3-4 May 2023-cü il tarixində Azərbaycan Texnologiya Universitetində (ATU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Dördüncü sənaye inqilabı və innovativ texnologiyalar” mövzusunda hibrid formatda Beynəlxalq Elmi-Praktik Konfransı keçiriləcəkdir. Konfransın bölmələri universitetin istiqamətlərinə müvafiq olaraq aşağıdakı kimi müəyyənləşdirilib:
-Süni intellekt, robototexnika və informasiya texnologiyaları
-Qida sənayesində innovativ texnologiyalar
-Maşınqayırma, nəqliyyat və logistikada innovativ texnologiyalar
-Dizaynda innovativ texnologiyalar
-Logistika və nəqliyyatda innovativ texnologiyalar
-Metal və materiallarda innovativ texnologiyalar
-Rəqəmsal iqtisadiyyatın marketinq və menecmenti
-Turizm sənayesində innovativ texnologiyalar və ekologiya
-Multikultural təhsildə innovativ texnologiyalar
-Yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf Konfrans materialları aşağıdakı tələblərə uyğun olaraq hazırlanmalıdır:
-Konfrans materialları Azərbaycan, Rus və ya İngilis dillərində qəbul olunur;
-Mətn “Microsoft Word for Windows” redaktorunda Arial şriftilə (hərflərin ölçüsü-12 pt, interval-1,5, abzas-1,25), boş sahələrin ölçüləri soldan-25 mm, sağdan-15 mm, yuxarı və aşağıdan 20 mm olmaqla, A4 formatlı standarta (210x297 mm) uyğun hazırlanmalıdır;
-Məruzənin mətni 3 səhifəyə qədər olmalıdır;
-Mətnin əvvəlində ortadan materialın mövzusu, onun altında tədqiqatçıların adı və soyadı, müəssisənin adı, müəlliflərin elektron poçt ünvanı yazılır (hər biri qalın şrift ilə); Tezisdə istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr aşağıdakı qaydada göstərilir:
-Ədəbiyyət siyahısı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələbləri əsasında göstərilir;- Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir;
-İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir;
-Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına üstünlük verilməlidir;
-İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içində kvadrat mörtərizədə göstərilir. Ən azı bir xarici ədəbiyyata istinad arzuolunandır. Konfrans materialının sonunda onun yazıldığı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış tezislərə İngilis və Rus dillərində, Rus dilində yazılmış tezislərə Azərbaycan və İngilis dillərində, İngilis dilində yazılmış tezislərə isə Azərbaycan və Rus dillərində) xülasə verilir. Müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi xülasədə yığcam şəkildə öz əksini tapmalıdır. Xülasələr elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə materialın, müəllifin və müəssisənin adı yuxarıda qeyd olunan qaydada göstərilməlidir. Konfransın redaksiya heyətinə təqdim olunan tezisin orjinallığı 85 %-dən az olmamalıdır. Konfrans materialları konkret və konfransın mövzusuna uyğun olmadıqda, yuxarıda qeyd olunan tələbləri ödəmədikdə Təşkilat komitəsi tərəfindən qəbul edilmir və bu barədə müəlliflərə məlumat verilmir. Konfransda iştirak ödənişsizdir. Konfrans materialları 15 aprel 2023-cü ildən gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərilməlidir.
Ünvan: Gəncə ş. AZ2011 Şah İsmayıl Xətai prospekti 103
Tel: (022) 257 00 46