edib qeydiyyatdan keçmələri və zəruri sənədləri sistemə yükləmələri lazımdır. Müraciətlə bağlı hər hansı sual yarandığı halda, universitetin Beynəlxalq əməkdaşlıq şöbəsi ilə (international@atu.edu.az ) əlaqə saxlaya bilərlər. Universitetin təşkil etdiyi Hazırlıq Qrupunda əcnəbi vətəndaşlara müntəzəm dil kursları və ixtisasına uyğun fənlər tədris olunur. Hazırlıq qrupunu müvəffəqiyyətlə bitirən əcnəbi tələbəyə Elm və Təhsil Nazirliyi tərəfindən şəhadətnamə verilir və həmin tələbə bu şəhadətnamə ilə Azərbaycanda ali təhsilin müxtəlif səviyyələrinə müraciət edə bilər.