Azərbaycan Texnologiya Universitetinin (UTECA) dizayn ixtisasının tələbəsi Sədaqət İsmayılova Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncə Gənclər Evi tərəfindən “Nizami Gəncəvi İli” çərçivəsində gənclər arasında keçirilən “Nizami Gəncəvi yaradıcılığı rəssamların gözü ilə” adlı rəsm müsabiqəsinin qalibi olub. 22 istedadlı gənc arasında I yeri tutan tələbəmizi bu gün universitet rəhbərliyi təbrik edib. Universitetə valideynilə birgə qonaq gələn tələbənin indiyədək əldə etdiyi digər nailiyyətləri ilə də tanış olan tədris işləri üzrə prorektor Vüqar İsmayılov Sədaqət İsmayılovanın uğurlarını yüksək qiymətləndirib, ona yenicə başlamış yaz semestri imtahanlarında müvəfəqqiyyətlər arzu edib. Qeyd edək ki, rəsm müsabiqəsinin məqsədi Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin yeniyetmə və gənclər arasında öyrənilməsi və təbliğ edilməsi, istedadlı gənclərin üzə çıxarılması və yaradıcılıq potensialının inkişaf etdirilməsi, eləcədə asudə vaxtlarının səmərəli təşkilidir.
ARKY - Komandanın ilk görüşü keçirilib Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluq etdiyi “Azərbaycanda Rektorlar Konfransının Yaradılması” Erasmus+ layihəsi çərçivəsində bu gün layihə komandasının ilk koordinasiya görüşü keçirilib. Görüşdə layihə meneceri İlahə Qurbanova iştirakçıları layihə ilə bağlı ətraflı məlumatlandırıb. Daha sonra layihənin altı aylıq fəaliyyət planı geniş və məhsuldar müzakirə edilib, WP1 (iş paketi) üzrə fəaliyyətlərin icrası ilə bağlı təklif və tövsiyyələr dinlənilib.
Azərbaycan – Türkiyə münasibətləri tarixi və milli-mənəvi kökləri ilə birbaşa bağlı olan bir sıra amillərlə şərtlənir. Tarixi, etnik, ictimai, siyasi, milli-mənəvi təməllərə əsaslanan bu doğmalıq qədim və zəngin ənənələr üzərində qurulmuşdur. Türk xalqı dünyanın tarixi yaradan və ona istiqamətləndirən millətlərindəndir. Tarixi birlik və qardaşlıq, qarşılıqlı inam, səmimi münasibətlər, səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə münasibətləri böyük vüsətlə möhkəmlənməkdədir. Xalqlarımızın etnik, dil, din və mədəniyyət birlikləri bu iki ölkəni həmişə doğmalaşdırıb, sevincli və kədərli günlərdə də birini digərinin yanında edib. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq təqdim etdiyi Azərbaycan-Türkiyə münasibətləri bu gün hər iki ölkə rəhbərləri tərəfindən aparılan düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq ən yüksək səviyyəyə çataraq, keyfiyyətcə daha kamil müstəviyə keçməkdədir. Azərbaycan və Türkiyə münasibətlərindəki hazırki inkişaf regionda tərəqqiyə, sabitliyin bərqərar olmasına zəmanət verir. Digər tərəfdən, türk dünyasının bir araya gəlməsini təmin edən ən mühüm amillərdən biri məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafıdır. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk". Nəticə olaraq bu gün cənab prezident “Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir” ifadəsini qürurla səsləndirir. Hazırda ölkələrimiz arasında siyasi müstəvidə olduqca yüksək səviyyədə münasibətlər formalaşıb, iqtisadi münasibətlər isə inkişaf dinamikasındadır. Belə ki, Azərbaycan və Türkiyənin iqtisadi potensialı bu sferada münasibətlərin, xüsusən də ticarət əlaqələrinin xeyli dərəcədə artmasına imkan verir. Son dövrlərdə bu məqsədlə bir sıra mühüm addımlar atılıb. Energetika sahəsində ölkələrimiz arasındakı mövcud olan qaz satışı və nəqli ilə bağlı bütün müqavilələr fəaliyyətdədir. Bu müqavilələr Trans Atlantik coğrafi məkanda reallaşdırılan enerji siyasətinin əsas konturlarını müəyyən edən mühüm faktorlardan biridir. Çünki Avropa İttifaqının, digər Qərb ölkələrinin böyük ümidlərlə baxdığı “Nabukko” kəmərinin inşa edilməsi xeyli dərəcədə məhz Azərbaycanla Türkiyə arasında razılaşdırılan yeni qaz sazişindən keçir. Qeyd olunanlar ölkələrimizin energetika sahəsində möhkəmlənən münasibətlərinin qlobal enerji təhlükəsizliyinin təminatında mühüm töhfələrdən xəbər verir. Bu günə qədər isə ölkələrimizin birgə həyata keçirdiyi, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın, Türkiyənin və digər ölkələrin xüsusi ilə regionun enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır. Son 4 ildə fəaliyyət göstərən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan və Türkiyənin iqtisadi müstəvidə münasibətlərini xeyli möhkəmləndirmişdir. Bu dəmir yolunun Naxçıvana kimi uzadılması üçün mühüm işlər görülür. Bu isə Naxçıvanın kommunikasiya əlaqələrinin mühüm bir mərhələsinin başlanğıcı, muxtar respublikanın iqtisadi cəhətdən bir daha güclənməsi olacaqdır. Uzun illərdir ki, Naxçıvanın həm iqtisadiyyatının sürətlə inkişaf etməsində, həm də təhlükəsizliyinin təmin olunmasında Türkiyə böyük rol oynayır. İşğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək dünya tarixi üçün qardaşlıq nümunəsi kimi, sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi oldu. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Qarabağ Azərbaycandır – zəfər paradı zamanı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri çərçivəsində Azərbaycan-Türkiyə münasibətlərinin inkişafi və regional tərəqqiyə yaradılan zəmanət bir daha bütün dünyaya nümayiş olundu. Baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan münasibətlərinin belə ifadə edir: "Hər ötən gün siyasi, hərbi, iqtisadi, mədəni, ticari - bütün sahələrdə bu əlaqə artaraq davam etməkdədir. Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır. Dünya birliyində də, şübhəsiz ki, bu iki ölkənin yeri çox önəmli olmaqdadır və olacaqdır". Hər dəfə Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, İlham Əliyevin isə Türkiyəyə səfəri zamanı ölkələrimiz arasında münasibətlərin inkişafı keyfiyyətcə daha yeni mərhələyə qədəm qoyaraq, regional tərəqqiyə zəmanət verir. Bütün bunlar ölkələrimiz arasında həyata keçirilən böyük geosiyasi əhəmiyyətli birgə iqtisadi layihələr, əldə olunan yeni razılışmalar, imzalanan müqavilələr bir daha xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən, onun sarsılmazlığından və əbədiliyindən xəbər verir.
Qalibə Məmmədova
UTECA-nın Elm şöbəsinin müdiri
Ötən tədris ilində olduğu kimi bu tədris ilində də ali təhsil pilləsinin bakalavriat səviyyəsində (xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları istisna olmaqla digər bütün ixtisaslar üzrə) tələbələrin yekun dövlət attestasiyası üzrə biliyinin qiymətləndirilməsi təhsil müddətində əldə etdikləri nəticələr (ÜOMG) əsasında aparılacaq. Bu barədə məlumat Nazirlər Kabinetinin müvafiq qərarına edilən dəyişiklikdə yer alır. Təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyanın qərarı ilə razılaşmayan bakalavrlar üçün dövlət attestasiya sınaqları təşkil ediləcəkdir. Bakalavriat səviyyəsinin xüsusi qabiliyyət tələb edən ixtisasları və əsas (baza ali) tibb təhsili ixtisasları üzrə yekun dövlət attestasiya məcburidir. Magistratura səviyyəsində bütün ixtisaslar üzrə yekun attestasiya məcburidir. Magistratura səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr yekun attestasiyaya buraxılırlar. Yekun attestasiya magistrlik dissertasiyasının müdafiəsindən və (və ya) ixtisas fənləri üzrə imtahanlardan ibarətdir. Magistrlik dissertasiyasının müdafiəsi ixtisaslaşdırılmış şuraların iclaslarında aparılır.
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Azərbaycan Texnologiya Universitetində (UTECA) 2021/22-ci qəbul ili üçün ayrılan PLAN YERLƏRİ və MÜSABİQƏ BALLARI:
I qrup
Şərabçılıq* 100 yer, müsabiqə balı 150
Qida mühəndisliyi 25 yer, müsabiqə balı 200
Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi 30 yer, müsabiqə balı 200
Nəqliyyat mühəndisliyi* 60 yer, müsabiqə balı 200
Ekologiya mühəndisliyi* 50 yer, müsabiqə balı 150
Sənaye mühəndisliyi 15 yer, müsabiqə balı 200
Metallurgiya mühəndisliyi 15 yer, müsabiqə balı 200
Mühəndis fizikası 20 yer, müsabiqə balı 200
Proseslərin avtomatlaşdırılması mühəndisliyi 15 yer, müsabiqə balı 200
Radiotexnika və telekommunikasiya mühəndisliyi 40 yer, müsabiqə balı 200
İnformasiya texnologiyaları 30 yer, müsabiqə balı 200
Kompüter mühəndisliyi* 60 yer, müsabiqə balı 200
II qrup
Turizm bələdçiliyi 40 yer, müsabiqə balı 150
Turizm işinin təşkili* 90 yer, müsabiqə balı 150
Dövlət və bələdiyyə idarəetməsi 20 yer, müsabiqə balı 200
İqtisadiyyat* 40 yer, müsabiqə balı 200
Biznesin idarə edilməsi* 60 yer, müsabiqə balı 150
Marketinq* 50 yer, müsabiqə balı 150
Mühasibat 50 yer, müsabiqə balı 200
IV qrup
Ekologiya 60 yer, müsabiqə balı 150
V qrup
Dizayn* 80 yer, müsabiqə balı
60 + q.i. *Müsabiqə rus dili ilə birgə aparılır
21 ixtisası üzrə 950 yer ayrılıb Azərbaycan Texnologiya Universitetində (UTECA) 2021/2022-ci qəbul ili üçün 21 bakalavr ixtisası üzrə 950 yer ayrılıb. 845 yer (775 əyani, 70 qiyabi) Azərbaycan dili bölməsinin, 105 yer (əyani) isə Rus dili bölməsinin payına düşür.