Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Fəal diplomatik fəaliyyət erməni barbarlığını dünyaya çatdırdı

 44 günlük müharibə nəticəsində Azərbaycanın azad olunmuş rayonlarında Erməni vandalizmi əyani şəkildə üzə çıxdı. Beynəlxalq nümayəndələrin işğaldan azad olunmuş bölgələrə səyahətinin  dünya mediasında və sosial şəbəkələrdə nümayişi dünya ictimayətinə real vəziyyəti bütün çılpaqlığı ilə catdırmış oldu. Erməni vandalizmi üzə çıxdı. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dağıdılmış, sökülüb-daşınmış evləri, məbədləri, məktəbləri, incəsənət binalarini göstərərək  demişdi “Elə bil bu yerlərdən vəhşi qəbilə keçib”. Erməni vəhşiliyinin mənəviyyatı üzə çıxdı. Onların dini məbədlərə mənfi münasibəti məlum oldu. Məscidlərimizdə donuz saxlamaları, alban məbədlərini saxtakarlıqla erməni kilsələririnə çevirmək, yalançı mədəyiyyət mənbələrini yaratmaq cəhdləri bunu sübut edən faktların yalnız bir qismidir.        Azərbaycan Prezidentinin fəal diplomatik fəaliyyəti azad olunmuş torpaqlarımızın reallığını dünyaya çatdırdı və sübut etdi ki, Azərbaycan xalqı öz doğma torpaqlarına sadiq, torpaq uğrunda qurbanlar verməyə hazır xalqdır. Vətən müharibəsi təkcə işğal olunmuş torpaqların qayıtması ilə bitmədi, xalqın milli ruhu qaytarıldı. Bütün bunları bizə yaşadan isə ümummilli lider Heydər Əliyev siyasi irsinin davamçısı, xalqımızın əziz Prezidenti İlham Əliyev cənabları olmuşdur.         Var olsun müzəfər Ali Baş Komandan, xalqın sevimli Prezidenti cənab İlham Heydər oğlu Əliyev! Uca yaradan Azərbaycanımızı qorusun və xalqımızı xöşbəxt buyursun!    

 

    Tofiq Mirzəyev

Azərbaycan Texnologiya Universitetinin

Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının müdiri 

Azərbaycan Texnologiya Universitetində 20 yanvar faciəsinin ildönümü qeyd edilib

Azərbaycan Texnologiya Universitetində (UTECA) 20 yanvar faciəsinin 32-ci ildönümü qeyd edilib. Bu münasibətlə universitetdə dizayn ixtisası tələbələrinin əl işlərindən ibarət rəsm sərgisi təşkil edilib. Müəlliflər tablolarda xalqımıza qarşı törədilən qanlı faciəni əks etdirməklə, həm də insanların azadlıq uğrunda mübarizə əzmini, bu yolda dönməzliyini təsvir etməyə çalışıblar. Daha sonra universitetdə 20 yanvar faciəsinə həsr edilmiş “Vətən məndən başlayır” adlı dəyirmi masa keçirilib. Dövlət himninin səslənidirildikdən sonra 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov bildirib ki, Qanlı Yanvar hadisələrindən təxminən bir qərinə vaxt keçir: “1990-cı ilin 20 Yanvarı Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqın qəhrəmanlıq səhifəsi kimi daxil olub. 32 il əvvəl yaşanan bu tarix milli müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə çevrilib. O zaman yalnız Ümummilli liderimiz Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlib SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham etmiş, kəskin bəyanatla çıxış etmişdi. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra isə məhz Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə faciəvi 20 Yanvar hadisələrinə siyasi qiymət verildi”. Çıxışlarda qeyd edilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi. Professor-müəllim heyəti, eləcə də tələbələrin səsləndirdikləri fikirlərdə qeyd edilib ki, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi. Bu gün Vətən və onun azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin ruhu şaddır. Şaddır ona görə ki, Azərbaycan 30 ilə yaxın işğal altında qalan torpaqlarını düşmən tapdağından azad edibdir. Məhz 20 yanvar - Milli iradənin zəfər çaldığı bu tarix Zəfər gününə gedən yolun başlanğıcı idi. Tədbirin sonunda 20 yanvar faciəsinə həs olunmuş videoçarx nümayiş etdirilib. 

 

 

Doğru qərarlar, doğru addımlar

 “Qaliblərin dostları çox olur” deyən cənab prezident əslində fikrimcə “Qaliblər müzakirə edilmir” demək istəyirdi. Lakin qabiliyyətli və təcrübəli diplomat kimi  bu frazanı diplomatik dillə səsləndirmişdir. Bildirmişdir ki, Azərbaycan öz torpaqlarını ləyaqətlə işğaldan azad etmişdir. Müharibəni biz başlamadıq. Eməni provakasiyası və daha çox ərazi tutmaq iddiasına cavab olaraq antiteror əməliyyatı keçirilmişdir. 44 günlük müharibədə ordumuz dinc əhali yaşayan ərazilərə bir güllə belə atılmamışdır. Ona görə də Erməni tərəfindən dinc əhali arasında itki çox az olmuşdu. Lakin Erməni tərəfi Azərbaycanın müharibə zonasından uzaq olan dinc əhalini top mərmiləri, müxtəlif tip raketlər və s. ilə atəşə tutmuşlar. Çox sayda ölənlər və yaralananlar olmuşdur. Gəncə, Migəçevir, Bərdə, Xızi  raket atəşinə tutulmuşdu. Tərtər ən çox atəş altında olmuşdu. Belə ki, qısa dövrdə Tərtərə 16 mindən çox mərmi atılmışdır. Evlər, yollar, məktəblər və infrastruktur obyektləri dağıdılmışdır. Bu insanlığa sığmayan hərəkətlər idi. Azərbaycan tərəfi ləyaqət göstərərək, Erməni tərəfin dinc əhalisinə cavab olaraq atəş açmadı. Əslində bu beynəlxaq humanitar normalara hörmətlə yanaşma, insani münasibət göstəricisi idi. Prezident İlham Əliyevin ləyaqətli, dünyada qoyulan mövcud qaydalar çərçivəsində müharibə etmək - öz torpaqlarını azad etmək bacarığı idi.         

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsabədə toxunulan diğər məsələlər barədə tam dolğun, düzgün və xronoloji ardıcıllıqla cavabları bir vətəndaş olaraq məni qane etdi. İnsanlar evdə, işdə,  küçələrdə bu barədə qürur hissi  ilə danışırlar. Cənab Prezidentin diplamat qabiliyyətinə heyranlıqlarını bildirirlər. Yaşasın müzəffər Ali Baş Komandan, humanist, xalqını və dövlətini ürəkdən sevən cənab Prezident İlham Əliyev! Uca ALLAH Azərbaycanımızı qorusun!  

 

Tofiq Mirzəyev  

Azərbaycan Texnologiya Universitetinin

Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının müdiri   

 

       


Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov vətəndaşları qəbul edib

Aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilən qəbulda valideynlərin müraciətləri əsasən qış imtahan sessiyasıyla bağlı olub. Dinlənilən məsələlərin bir qisminin həlli üçün müvafiq göndərişlər verilib. Bəzi məsələlər isə araşdırılaraq, qanunamüvafiq qaydada həll edilməsi üçün qeydiyyata götürülüb.

Azərbaycan Texnologiya Universitetində dekan vəzifələrinə seçkilər keçirilib

Azərbaycan Texnologiya Universitetində İqtisadiyyat və idarəetmə, Avtomatika, telekommunikasiya və informatika fakültələrinin dekan vəzifələrinə seçkilər keçirilib.  10 yanvar 2022-ci il tarixində keçirilən seçkilər Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları” nın tələblərinə uyğun təşkil edilib.  Gizli səsvermənin nəticəsinə əsasən dosent Xalidə Ağayeva 100% səslə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı vəzifəsinə seçilib.  Dosent Rövşən Hacıyev isə bütün səsləri toplayaraq Avtomatika, telekommunikasiya və informatika fakültəsinin dekanı seçilib. 

Tarixi ünvanlarda xüsusi günlər 

Azərbaycan  Respublikasının Prezidenti  İlham  Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpasına dair bütün görüşlərdə qeyd edirdi ki, münaqişənin həlli danışıqlar yolu baş tutmasa, onda hərbi vasitə ilə bu məsələ öz həllini tapacaqdır. Ona görə də Cənab İlham Əliyev daim ordu quruculuğunun müasir tələblərə uyğun səviyyəyə çatdırılmasına dair işlər görürdü. Ordu quruculuğunda əsas istiqamətlərdən biri ordunun müasir silahlar, texnikalar və texniki vasitələr ilə təchiz olunmasıdır. Bu proses İkinci Qarabağ müharibəsindən sonra da davam etdirilir. Bu özünü 2022-ci ilin dövlət büdcəsində orduya ayrılan vəsaitdə öz əksini tapır. Azərbaycan Ordusunun möhkəmləndirilməsi işləri davam edir. Bu baxımdan 24 dekabr 2021-ci il tarixində Prezident İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni hərbi qoşun növü olan Komando hərbi briqadanın yaradılması mərasimində iştirak edib. Görüşdə Prezident bildirib ki, işğaldan azad olunmuş ərazilərdə yeni hərbi hissələrin təşkil olunması prosesi davam etdiriləcəkdir. Yeni yaradılacaq hərbi briqadalarda çoxlu sayda peşəkar hərbiçilərimiz xidmət edəcəklər. Orduya diqqətin digər təzahürlərindən biri də hərbiçilərin xidmət şəraitinin yaxşılaşdırılması və onların məişət-mənzil problemlərinin həll edilməsidir. Bu istiqamətdə görülən işlər sırasına 20 il orduda qüsursuz xidmət etmiş hərbiçilərin dövlət tərəfindən mənzillə təmin edilməsini aid etmək olar. Bu günə qədər 2200-dən çox hərbi qulluqçu mənzillə təmin olunub. Bundan başqa mütəmadi olaraq hərbçilərin dövlət tərəfindən əmək haqqlarının artırılmasını qeyd etmək olar. Həmçinin hərbi kadrların xarici ölkələrdə, xüsusən də qardaş Türkiyədə təlimlərdə iştirak etmələrinə və kurslarda yeni hərbi biliklər mənimsəmələrinə xüsusi diqqət verilir.  İkinci Qarabağ müharibəsində ən əhəmiyyətli əməliyyatlardan biri də Hadrut qəsəbəsinin işğaldan azad edilməsi olmuşdu. Çünki Şuşa şəhərinin azad edilməsi Hadrut əməliyyatından asılı idi. Bu müvəffəqiyyətin əsasını bizim hərbiçilərimizin həm peşəkarlığı, həm də fiziki gücü, mənəvi hazırlığı, vətənpərvərliyi və fədakarlığı təşkil edirdi. Hadrut əməliyyatından 8 gün sonra Füzuli şəhəri azad edildi. Hadrutun geri qaytarılması Şuşanın azadlığı üçün bir növ açar rolunu oynadı. Şuşa əməliyyatı hazırda inkişaf etmiş ölkələrin ali hərbi məktəblərində öyrənilir. Yüngül silahlarla qayalara dırmaşmaqla qəhrəman övladlarımız Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərin işğaldan azad etdi.  Hörmətli Prezident İlham  Əliyevin ad günlərini hərbçilərlə, məcburi köçkünlərlə birlikdə keçirməsi ənənəyə çevirib. Belə ki, 50 illiyini Ağcabədidə köçkünlərlə qeyd edən Ali Baş Komandan, 60 illik yubileyini də Qarabağda-Şuşada keçirdi. “Xarıbülbül” festivalında Ulu öndərin Şuşa haqqında tarixi sözlərinin bir hissəsi videoformatda təqdim edildi. Heydər Əliyev böyük inamla deyirdi ki, biz Şuşaya qayıdacağıq, inan ki, qayıdacağıq. Bundan sonra bu torpaqlarda Azərbaycan xalqı əbədi yaşayacaq, bundan sonra Qarabağda Azərbaycan muğamı əbədi səslənəcəkdir.Prezidentimiz İlham Əliyev həmişə öz çıxışlarında xalqın dəstəyinin ona güc verdiyini qeyd edir: “Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız - bütün Azərbaycan Xalqı böyük tarixi uğurlara imza atmışıq”.

 

Musa Cəfərov

Azərbaycan Texnologiya Universitetinin

Kimya və metallurgiya mühəndisliyi kafedrasının müdiri