Azərbaycan Texnologiya Universitetinin rektoru professor Akif Süleymanov basketbolçu tələbələrlə görüşüb. Görüşdə rektor tələbələri son zamanlar qazandıqları nailiyyətləri münasibəti ilə təbrik edərək ölkədə idmanın inkişafına dövlət dəstəyindən və qayğısından danışıb. Rektor bildirib ki, Azərbaycanda idman və gənclər siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir: “Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. Bu, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının ölkəmizdə idmanın inkişafına böyük diqqət yetirməsi, eləcə də idmançılarımızın dünya idman arenalarında ölkəmizi layiqincə təmsil etmələri üçün onlara bütün şəraiti yaratmasının nəticəsidir” –deyə A.Süleymanov əlavə edib. Komanda üçün yeni dizaynda idman geyimi dəsti hazırlanmasına dair göstəriş verdiyini qeyd edən rektor tələbələrə yarışlarda uğurlar və dərslərində müvəffəqiyətlər arzulayıb, qarşıda Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək yarışda UTECA tələbələrininin uğur qazanacağına əminlik ifadə edib.Universitetin İdman klubunun direktoru, basketbol üzrə Azərbaycan Respublikasının əməkdar məşqçisi Elçin Süleymanov isə öz növbəsində yaradılan şəraitə görə rektora təşəkkürünü bildirib.Görüş zamanı komanda üzvləri və məşqçiləri təşəkkürnamə ilə təltif edilib.Xatırladaq ki, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən, Ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş basketbol üzrə ali və orta ixtisas təhsil müəssisələri tələbələrinin yarışında UTECA komandası bütün rəqiblərini dəf edərək şəhər spartakiadasının qalibi olub.
Görüş BMT-nin İnkişaf Proqramının (UNDP) “Azərbaycanın Regionlarında Davamlı Turizmin İnkişafına Dəstək” layihəsi çərçivəsində baş tutub.Tədbirdə Gəncə Turizm İnformasiya Mərkəzinin direktoru Zaur Bayramov və əməkdaşları, UNDP-nin eksperti Don Teylor, UTECA rektorunun tədris və sənaye üzrə müşaviri dos.Aqil Eyvazov, Turizm sənayesinin təşkili və ekologiya kafedrasının müdiri dos.Yusif Hümbətov və professor-müəllim heyəti, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ülviyyə Məmmədova iştirak ediblər.Görüş zamanı Azərbaycan Texnologiya Universiteti ilə Gəncə Turizm İnformasiya Mərkəzi arasında davamlı qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib. Gələcəkdə müxtəlif təlim və seminarların təşkili, layihələrin həyata keçirilməsinə dair razılıq əldə olunub.Daha sonra turizmin regionların sosial-iqtisadi inkişafında rolu, turizm növləri üzrə yeni layihələrin hazırlanması və həyata keçirilməsinə dəstək, yeni turizm məhsullarının yaradılması, inkişaf etdirilməsi və bu istiqamətdə reallaşa biləcək fəaliyyətlərin icrasına dair müzakirələr aparılıb.Eyni zamanda turizm sahəsində kadr hazırlığı, müvafiq ixtisası bitirən tələbələrin işlə təmin olunması mexanizmləri, məhsuldar əmək yarmarkalarının təşkili, region üzrə turizmlə bağlı mövcud problemlər də müzakirə predmeti olub.Qeyd edək ki, turizm sektorunun regionların sosial-iqtisadi inkişafında rolunun artırılması və bu istiqamətdə müvafiq dövlət proqramlarının uğurla icrasına dəstək vermək məqsədilə Dövlət Turizm Agentliyi Gəncə və Naftalan şəhərlərini, o cümlədən Gədəbəy, Daşkəsən, Göygöl, Şəmkir və Tovuz rayonlarını əhatə edən Qərb regionu üzrə “Destinasiya inkişafı və idarəetmə” planının hazırlanmasına başlayıb. Turizm İnformasiya Mərkəzi sənədin hazırlığı ilə bağlı görüşlər həyata keçirərək mütəxəssislərin təklif və tövsiyyələrindən yararlanır.
PROGRO - Peşəkar İnkişaf və İnnovasiyalar Platforması 11-15 aprel tarixlərində Azərbaycan Texnologiya Universitetinin (UTECA) tələbələri üçün “Peşəkar inkişaf” adlı bir həftəlik təlimlər təşkil edib. Təlimlərdə müdavimlərə universiteti bitirdikdən sonra iş axtarma prosesində vacib olan bacarıqlar – iş elanının analizi, CV yazılması, müsahibələrə hazırlıq, mütəxəssislə görüş kimi vacib bacarıqlar öyrədilib. Təlimlərdə hazırda təcrübə dövrünü keçən 45-dən çox son kurs tələbəsi iştirak edib.Sonuncu seminarda PROGRO Platforması UTECA tələbələrini Kapital Bankın filial rəhbəri Vüqar Paşayev ilə görüşdürüb.
18.04.2022 tarixdə rektorun elm və beynəlxalq əlaqələr üzrə müşaviri Mayis Gülalıyev İqtisadiyyat və İdarəetmə və Yüngül Sənaye və Logistika fakültələrinin elmi işlər üzrə dekan müavinləri, fakültə TEC sədrləri, fakültədə fəaliyyət göstərən dərnəklərin rəhbərləri və hər iki fakültənin TEC üzvləri olan tələbələrlə görüşüb.Gündəlik məsələlərin müzakirə olunduğu görüşdə hər iki fakültə TEC sədrlərinin fəaliyyətlərinə dair məlumatlar dinlənilib. Magistr, eləcə də MBA tələbələrinin elmi fəaliyyətləri müzakirə olunub, onlara tövsiyələr verilib.Görüşdə tələbə elmi seminarlarının davamlı olması, tələbə elmi konfranslarının mütəmadi keçirilməsi, yaxın günlərdə təşkil ediləcək tezis və məqalələrin yazılmasına dair təlimlərdə tələbələrin aktiv iştirak etmələri məsləhət görülüb.Sonda TEC sədri Aysel Məmmədli universitet üzrə keçirilən tələbə elmi seminarları, dərnəklərin keçirdiyi görüşlər, fakültələrdə təşkil olunan tələbə elmi seminarları barədə hesabatla çıxış edib.
14 aprel 2022-ci il tarixində "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "Gələcək üçün bacarıqlar" layihəsinin təqdimat mərasimi keçirilmişdir. Sözügedən layihəyə 9 ali təhsil müəssisəsi, o cümlədən Azərbaycan Texnologiya Universiteti qoşulmuşdur. Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, ali təhsil müəssisələrinin (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Biznes Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Xəzər Universiteti, Gəncə Dövlət Universiteti və Mingəçevir Dövlət Universiteti) rəhbərləri və digər şəxslər iştirak ediblər. Tədbirdə Azərbaycan Texnologiya Universitetini tədris işləri üzrə prorektor Yaşar Ömərov təmsil edib. Təqdimat mərasimində "Gələcək üçün bacarıqlar” layihəsi barədə ətraflı məlumat təqdim olunub. Həmçinin təhsildə innovasiya fəaliyyətinin təşkili, tələbələrin və müəllimlərin bilik və bacarıqlarının artırılması və digər istiqamətlərdə fikirlər səsləndirilib, layihə çərçivəsində həyata keçiriləcək tədbirlər barədə məlumat verilib. Tədbir zamanı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “Gələcək üçün bacarıqlar” layihəsinə yeni qoşulan universitetlər arasında Anlaşma Memorandumu imzalanıb. Qeyd edək ki, “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan ixtira sahəsinə yönləndirilməsidir.
Azərbaycan Texnologiya Universitetində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdünü qazanan tələbələrin adları məlum olub. Onlar Yüngül Sənaye Mühəndisliyi və Loqistika fakültəsinin çoxişlənən malların texnologiyası mühəndisliyi ixtisasının III kurs tələbəsi Əvəz Qafarov və Avtomatika, Telekommunikasiya və İnformatika fakültəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisasının I kurs tələbəsi Rəvan Atəşidir.Universitetin rektoru, professor Akif Süleymanov həmin tələbələri qəbul edib. Rektor Əvəz və Rəvanı nailiyyətləri münasibətilə təbrik edib, dərslərində müvəffəqiyyətlər arzulayaraq uğurlarının davamlı olması üçün bir sıra tövsiyələr verib.Qeyd edək ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin 07 sentyabr 2007-ci il tarixli 311 saylı məktubuna əsasən hər semestr sonunda Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəalı olan iki əlaçı tələbəyə 300 manat dəyərində birdəfəlik adlı təqaüd verilir.