Azərbaycan qadını bütün dövrlərdə dövlətə öz sədaqəti və fədəkarlığı ilə seçilmişdir Azərbaycan qadını ifadəsi iradə və mərdliyi, saflığı və sədaqəti, zəka və müdrikliyi təcəssüm etdirir. Azərbaycan tarixində Azərbaycan qadının müstəsna rolu daima mövcud olmuşdur. Belə ki, milli-mənəvi dəyərlərimizin inkişaf etməsində, eləcə də sürətlə inkişaf edən modern və dayanıqlı iqtisadiyyata malik olan ölkə kimi formalaşmaqda qadınlarımızın rolu misilsizdir. Ümumiyyətlə istənilən cəmiyyətdə sürətli inkişafın təməlini məhz insanların fəallıq dərəcəsi və bunun üçün yaradılan şərait təşkil edir. Respublikamızda bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Azərbaycanda qadın siyasətinin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycan cəmiyyətində qadın siyasətinin tətbiq edilməsi, dövlətin idarə edilməsində qadınların irəli çəkilməsi ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasətində öz əksini tapmış ən aktual məsələlərdən biri olmuşdur. Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə daima böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırırdı, onların hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradırdı. 1995-ci ildə YAP Qadınlar Şurasının yaradılması və qadınların bu şurada fəal iştirakı bu siyasətin bariz nümunəsidir. YAP bu baxımdan digər partiyalar üçün bir örnək oldu. 1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində baş vermiş mühüm hadisədir. Respublikamızdada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirən qurultayda mühüm məsələlər müzakirə olunmuşdur. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir. Bu siyasət Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilir. Azərbaycanda qadınların inkişafı məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi altında çoxlu sayda fərman və sərəncamlar verilib, qanunvericilik aktları qəbul edilib. Prezident İlham Əliyev Azərbaycan qadınının potensialına, onların ictimai-siyasi həyatdakı fəaliyyətinə xüsusi diqqət ayırır. 2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılmışdır. Hazıda Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Xüsusilə qeyd etmək lazımdır ki, YAP-ın tərkibində fəaliyyət göstərən qadınlarımızın ən nümunəvi örnəyi Mehriban xanım Əliyevadır. Azərbaycan cəmiyyətində qadınların uğurlu fəaliyyətinin sürətli inkişafı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Birinci vitse-prezident Mehriban xanım Əliyeva ölkədə müasir Azərbaycan qadınının ən nümunəvi təmsilçisidir. Onun UNESCO-nun və müsəlman aləmini əhatə edən ISESCO-nun sülhməramlı səfiri kimi ölkəmizi həm Şərq və Qərbdə, həm də Asiya və Avropada təmsil etməsi Azərbaycanın “Yumşaq güc” siyasətinin formalaşmasında və uğurla həyata keçirilməsində rolu böyükdür. Mehriban xanımın birbaşa təşəbbüsü ilə Azərbaycan qadınının istedadı bütün dünyada nümayiş olunur. Azərbaycan qadını qəhrəmanlığı və igidliyi ilə daima seçilmişdir. Öz varlığı ilə cəmiyyətə sevgi bəxş edən, özündə mərhəmət, ləyaqət, ismət və sədaqət sözlərini ehtiva edən Azərbaycan qadını adı bir o qədər də dərin cəsurluq simvoludur. Azərbaycan qadınları tarix boyu ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində fədakar xidmətlər göstəriblər. Ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən qadınlarımız Vətənin müdafiəsində də daima fədakarlıq, şücaət göstəriblər. Vətən uğrunda neçə-neçə qadın şəhid olub. Onlardan 2 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Qarabağda davam edən 44 günlük döyüşlərdə Azərbaycan qadını əsgərlərimizin yanında oldu, gecə-gündüz onlar üçün dualar etdi. Yaralı əsgərlərimizə tibbi yardım göstərən həkim qadınlarımız hər bir əsgərimizin qayğısına qaldı. Hazırda Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı hərbi təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir və vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Azərbaycan qadınının ədalət, humanizm, xeyriyyəçilik və digər bəşəri prinsiplərə söykənən, sərhəd tanımayan çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan, hətta dünya qadınları üçün nümunə və örnəkdir. Azərbaycan qadını bu gün dünya qadınları hərəkatının ön cərgəsində ağlı, zəkası, istedadı, ləyaqəti ilə təmsil olunur. Prezident İlham Əliyevin hər il 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrik dövlət başçısının qadınlara olan diqqətinin və ehtiramının təcəssümüdür. Dövlət başçısı respublikamızın qazandığı uğurlarda qadınların rolunu yüksək qiymətləndirir: “Biz hamımız dinamik inkişaf edən ölkəmizin irimiqyaslı iqtisadi layihələrin iştirakçısı kimi əldə etdiyi yüksək göstəricilərlə haqlı olaraq fəxr edirik. Bu tərəqqinin bəhrələri respublikamızın hər bir guşəsində özünü aydın hiss etdirir. Həmin nailiyyətlərdə Azərbaycan qadınlarının böyük rolu danılmazdır. Qədim zamanlardan bəri Vətənə və torpağa sədaqəti ilə seçilən qadınlarımız milli məfkurəyə sadiq qalaraq bu gün də suveren Azərbaycan Respublikasının güclənməsi naminə töhvələr verirlər. Onlara xas olan işguzarlıq, müdriklik, yüksək daxili mədəniyyət və xalqımızın yüzillər boyu təşəkkül tapmış zəngin milli-mənəvi sərvətlərinə sədaqət müasir Azərbaycan qadınının ictimai həyatımızda mövqeyini və simasını müəyyən edir”.
Məmmədova Ayşən Viladdin qızı
Azərbaycan Texnologiya Universitetinin
İqtisadiyyat və idarəetmə fakültəsi Marketinq kafedrasının assistenti
Təlimçi qismində Azərbaycan Texnologiya Universitetinin elm və xarici əlaqələr üzrə müşaviri dosent Mayıs Gülalıyev “Elmi məqalə necə yazılmalıdır?” adlı məruzə ilə çıxış edib. Microsoft Teams platforması vasitəsilə keçirilən seminarda “Elmi məqalələrə zərurət varmı?” sualı ilə mövzuya başlayan M.Gülalıyev elmi məqalələrə qoyulan tələblər, elmi məqalələrin yazılması alqoritmi, elmi məqalələrin dərc edilmək üçün yönləndirilməsi məsələlərini geniş şəkildə izah edib. 70-dən çox magistr və doktorantın iştirak etdiyi seminar zamanı mövzuyla bağlı gənc tədqiqatçıları maraqlandıran suallar da cavablandırılıb.
Bu münasibətlə Azərbaycan Texnologiya Universitetinin İdman Klubunun timsalında ölkəmizin bütün idman ictimaiyyətini təbrik edir, fəaliyyətlərində yeni-yeni nailiyyətlər diləyir, idmançılara beynəlxalq yarışlarda Azərbaycan bayrağını daim ön sırada ucaltmağı arzu edirik!
Azərbaycan Texnologiya Universitetinin (UTECA) müxtəlif ixtisaslarında təhsil alan 4-cü kurs tələbələrinə UTECA-da fəaliyyət göstərən PROGRO Mərkəzinin təşkilatçılığı ilə təlim keçirilib. Açılışı giriş sözü ilə PROGRO Mərkəzinin Gəncə koordinatoru Xaliq Cabbarov edib. Daha sonra PROGRO Mərkəzinin digər nümayəndəsi Aytəkin Tağıyeva mərkəz və layihələri haqqında ətraflı məlumat verib. Bildirib ki, PROGRO Platforması BMT-nin İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı çərçivəsində yaradılıb və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilir. Məqsəd gənclərin istiqamətləndirilməsi, əmək bazarının tələblərinə uyğun bacarıqlara yiyələnməsi, inkişafa və yeniliklərə meyilli məqsədyönlü fərdlərin cəmiyyətə və əmək bazarına qazandırılması, eləcə də əmək bazarında işaxtaran və işəgötürən arasındakı sosial əlaqələrin inkişaf etdirilməsidir. UTECA-da bu qəbildən keçirilən keçirilən seminarda təlimçi qismində Avrora şirkətinin HR mütəxəssisi Sadiq Çıraqzadə çıxış edib. Mövzu “Karyeraya necə başlamalı” və “İş müsahibəsində verilən sual və cavablar” başlıqlarına həsr edilib. Təlimdə tələbələr aktiv iştirak edib, onları maraqlandıran sullar cavablandırılıb.
Azərbaycan Texnologiya Universitetində Təhsil Nazirliyi və Azərbaycan Gənc Alim, Doktorant və Magistrlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Open Science Azərbaycan: Gənc Tədqiqatçılar Arasında “Open Science” Platformasının Təbliği” layihəsi çərçivəsində seminar keçirilib.Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan UTECA-nın tədris işləri üzrə prorektoru, dosent Yaşar Ömərov gənc tədqiqatçılara seminarın əhəmiyyətindən, gənc alimlər üçün elmi resursların əlçatanlığının vacibliyindən, beynəlxalq elmi platformalardan istifadə bacarığına və elmi məqalələrin yazılması metodologiyasına yiyələnmələrindən bəhs edib.Daha sonra Azərbaycan Gənc Alim, Doktorant və Magistrlar Cəmiyyətinin sədri İlqar Orucova söz verilib. İ.Orucov çıxışda ölkədə gənclər üçün yaradılan şəraitdən söz açıb. Bidirib ki, bu layihənin də tətbiqi gənc alimlərin elminin, bilik imkanlarının daha da şaxələndirilməsinə, onların beynəlxalq əlaqələrinin inkişafına xidmət edəcək ki, bu da öz növbəsində gənclər üçün yeni imkanlar yaradacaq, nəticədə elmin inkişafına təkan olacaq.Sonra Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin eksperti, dosent Ruslan Rəhimli gənc tədqiqatçıların qarşısında təlimçi qismində çıxış edib.3 saatdan artıq davam edən seminarın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qayda hazırlanacaq Xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə qayda hazırlanacaq. Bu, Prezident İlham Əliyevin fevralın 28-də təsdiqlədiyi Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramında əks olunub. Qeyd olunub ki, Dövlət Proqramı Azərbaycan vətəndaşı olan istedadlı, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənclərin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil almalarını nəzərdə tutur. Bu baxımdan beynəlxalq fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə nüfuzlu xarici ali təhsil müəssisələrində ali təhsilin bakalavriat səviyyəsi üzrə təhsil almaq istiqamətində, bakalavriat səviyyəsini yüksək nəticələrlə başa vurmuş, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənclərə isə magistratura səviyyəsində üstünlük veriləcək. Hazırlanacaq Qaydada gənclərin seçilməsi meyarları və prosedurları şəffaflıq, ədalətlilik, obyektivlik prinsiplərinə əsaslanacaq.