Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Bu soyqırımlardan ən faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur. 25 fevral 1992-ci il. Quşbaşı qar yağan sərt qış gecəsi. Həmin gecə Xocalı elə bir dəhşət yaşadı ki, hələ yer üzündə belə müsibət, belə vəhşilik görməmişdi. Evlərə-eşiklərə od vuruldu, qar tökülən qanların istisindən əridi. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Uşaqlar qəddarcasına qətlə yetirildi, neçə-neçə qeyrətli oğullarımız torpaq uğrunda şəhid oldular. Hər tərəfdə silahlı ermənilər dinc əhaliyə amansız divan tutdular. 

O gecə hara gedəcəyini, kimdən imdad diləyəcəyini bilməyən uşaqların doğmalarının meyidləri arasanda çaş-baş halda vurnuxmalarını, ətrafda nə baş verdiyindən xəbərsiz körpənin gözlərini həyata əbədi yummuş anasına sığınmasını göz önünə gətirin... Şəhərin 800-dən artıq sakininin həyatına son qoyuldu. Tarixin hələ indiyədək şahidi olmadığı bu müsibət ancaq insanlığını, mərhəmət hissini itirən vəhşi ermənilər törədə bilərdilər. Onlar keçmiş sovet ordusuna məxsus 366-cı alayın iştirakı ilə dinc insanların üstünə hücum çəkdilər. Xocalını yerlə yeksan etdilər. Ermənilər öz bədnam hərəkətləri ilə tarixdə tanıdığımız ən qəddar hökmdarların zülmkarlığını belə kölgədə qoydular. 

Qarabağ hadisələrinin iştirakçısı, ermənilərin ən çox sevdiyi ideoloqlarından biri, yazıçı-şair Zori Balayan “Ruhumuzun dirçəlişi” adlı kitabında Xocalıda törətdikləri soyqırım haqqında fəxrlə yazır: “Xaçaturla Xocalıda ələ keçirdiyimiz 13 yaşlı bir türk uşağını əsgərlərimiz pəncərəyə mismarlamışdılar... Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam yenə eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq”. Daha bir erməni müəllif David Xerdiyan  “Xaç uğrunda” kitabının 19-76-cı səhifələrində yazır: “Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstüylə getmək istəmədim. Bunu görən polkovnik-leytenant Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyidin üstündən keçdim.

“ “Martın 2-də “Qaflan” erməni qrupu 2000-ə yaxın alçaq monqolun (türklərin) cəsədini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi”... Erməni əsgəri Racik Dedeyan da belə qeydlər aparıb: “Biz Xocalıya hücum etməzdən bir gün öncə Quşçular ətrafında toplanmışdıq.  Bizim komandirimiz Suren Sumbatyan bizi iki sıraya düzərək dedi: biz bu gün Xocalıya girəcəyik. Qarşınıza çıxan heç kimə rəhm etməyin. Uşaq, qoca, cavan, əsgər, qadın, qız hər kəsi öldürün. Evlərini yandırın, məscidlərini yandırın, dini kitablarını murdarlayıb özlərinə yaladın. Bizim üçün bir amal var  - qisas və Arsaxın müstəqil olması. Bizlə bərabər Suriyadan və Livandan  gəlmiş ermənilər də vardı. Biz Xocalıya daxil olduq. Həmin gecə qarşımıza çıxan hər kəsi öldürdük. Hər dəfə müsəlman türk öldürdükdə gözümüzdə intiqam odu parıldayırdı. Biz əsirləri tikanlı məftilə bağlayıb maşınların arxasında parça-parça olana qədər sürüyürdük. Suriyadan gələn ermənilər isə onların kəlləsinin skeletini çıxarmaq üçün özləri ilə xüsusi alət gətirmişdilər. Onlar bu alətlə müsəlman itlərin kəllə sümüyünü çıxarır, kəllə skeletlərindən əşya düzəldirdilər. Biz kiçik yaşlı uşaqları Xankəndinə apardıq. Orda bizim həkimlər onların daxili orqanlarını götürürdü... Onların murdar bədəninə qızdırılmış xaç çəkirdik. Biz onlara verdiyimiz işgəncədən zövq alırdıq. Onları məcbur edirdik ki, öz murdar it yuvaları olan bu şeytan yuvasını murdarlasınlar. Müsəlman türklər bundan imtina etdikdə biz bunu etdik və sonra onları öz məscidlərində öldürüb öz dini kitabları ilə birgə külə döndərdik. Onlar Allahlarından kömək istəyirdi, amma onlara kimsə kömək etmirdi. Onların Allahı da bizdən qorxurdu... Hamilə olan qadınların     qarınlarını cırıb, uşaqlarını öldürürdük ki, it soyu olan müsəlman türklər azalsın. Onların öldürülməsi bizim üçün vacib idi. Çünki bu alçaq murdar müsəlman türklərin qanını içmək hər bir erməninin arzusu və borcudur”. Beləliklə, bu qəddar ermənilər öz alçaq əməllərini fəxrlə yazmaqları ilə insan olmadıqlarını sübut edirlər. Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirmişdir. Ermənilərin törətdikləri vəhşilikləri heç nə ilə müqayisə etmək mümkün deyil. Onlar öz bədnam hərəkətləri ilə tarixdən tanıdığımız  ən qəddar hökmdarların zülmkarlığını kölgədə qoydular. Bu vəhşiliklər həmişə , hər yerdə özlərini “məzlum, yazıq, türklərin təqiblərinə məruz qalan bir xalq” kimi təqdim edən ermənilər xislətini, iç üzünü açıb bütün dünyaya göstərdi. Ölkəmizin paytaxtı Bakıda Xocalı qurbanlarının xatirəsinə abidə ucalıb. Abidə rəmzi məna daşıyır. Burada arzuları gözündə qalan balasını başı üstündə qaldıran ananın fəryadı təsvir olunub. Bu Vətən rəmzi olan ananın övladlarına qarşı sevgisinin bir nümunəsidir. Biz bu gün bütün şəhidlərin ruhuna rəhmət oxuyaraq başımızı dik tutmalıyıq. Nə qədər qəmgin olsaq da, bir o qədər nikbin olmalıyıq, irəliyə, gələcəyə inamla baxmalı, ümidlə yaşamalıyıq.  Ümidvaram ki, tezliklə şəhidlərimizin qanı bahasına geri qaytarılan torpaqların siyahısına Xocalının da adı əlavə olunar. İnşallah!  

 

Abbasova Səlminə Hidayət qızı

                                                                         Azərbaycan Texnologiya Universitetinin baş müəllimi