Gəncə şəhər Gənclər və idman Baş idarəsinin təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş silsilə yarışlar çərçivəsində basketbol üzrə oğlanlar arasında ali və orta ixtisas təhsil müəssisələri tələbələrinin birinciliyi keçirilib.Dairəvi sistem üzrə keçirilən şəhər spartakiadasında 4 komanda iştirak edib. Azərbaycan Texnologiya Universitetinin tələbələri ilk oyun günündə Gəncə Dövlət Regional Kollecinin basketbolçuları üzərində 28:20 hesabı ilə qalib gəlib. UTECA basketbolçuları 2-ci görüşdə Gəncə Dövlət Universitetinin komandasını 35:28 hesabı ilə məğlub edib.Sonuncu həlledici qarşılaşmada isə UTECA komandası Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri ilə üz üzə gəlib. Son saniyələrədək gərgin keçən oyunda basketbolçularımız 43:39 hesabı ilə əzmkar qələbə qazanaraq 1-ci yerə çıxıblar. Komandanı yarışa Azərbaycan Respublikasının əməkdar məşqçisi Elçin Süleymanov və məşqçi Fariz Əliyev hazırlayıb.
Mövcud tədris planlarına uyğun olaraq Azərbaycan Texnologiya Universitetinin buraxılış kursunda təhsil alan tələbələrinin müxtəlif müəssisələrdə istehsalat təcrübəsi davam etməkdədir. Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov tədrisdə praktik vərdişlərin mənimsənilməsinin vacibliyini nəzərə alaraq prosesə xüsusi nəzarət edir. Təcrübə Gəncə şəhərində fəaliyyət göstərən 30 aparıcı şirkət və müəssisədə təşkil olunub.Cari ilin 6 aprel tarixində Azərbaycan Texnologiya Universitetinin tədris işləri üzrə prorektoru Yaşar Ömərov və təcrübənin təşkilinə cavabdeh olan məsul şəxslər tələbələrin istehsalat təcrübəsinin gedişatı ilə tanış olmaq məqsədilə 1 saylı Gəncə regional "ASAN xidmət" mərkəzində olmuş və sözügedən müəssisə rəhbərliyi ilə görüşlər keçirilmişdir. Mərkəzin direktoru Turqud Mustafazadə ilə keçirilmiş görüşdə Azərbaycan Texnologiya Universiteti və "ASAN xidmət" arasında əməkdaşlığın əhəmiyyəti qeyd olunmuş və bu əlaqələrin genişləndirilməsi perspektivləri, əmək bazarının ehtiyaclarına uyğun kadr hazırlığı və təcrübə prosesinin tələbələr üçün daha keyfiyyətli və səmərəli təşkili məsələləri müzakirə edilmişdir. Eyni zamanda təcrübədə olan tələbələrlə də görüş keçirilmiş və təcrübənin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.Yaxın günlərdə təcrübənin təşkil olunduğu digər iri müəssisələrdə də belə görüşlərin keçirilməsi nəzərdə tutulur.Qeyd edək ki, cari ilin 16 fevral tarixində başlamış istehsalat təcrübəsi tədris planlarına əsasən 14 həftə müddətində davam edəcək.
Təhsil Tələbə Krediti Fondunun sədr müavini Tahir Xələfovun rəhbərliyi ilə fondun nümayəndə heyəti Azərbaycan Texnologiya Universitetində olub.Görüş zamanı Azərbaycan Texnologiya Universitetinin tədris işləri üzrə prorektoru Yaşar Ömərov Təhsil Tələbə Krediti Fondunun əhəmiyyətindən danışıb. Qeyd edib ki, fondun yaradılması tələbələrin ali təhsilə əlçatanlığını artırır, yeni imkanlar yaradır, dövlətin gəncliyə və təhsilə qayğısından xəbər verir.Təhsil Tələbə Krediti Fondunun sədr müavini Tahir Xələfov fondun imkanları barədə məlumat verib, mexanizmin üstünlüklərindən danışıb. Müzakirələr zamanı UTECA əməkdaşlarının təhsil tələbə kreditinə dair təklifləri dinlənilib, sualları cavablandırılıb.Qeyd edək ki, ötən semestr ərazində Texnologiya Universitetinin 70 tələbəsi təhsil tələbə kreditindən yararlanıb ki, onlardan 16 tələbənin ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 91 baldan yuxarı olub. 2021-2022-ci tədris ilinin ikinci semestri üçün isə UTECA tələbələrindən 72 nəfər Təhsil Tələbə Krediti Fonduna müraciət edib.
Azərbaycan Texnologiya Universitetində (UTECA) tələbə və məzunların karyeralarını inkişaf etdirmələri, əmək fəaliyyətinə hazırlanmaları, ixtisaslarına uyğun iş tapmaları və uğur əldə etmələri istiqamətində tədbirlər görülür. Bu qəbildən tədbirlərdən biri UTECA partnyorlarından olan “AzerGold” QSC ilə birgə həyata keçirilib. Bu dəfə universitetdə “AzerGold” QSC-nin İnsan resurslarının idarəolunması şöbəsinin Təşkilati inkişaf sektorunun baş mütəxəssisi Valid Əliyevin tələbələrlə görüşü təşkil edilib. Karyeraya uğurlu keçid mövzusuna həsr olunan görüşdə Yüngül sənaye mühəndisliyi və logistika fakultəsinin tələbələri iştirak edib.Valid Əliyev “Gündəlik həyatımızdan gələcək hədəflərimizə doğru” adlı çıxışında gənclərin öz istəyinə çatması üçün atılacaq addımlardan danışıb. Karyera planlamasında vacib olan şəxsi profillərin və CV-nin tərtib olunması və beynəlxalq standartlara uyğunlaşdırılması, iş axtarışı və məlumat kanallarının tapılması, müsahibə mərhələsində tələbənin məlumatlandırılması, işəgötürən tərəfindən müsahibəyə çağırıldıqda davranış qaydaları barədə məlumat verib.Mövzuyla bağlı suallar cavablandırıldıqdan sonra kimya, metallurgiya, maşın mühəndisliyi və logistika, eləcə də digər ixtisasların tələbələri arasında CV hazırlanması haqqında sorğu və viktorina keçirilib. İntellektual yarışda ən fəal tələbə - Məryəm Əhmədova “AzerGold”un hədiyyəsi ilə mükafatlandırılıb.
Mövcud tədris planlarına uyğun olaraq Azərbaycan Texnologiya Universitetinin buraxılış kursunda təhsil alan tələbələrinin müxtəlif müəssisələrdə istehsalat təcrübəsi davam etməkdədir. Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov tədrisdə praktik vərdişlərin mənimsənilməsinin vacibliyini nəzərə alaraq prosesə xüsusi nəzarət edir. Təcrübə Gəncə şəhərində fəaliyyət göstərən 30 aparıcı şirkət və müəssisədə təşkil olunub.Cari ilin 31 mart və 1 aprel tarixlərində Azərbaycan Texnologiya Universitetinin tədris işləri üzrə prorektoru Yaşar Ömərov və təcrübənin təşkilinə cavabdeh olan məsul şəxslər tələbələrin istehsalat təcrübəsinin gedişatı ilə tanış olmaq məqsədilə “Gəncə Tekstil” ASC, “Kapital Bank” ASC və “Azərallüminium” MMC-də olmuş və sözügedən müəssisə rəhbərliyi ilə görüşlər keçirilmişdir. Keçirilmiş görüşlərdə universitet və sənaye əməkdaşlığının əhəmiyyəti qeyd olunmuş, əmək bazarının ehtiyaclarına uyğun kadr hazırlığı və təcrübə prosesinin tələbələr üçün daha keyfiyyətli və səmərəli təşkili məsələləri müzakirə edilmişdir. Yaxın günlərdə təcrübənin təşkil olunduğu digər iri müəssisələrdə də belə görüşlərin keçirilməsi nəzərdə tutulur.Qeyd edək ki, cari ilin 16 fevral tarixində başlamış istehsalat təcrübəsi tədris planlarına əsasən 14 həftə müddətində davam edəcək.
Mövcud tədris planlarına uyğun olaraq Azərbaycan Texnologiya Universitetinin buraxılış kursunda təhsil alan tələbələrinin müxtəlif müəssisələrdə istehsalat təcrübəsi davam etməkdədir. Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov tədrisdə praktik vərdişlərin mənimsənilməsinin vacibliyini nəzərə alaraq prosesə xüsusi nəzarət edir. Təcrübə Gəncə şəhərində fəaliyyət göstərən 30 aparıcı şirkət və müəssisədə təşkil olunub.Cari ilin 6 və 7 aprel tarixlərində Azərbaycan Texnologiya Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsini icra edən Yaşar Ömərov və təcrübənin təşkilinə cavabdeh olan məsul şəxslər tələbələrin istehsalat təcrübəsinin gedişatı ilə tanış olmaq məqsədilə “NEON”MMC və “Gəncə Dəyirman” MMC-ni ziyarət etmiş və sözügedən müəssisə rəhbərliyi ilə görüşlər keçirilmişdir. Keçirilmiş görüşlərdə universitet və sənaye əməkdaşlığının əhəmiyyəti qeyd olunmuş, əmək bazarının ehtiyaclarına uyğun kadr hazırlığı və təcrübə prosesinin tələbələr üçün daha keyfiyyətli və səmərəli təşkili məsələləri müzakirə edilmişdir. Yaxın günlərdə təcrübənin təşkil olunduğu digər iri müəssisələrdə də belə görüşlərin keçirilməsi nəzərdə tutulur.Qeyd edək ki, cari ilin 16 fevral tarixində başlamış istehsalat təcrübəsi tədris planlarına əsasən 14 həftə müddətində davam edəcək.