Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

10-15 iyun tarixlərində Mini-futbol üzrə Gəncə şəhərinin açıq çempionatı keçiriləcəkdir

Azərbaycan Texnologiya Universiteti, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi, Gəncə Regional Mədəniyyət İdarəsi, Telekom Basketbol İdman Klubunun birgə təşkilatçılığı ilə 10-15 iyun tarixlərində Mini-futbol üzrə Gəncə şəhərinin açıq çempionatı keçiriləcəkdir.  Yarışda idman təşkilatları, idman klubları və müəssisələr iştirak edəcək.  Açılış mərasimi 10 iyun tarixində Azərbaycan Texnologiya Universitetinin İdman Zalında baş tutacaq. Yarışa qatılacaq komandalar öz güclərini Gəncə İdman liseyinin süni örtüklü meydançasında sınayacaqlar.  Qalib komandalar kubok, medal, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.      

 

Azərbaycan Texnologiya Universiteti Erasmus+ proqramı çərçivəsində Polşada təmsil olunub

Müxtəlif ölkələrdən 55-ə yaxın nümayəndənin iştirak etdiyi "Beynəlxalq həftə"də Azərbaycan Texnologiya Universitetini İqtisadiyyat və idarəetmə fakültəsinin elmi işlər üzrə dekan müavini Jalə Həmzəyeva təmsil edib.  Tədbir Polşanın Belostok şəhərində keçirilib. 23-27 may tarixlərində Belostok Texnologiya Universitetində baş tutmuş tədbirdə müxtəlif fikir mübadilələri aparılıb, əməkdaşlıq məsələləri, ölkələrin təhsil sistemləri müzakirə olunub, eləcə də təmsil olunan ölkələrin mədəniyyətləri və dəyərləri haqda danışılıb.  Təlim müddətində hər bir nümayəndə öz ölkə və universitetinə aid materiallar nümayış etdirərək maraqlı məruzələrlə çıxış ediblər. Jalə Həmzəyeva “Azərbaycan, Gəncə və Texnologiya Universiteti” başlıqlı mövzu ilə çıxış edib. Ölkəmizin regionda rolundan, Gəncənin tarixindən, UTECA-nın nailiyyətlərindən bəhs edib.  Tədbir çərçivəsində Belostok Texnologiya Universitetinin fakültələrinə ekskursiyalar təşkil edilib, rəhbər heyətilə görüşlər keçirilib. Sonda iştirakçılar sertifikatlarla təltif edilib.      

Azərbaycan Texnologiya Universiteti Erasmus+ proqramı çərçivəsində Polşada təmsil olunub

Müxtəlif ölkələrdən 55-ə yaxın nümayəndənin iştirak etdiyi "Beynəlxalq İşçi Həftəsi"ndə Azərbaycan Texnologiya Universitetini İqtisadiyyat və idarəetmə fakültəsinin Menecment kafedrasının müəllimi Şəhanə Alıyeva təmsil edib. 12-16 iyun 2023-cü il tarixlərində Polşanın Silesiya Texnologiya Universitetində baş tutmuş tədbirdə müxtəlif fikir mübadilələri aparılıb, əməkdaşlıq məsələləri, ölkələrin təhsil sistemləri müzakirə olunub, eləcə də təmsil olunan ölkələrin mədəniyyətləri və dəyərləri haqda danışılıb.Tədbir çərçivəsində müxtəlif ölkələrin bir sıra universitetləri tərəfindən əməkdaşlıq təklifləri irəli sürülüb, Silesiya Texnologiya Universitetinin fakültələrinə ekskursiyalar təşkil edilib, rəhbər heyətilə görüşlər keçirilib.Sonda iştirakçılar sertifikatlarla təltif edilib.     

 


Azərbaycan Texnologiya Universitetində yaz semestrinin imtahan sessiyasına başlanılıb

1 iyun tarixindən start götürən imtahanlar yazılı, test və şifahi formada keçirilir. Proses 2 iyuladək davam edəcək. 14 iyun tarixindən isə qiyabi təhsil alan tələbələrin imtahanları başlayacaq və proses 29 iyunadək davam edəcək. Təhsil nazirinin müvafiq əmrinin tələbləri çərçivəsində təşkil olunan sessiya ərzində İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir. 

Qida Təhlükəsizliyi mövzüsunda fikir mübadiləsi aparıldı və UTECA-nın bu istiqamətdə fəaliyyət planı müzakirə olundu

Azərbaycan Texnologiya Universiteti (UTECA) beynəlxalq səviyyəli peşəkar mütəxəssis Nailə Mehrabova ilə dünyada əsas prioritet problem olan qida təhlükəsizliyinin təmin olunması və UTECA-nın bu sahədə rolu mövzusunda görüş keçirib.  Görüş zamanı rektor, professor Akif Süleymanov universitetin baza ixtisaslarından birinin məhz qida sənayesi olduğunu vurğulayaq əməkdaşlığın məhsuldar olacağına əminlik ifadə edib, yaranan şəraiti həm tələbə və gənc tədqiqatçılar, həm də professor heyəti üçün yaxşı fürsət kimi qiymətləndirib.  Oksford Universitetində təhsil almış, eləcə də Stanford Universitetinin Executive MBA üzrə ilk azərbaycanlı qadın məzunu olan Nailə Mehrabova qida təhlükəsizliyinin dünyada prioritet mövzu olduğunu, qida təhlükəsizliyi və bu sahənin kadr hazırlığı istiqamətində mühüm araşdırmalar apardığını bildirərək UTECA-nın bu kontekstdə əhəmiyyətli rol oynaya biləcəyini deyib.  Görüşdə Qida Təhlükəsizliyi mövzüsunda fikir mübadiləsi aparılıb, UTECA-nın bu istiqamətdə fəaliyyət planı müzakirə olunub. 

 

 

Azərbaycan Texnologiya Universitetində olan peşəkar mütəxəssis Nailə Mehrabova UTECA-nın mövcud resursları və elmi bazası ilə tanış olub

Biznes innovator Qida mühəndisliyi fakültəsinin Şərabçılıq və Qida laboratoriyalarında yaradılan şərait və elmi nailiyyətlərlə yaxından tanış olduqdan sonra fakültənin akademik heyəti, tədqiqatçıları və tələbələri ilə görüşüb.  Görüşdə müvafiq sahənin aktual problemlərinə toxunulub, müzakirələr aparılıb. Universitetin alimləri öz təklif və mülahizələrini bildiriblər.  Vaxtilə - artıq 26 yaşında CEO olan N.Mehrabova strateji tranformasiya mövzusunda çıxış edərək öz təcrübələrini bölüşüb.  Transxəzər, Cənubi Qafqaz neft və neft məhsullarının daşınması layihəsində təcrübəyə sahib mütəxəssis neft, su, qida təhlükəsizliyi, innovasiyalar üzrə araşdırmalar aparır, daha sonra özəl və dövlət sektorunda məsləhətçi kimi çıxış edir. N.Mehrabova Oksford Universitetində təhsil alıb, eləcə də Stanford Universitetinin Executive MBA üzrə ilk azərbaycanlı qadın məzunudur.