Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

UTECA Cənubi Koreyanın Honam Universiteti ilə yeni layihənin icrasına başlayır

Azərbaycan Texnologiya Universiteti (UTECA) Cənubi Koreyanın Honam Universiteti ilə əməkdaşlıq çərçivəsində Koreya Fondu tərəfindən maliyyələşdirilən KF Global E-School layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində UTECA tələbələri Honam Universitetinin LMS sistemində dərslərə qoşulacaqlar. Honam Universiteti tərəfindən bununla bağlı 3 günlük seminar keçirilib və layihə haqqında geniş məlumat verilib. Layihə çərçivəsində UTECA tələbələrinə Honam Universitetinin sistemində Koreya dili dərslərinə qoşulmaq üçün fərdi iş nömrəsi və parol veriləcək və tələbələr universitetin LMS sistemindən Honam Universiteti tələbələri ilə eynihüququlu şəkildə istifadə edə biləcəklər. Qeyd edək ki, bu imkanlar Azərbaycan Texnologiya Universitetində turizm sahəsində təhsil alan və xarici dil kimi Koreya dilini seçmiş tələbələr üçün nəzərdə tutulub.  

Azərbaycan Texnologiya Universiteti vakansiya elan edir

Azərbaycan Texnologiya Universiteti (UTECA) Kompyuter mühəndisliyi və telekommunikasiya kafedrasına magistratura pilləsində 2021/2022-ci tədris ilində Azərbaycan və rus bölmələrində aşağıdakı fənnlərin tədrisi üçün kompüter sahəsi üzrə texnika elmləri namizədləri və ya texnika üzrə fəlsəfə doktorlarının işə qəbulunu həyata keçirir:

✓ İnstrumental proqram vasitələri

✓ İntellektual sistemlərin müasir problemləri

✓ Yüksək səviyyəli verilənlər bazası

✓ Kompyuterlərin diaqnostikası

✓ Şəbəkə inzibatçılığı

✓ İnformasiya axtarış sistemləri

✓ Müasir kompüter texnologiyaları

✓ Multimedia sistemləri Namizədlərdən müraciət üçün CV-lərini foto şəkili ilə mövzu yerində müvafiq istiqamətləri qeyd edərək [email protected] (Leyla Rzayeva) elektron poçt ünvanına göndərmələri xahiş olunur. Müraciət üçün son tarix 29 sentyabr 2021-ci ildir.

Qeyd: Namizədlərin göstəriciləri vəzifə tələblərinə uyğun gəlmədikdə və ya müraciət müddəti bitdikdə CV-lərə baxılmayacaq. 

Erasmus+ layihəsinin fəaliyyət planına uyğun növbəti seminar keçirilib

“Azərbaycanda Rektorlar Konfransı” Erasmus+ layihəsinin fəaliyyət planına uyğun növbəti seminarı keçirilib 10 sentyabr 2021-ci il tarixində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluq etdiyi “Azərbaycanda Rektorlar Konfransının Yaradılması” Erasmus+ layihəsi çərçivəsində WP1 üzrə növbəti seminar keçirilib. Azərbaycan Texnologiya Universitetinin də partnyor olduğu bu layihənin adı çəkilən seminarında layihə meneceri İlahə Qurbanova, layihənin Keyfiyyət üzrə işçi qrupunun rəhbəri Ülviyyə Məmmədova iştirak ediblər. İnteraktiv və onlayn şəkildə keçirilən seminarda layihənin iş paketi 1 WP1üzrə görülmüş işlərin nəticələri geniş müzakirə edilib, bununla bağlı avropalı ekspertin hesabatı əsasında təkmilləşdirilməyə ehtiyac duyulan bölmələr üzrə müvafiq tapşırıqlar verilib. Bundan əlavə, iş paketi 1 üzrə layihənin əsas hədəf qrupu olan rektor və prorektorlarla müsahibələrin təşkili məsələsi iştirakçıların müzakirəsinə təqdim olunub, nəticədə təklif və tövsiyyələr nəzərə alınmaqla, layihənin fəaliyyət planına uyğun müvafiq tapşırıqlar verilib.


2021/2022-ci tədris ilində ilk Elmi Şura keçirilib

2021/2022-ci tədris ilində ilk Elmi Şura keçirilib 10 sentyabr 2021-ci il tarixində Azərbaycan Texnologiya Universitetində (UTECA) 2021/2022-ci tədris ili üzrə 1 saylı Elmi Şura keçirilib. İclasda gündəlikdə duran məsələlərin müzakirəsi aparılıb. Universitetin rektoru, professor Akif Süleymanovun sədrliyilə keçən iclasda Ümumi və tətbiqi riyaziyyat kafedrasının müdiri Hamlet Kəsəmənli tələbə qəbulu barədə, Tədris şöbəsinin müdiri Piri Axundov isə yay imtahan sessiyasının nəticələri və məzunların buraxılışı haqqında çıxış ediblər. Elektron xidmətlər və informasiya şöbəsinin müdiri Nicat Ağayev universitetin 2021/2026-cı illər üzrə inkişaf strategiyasını şura üzvlərinin diqqətinə çatdırıb. Sənədin bəndləri Elmi Şura üzvləri tərəfindən ərtaflı müzakirə edilib. Daha sonra elmi katib Mətanət Əhmədova doktorantların ilkin müdafiə protokollarının təsdiqi ilə bağlı çıxış edib. Sonda yeni tədris ilinin pandemiya şərtlərinə uyğun təşkilinə dair bir sıra tapşırıqlar verilib. 

Bakı şəhərinin azad olunmasının 103-cü ildönümüdür

Türküz, yaranmışıq daim iftixar,

Xilqətdən başlanan tariximiz var,İ

ləri, iləri, Türkün əsgəri!

Allahdan utansın dönənlər geri!

Əldə sancaq, öndə süngü, qəlbdə TanrıBiz dünyanın hakimi olmaq istəriz.

İləri, iləri, Türkün əsgəri! Allahdan utansın dönənlər geri!… Bir əsgərin xatirəsinə əsasən türk ordusu bu şüarla irəliləyib. Onlar yüksək ruh və həvəslə tarixi qardaşlıq nümunəsi göstərib.     

TÜİB rəhbəri ilə UTECA-nın rektoru professor Akif Süleymanovun görüşü

TÜİB rəhbəri ilə UTECA-nın rektoru professor Akif Süleymanovun görüşü TÜİB (Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi - TÜİB) rəhbəri, UTECA Tərəfdaşlar və Himayadarlar Şurasının sədri Hüseyin Büyükfıratla Azərbaycan Texnologiya Universitetinin rektoru professor Akif Süleymanov, elm və innovasiyalar üzrə prorektor vəzifəsini müvəqqəti icra edən Yaşar Ömərov və ümumi işlər üzrə prorektor Rauf Bağırovun iştirakı ilə görüş keçirilib. Görüşdə Türkiyə universitetləri və biznes dairələri ilə UTECA-nın əməkdaşlıq imkanları və perspektivləri, həmçinin gələcək birgə fəaliyyət istiqamətləri müzakirə olunub.