Avropada gənc tədqiqatçılar üçün təqaüd proqramıİspaniyanın Qranada Universiteti Avropada qısa müddətli tədqiqat üçün Coimbra Group təqaüd proqramını elan edir. Coimbra Group yüksək beynəlxalq standartlara malik çoxşaxəli Avropa universitetlərinin birliyidir. Qrupun məqsədi Avropa təhsil, tədqiqat siyasətinə təsir göstərmək və qarşılıqlı təcrübə mübadiləsi yolu ilə ən yaxşı təcrübələri inkişaf etdirməkdir.Qrupa üzv olan universitetlər gənc tədqiqatçılar üçün 90 təqaüd təklif edir. Ərizələr Coimbra Group-un rəsmi saytı vasitəsilə onlayn təqdim edilməlidir. Bu proqram Avropa İttifaqı xaricindəki gənc mütəxəssislərə Coimbra Qrupunun universitetlərində bir aydan üç aya qədər müddətə öz tədqiqatlarının bir hissəsini həyata keçirmək imkanı verir. Təqaüd Coimbra Qrupunun üzvləri olan universitetlər tərəfindən maliyyələşdiriləcək.
Müraciət üçün son tarix: 07 aprel 2023
Müraciət linki: https://www.coimbra-group.eu/scholarships/
Ətraflı məlumat üçün www.coimbra-group.eu saytına daxil ola bilərsiz.