Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir

Azərbaycanın hərbi, siyasi qələbəsinin bariz nümunəsi olan  44 günlük Vətən Müharibəsi uzun illər düşmən tapdağında olan torpaqlarımızın azad edilməsi və “Dağlıq Qarabağ” probleminin birdəfəlik tarixə qovuşması ilə nəticələndi. Müqəddəs Vətən müharibəsində rəşadətli ordumuzun Ali Baş Komandanın rəhbərliyi altında əldə elədiyi şanlı qələbə  regionun inkişafını təmin etmək üçün kommunikasiyaların açılmasına, iqtisadi potensialın canlanmasına və sülhün təmin edilməsinə imkan yaratdı. Təbii ki, bu məqsədlə ilk olaraq Azərbaycan tərəfi gərəkli olan bütün addımları atdı və bu gün də bu istiqamətdə irəliləməkdədir. Baxmayaraq ki, Azərbaycan bütün qarşıdurmalara son qoymaq, sülh şəraitində yaşamağı təmin etmək məqsədilə dəfələrlə Ermənistan tərəfə əmin-amanlıq şəraitində yaşamağı ehtiva edən təkliflər üzərində işləməyi təklif etsə də, qarşı tərəfdən adekvat cavablar alınmamışdır. Bu müddət ərzində mütəmadi xarakter daşımasa da, sərhəddə insidentlərin baş verməsi rəsmi İrəvanın etibarsız tərəfdaş olmasını, nəinki Azərbaycana, eləcə də öz strateji tərəfdarlarına qarşı riyakarlıq nümayiş etdirməsini bir daha sübut edir.   Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçidə keçirilən görüşü Qafqazda sülhün, əmin-amanlığın təmin olunması istiqamətində çox mühüm bir addım kimi qiymətləndirilməlidir. Soçi görüşünün sonunda imzalanan bəyanatda əksini tapan müddəalar Azərbaycanın qarşısına qoyduğu məqsədlərə nail olmasının əsas göstəricisidir. Düzdür, Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən, imzaladığı sənədlərdən dəfələrlə boyun qaçırdığı hallarına rast gəlsək də, hazırda yaşadığı siyasi-iqtisadi böhran onu problemlərin həlli üçün Azərbaycanın ortaya qoyduğu variantları qəbul etməyə məcbur edir.  Məlum olduğu üzrə, Soçi görüşündə əsas müzakirə mövzusu olan məsələ 2020-ci il noyabr bəyanatı  və regionun iqtisadi inkişafı,  nəqliyyat əlaqələrinin bərpası haqqında  2021-ci il yanvar ayının 11-də imzalanan bəyanatndan irəli gələn məsələlərin  yerinə yetirilməsi ilə əlaqədar idi. Rusiya Prezidenti Vladimir Putin mətbuata çıxışında Prezident İlham Əliyevin qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşular kimi yaşamağı təmin etmək üçün sülh müqaviləsi üzərində işə başlamağın lazım olduğu ilə əlaqədar toxunduğu məsələlər ətrafında danışdı. Eləcə də, Rusiya Prezidenti iki dövlət arasında sərhəddin demarkasiyası və delimitasiya işlərinin başlanılmasını vacib hesab etdi. Onun nəqliyyat dəhlizlərinin açılmasına xüsusi diqqət yetirməsi bir daha sübut etdi ki, rəsmi Moskva Zəngəzur dəhlizi layihəsini ən ali səviyyədə dəstəkləyir. Sirr deyil ki, bu dəhlizin açılması həm müasir geosiyasi reallıqlar prizmasından, həm tarixi aspektdən, həm də bölgədə sülhün, əmin-amanlığın bərpa olunması baxımından prinsipial əhəmiyyətə malikdir. Zəngəzur dəhlizi bölgə ilə yanaşı türkdilli ölkələrin də iqtisadiyyatına müsbət təsir göstərəcək. Bölgədə ticarət artacaq, əhalinin yaşayış səviyyəsində irəliləyişlər müşahidə olunacaq. Dəhliz Naxçıvanın Azərbaycanın əsas ərazisindən bu nəqliyyat dəhlizlərinə çıxmasını təmin edəcək, eləcə də, Azərbaycanın Türkiyə ilə əlaqələrini artıracaq, ölkəmizin geosiyasi əhəmiyyətini gücləndirəcək.   Bütövlükdə Soçi görüşü Azərbaycanın növbəti diplomatik uğuru, cənab İlham Əliyevin siyasi xəttinin növbəti müsbət nəticəsi kimi qiymətləndirilməlidir. Artıq Azərbaycanın Qafqazda böyük nüfuza malik olan bir dövlət olması həm Qafqaz dövlətləri, həm İslam dövlətləri, həm də Ermənistan tərəfindən qəbul edilir. Bu da danılmazdır ki,  Azərbaycanın iqtisadi inkişafı regionda digər dövlətlərin də inkişafına öz müsbət təsirini göstərəcəkdir. 

 

Zəminə Novruzova

Azərbaycan Texnologiya Universitetinin  

İctimai elmlər və multikulturalizm

kafedrasının  baş müəllimi 

 

 

 

 

 

Laçınım, Laçınım, Laçınım mənim!

Laçınım, Laçınım, Laçınım mənim! Əsirlikdən qurtulan yurdum Laçın rayonu Azərbaycanın ən qədim insan məskənlərindən biri hesab olunur. Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir. Ərazidə IX-XVII əsrlərə aid Ağoğlan qəsri, Dəmrovlu Pir Məbədi, Məlik-Əjdər türbəsi, Uşaq qalası, Kar kümbəz və X-XIX əsrlərə aid birtağlı və ikitağlı körpülər, eləcə də çoxsaylı su dəyirmanları var. Bu tarixi abidələr öz memarlıq üslubu ilə qədim dövrlərdən ərazidə türk tayfalarının məskən saldığını təsdiqləyir Laçının ərazisi bir vaxtlar Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olub. 1930-cu ildə isə müstəqil inzibati rayon yaradılıb. Əvvəllər Abdallar adlandırılan, 1924-cü ildən isə şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzi olub. XX əsrdə Azərbaycanın tanınmış yazıçılarından biri olmuş Tagı Şahbazi Simurq yaxınlıqdakı dağın adını şəhərə verib. Laçın sözü "məğrurluq" mənasındadır. Ərazisi 1.84 min km2, əhalinin sayı 78,6 min (01.01.2020)  nəfərdir. Laçın rayonunda 1 şəhər (Laçın), 1 qəsəbə (Qayğı), 125 kənd vardır. Əhali, əsasən, heyvandarlıq, bitkiçilik, arıçılıq və qisməndə bağçılıq və bostançılıqla məşğul idi. Laçın dedikdə, onu bir dəfə görən insanın gözünün qabağında insanı heyran edən gözəl bir mənzərə canlanır. Mahalın aşağı hissəsində Zəngəzur dağının ətəyində bir-birindən xeyli aralı Artız, Salaq və Mərkiz dağları, onlardan uzaqlarda Xustun, Kəpəz, Keçəldağ silsiləsi uzanır, onlardan o tərəfdə Pirdavan, Qacaran, Kiqin dağları görünür. Zəngəzur dağlarının zirvəsi bəzi yerlərdə dəniz səviyyəsindən 3906 metr yüksəkdir və həmişə qarla örtülüdür. Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri hələ eramızdan əvvəl I–II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər. Səthi dağlıqdır və şimal hissəsi Qarabağ silsiləsinin cənub-qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub-şərq yamacında, cənub-qərbi Qarabağ yaylasındadır. Ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594m). Çayları Həkəri və onun qollarıdır. Bitki örtüyü kollu və seyrək meşəli çəmənliklərdən, enliyarpaqlı dağ meşələrindən (palıd, vələs, fıstıq), subalp və alp çəmənliklərindən ibarətdir. Laçında dünyanın nadir 300-400 illik qırmızı palıd ağacları var. Mineral suları tam tədqiq edilməyib. XVIII əsr Pənahəli xan Sarıcalı-Cavanşirin sərkərdəsi Qara Murtuza bəy; XVII əsrdə yaşamış məşhur Azərbaycan aşığı Sarı Aşıq; Azərbaycan Demokratik Respublikasının ilk müdafiə naziri, Qarabağ general qubernatoru Xosrov bəy Sultanov; Azərbaycanda xalq təhsilinin yayılmasında müstəsna xidmətləri olan ziyalı, Şuşada açılan darülmüəlliminin (pedaqoji məktəbin) ilk təşkilatçı və müdiri Müseyib İlyasov; Azərbaycan Demokratik Respublikası dövründə təhsil naziri Nurməmməd bəy Adilxan oğlu Şahsuvarov və başqaları Laçının tanınmış şəxsləridir. Ermənistan ordusu 1992-ci il mayın 17-də Şuşanın Turşsu kəndi və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçərək Laçını işğal edib. İşğal nəticəsində 1 şəhər, 1 qəsəbə və 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olub, 31-i hər iki valideynini itirib. İşğala qədər orada 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərib. 2020-ci ilin bu gün tarixində Laçın rayonu işğaldan azad edilib. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub. Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı qaldırılıb. “Laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq Azərbaycan dövlətinin əsas vəzifələrindən biri olacaqdır. Keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş bütün digər rayonlarımıza qısa müddət ərzində qaytarılması üçün gərəkli addımlar atılacaq”.                                                                                                                   Prezident İlham Əliyev  Azərbaycan Vətən müharibəsinin 44 günü (27 sentyabr - 9 noyabr) ərzində 4 rayonumuzu - Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlını, həmçinin Şuşa şəhəri, Hadrut, Suqovuşan qəsələrini və Qarabağdakı bir çox torpaqlarımızı hərbi yolla işğaldan azad etdi,  düşməni darmadağın etdi və Ermənistanı dərin böhrana saldı. Azərbaycan Ordusunun məhv etdiyi və ya qənimət götürdüyü düşmənə məxsus hərbi  texnikanın qiyməti bir neçə milyard dollardır. Bu, xarici borc içində üzən Ermənistan üçün böyük zərbədir. İşğaldan azad edilmiş torpaqlarda mövcud olan mənzərə böyük çətinliklər yaradır. Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur. Ancaq o bölgələr Azərbaycan dövlətinin vəsaiti, Prezidentin siyasi iradəsi ilə  bərpa ediləcək, vətəndaşlarımızın normal həyatı üçün bütün addımlar atılacaq. Artıq müvafiq dövlət qurumu da yaradılıb və bu işlərin hamısı koordinasiya şəklində aparılacaqdır. Bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialı, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür. “Mən həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz. Mənim mövqeyim xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı. Düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Əgər hətta bir il bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır. Azərbaycan  bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatı yaratdı. İşğalda olan bütün rayonların Azərbaycana qaytarılması məsələsi danışıqların mərkəzində yerləşirdi. Bu, bizim mövqeyimiz idi”. Prezident İlham Əliyev  Laçın bizimdir! Qarabağ Azərbaycandır!

 

Pərvin Abbasova        

Azərbaycan Texnologiya Universitetinin

Avtomatika və İnformasiya texnologiyaları

kafedrasının baş müəllimi 

 

 

Tarixi qələbənin şanlı səhifəsi: Kəlbəcərin azadlığı

Tarixi qələbənin şanlı səhifəsi: Kəlbəcərin azadlığı Kəlbəcər ən qədim insan məskənlərindən biri kimi tanınır və mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri də bu yerlərdə yaradılıb. Rayonun dağ qalaları içərisində ən əzəmətlisi Lex qalasıdır. Ümumiyyətlə, Kəlbəcərdə dünya əhəmiyyətli 2 tarix-mədəniyyət abidəsi vardır, onlar Gəncəsər və Xudavəng monastrlarıdır. Bundan başqa, rayon ərazisi mədəniyyət abidələri və dini məbədlərlə zəngindir. Abibə və ziyarətgahlar uzun illər işğal altında qalaraq Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənilər tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində rayonun 53 min nəfərdən çox əhalisi yurdundan didərgin düşmüşdür. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşmüşdür. Kəlbəcər Azərbaycanın işğal edilən rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarca tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən illərcə istismar edilib. Kəlbəcərin uzun müddət işğal altında saxlanılması nəticəsində həmin ərazidə bioloji müxtəlifliyə, o cümlədən flora və faunaya, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub, ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, qiymətli ağac növləri ilə zəngin meşələrin, eləcə də təbiət abidələrinin, ümumilikdə yeraltı və yerüstü təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulub. Kəlbəcər rayonunda 968 hektar ərazini əhatə edən “Qırmızı kitab”a daxil edilmiş ayıfındığı ağacları da kütləvi şəkildə qırılıb. Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik 7 relikt göl, o cümlədən Kəlbəcər və Laçın rayonlarının yaylaqlarında Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl ciddi antropogen təsirə məruz qalıb. Bunlarla yanaşı, Kəlbəcər rayonu ərazisi faydalı qazıntılarla, o cümlədən qızıl, gümüş, mis, xrom civə, tellur, selen və s. kimi yataqlarla zəngindir. Burada sənaye əhəmiyyətli Söyüdlü, Ağduzdağ və Qızılbulaq qızıl, Şorbulaq və Ağyataq civə və Mehmana polimetal yataqları xüsusilə əhəmiyyətlidir. Rayon ərazisində böyük ehtiyatlara malik əlvan və üzlük daşlar, inşaat materialları yataqları mövcuddur. İşğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri - sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları uzun illər Ermənistan tərəfindən talan edilib. Ümumi sahəsi 3054 kv.km olan Kəlbəcər 1930-cu il avqustun 8-də inzibati rayon statusu alıb. Qərbdə Ermənistan respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonlarımız ilə həmsərhəddir. Rayonun 144 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi var. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcərin inzibati bölgəsinə daxildir. Kəlbəcər rayonu Bakıdan təxminən 450 km qərbdə, Bərdə-İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir. İşğal nəticəsində Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. Lakin artıq o günlər arxada qalıb. “Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar” Ulu Öndər Heydər Əliyev  27 ildən sonra Ulu Öndərin söylədiyi bu fikri onun siyasi əqidəsinə sadiq qalan, onun başladığı Azad Azərbaycan üçün edilən işləri layiqlə və şərəflə yerinə yetirən Prezident İlham Əliyev həyata keçirir. Uzun müddət aparılan danışıqların nəticəsiz qalması işğal olunan ərazilərimizə aid yerinə yetirilməyən BMT qərarları 2020-ci il 27 sentyabr tarixində  Vətən müharibəsinə başlamağa sövq etdi. Əslində bu müharibə tarixi ədalətin bərpası, itirilmiş dədə-baba torpaqlarının geti qaytarılması idi. 44 günlük Vətən müharibəsindən qalib ölkə və qalib xalq olaraq çıxmasına aparılan daxili və xarici siyasət, Azərbaycan xalqının biriliyi, ordumuzun şücaəti səbəb olur. Ötən ilin bu günü Müzəffər Azərbaycan Ordusu artıq Kəlbəcərdə şanlı bayrağımızı dalğanlandırdı. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin etdi. Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində 4 rayonu, Şuşa və digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etdi. Noyabrın 20-də Azərbaycan Ağdamı, Noyabrın 25-də isə Kəlbəcər rayonunu siyasi yolla əsirlikdən azad etdi. Kəlbəcər də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir. "Kəlbəcərin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilmişdir. 9458 nəfər bu medala layiq görülmüşdür. Bu gün Kəlbəcərdə quruculuq işləri gedir və bu gün orada şanlı Azərbaycan bayrağı dalğalanır. Vətən üçün həm birinci, həm də ikinci Qarabağ müharibəsində canlarından keçən, bizə bu şanlı qələbəni yaşadan, torpaqlarımızın qayıtmasında əvəzsiz rolları olan şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!

 

Tamara Ələkbərova

Azərbaycan Texnologiya universitetinin

Avtomatika və informasiya texnologiyaları

kafedrasının müəllimi  

 

 


Azərbaycan Texnologiya Universitetində xarici elm adamlarının seminarları davam edir

Azərbaycan Texnologiya Universitetində xarici elm adamlarının seminarları davam edir.Azərbaycan Texnologiya Universitetində 23 noyabr tarixində Türkiyənin İnönü Universitetinin dosenti Nurhayat Özdemirin seminarı təşkil olunub. Onlayn mühazirənin mövzusu “Qida analizlərində istifadə olunan cihazlar”a həsr edilib.Bu gün isə UTECA-da Sumı Milli Aqrar Universitetinin dosenti Marina Savçenkonun seminarı baş tutub. Ukraynalı mühazirəçi “Qida sənayesində innovativ mühəndislik” ilə bağlı öz bilik və təcrübələrini bölüşüb. 

ECAR Erasmus+ layihəsinin Fransalı tərəfdaşının təşkilatçılığı ilə təlimlər davam edir

ECAR Erasmus+ layihəsinin Fransadan olan tərəfdaşı CPU (Fransa Rektorlar Konfransı) təşkilatçılığı ilə bir həftəlik təlimlər davam edir22-26 noyabr 2021-ci il tarixlərində Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının Yaradılması” layihəsi çərçivəsində Avropa Rektorlar Konfransının təcrübələrinin öyrənilməsinə həsr olunmuş 2-ci komponentin icrasına başlanılıb. Bu məqsədlə tərəfdaş universitet nümayəndələrindən ibarət 30 nəfərlik koordinasiya komitəsi yaradılıb.Komissiyanın ilk səfəri 22-26 noyabr tarixlərində Fransada keçirilməkdədir. Belə ki, Fransa Rektorlar Konfransı (CPU) və Fransa Beynəlxalq Təhsil Mərkəzinin (FEİ) təşkilatçığı ilə həyata keçirilən bu görüşdə Fransa təhsil sistemi və Fransa Rektorlar Konfransının Ali təhsildə rolu, Fransa Rektorlar Konfransının təşkilati strukturu, maliyyələşmə mexanizmi, üzvlük qaydaları, strateji məqsədləri, beynəlxalq əlaqələri və CPU-nun digər maraqlı tərəfdaşlarla əməkdalığı haqqında iştirakçılara ətraflı məlumat verilməsi planlaşdırılır. Səfərin sonunda CPU-nun universitetlərlə qarşılıqlı əməkdaşlığının öyrənilməsi məqsədilə Sarbon Universitetinə səfər nəzərdə tutulur.Təlimdə Azərbaycan Texnologiya Universitetini Elm və tədqiqat mərkəzinin müdiri Qalibə Məmmədova, Magistratura və doktorantura şöbəsinin müdiri Sadiq Əfəndiyev təmsil edirlər. 

VII ümumrespublika bilik yarışında iştirak edən tələbələrə sertifikatlar təqdim olunub

Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov VII ümumrespublika bilik yarışında iştirak edən tələbələrlə görüşüb. Rektor komandanı təbrik edib, nailiyyətlərini yüksək dəyərləndirib. Bildirib ki, 2014-cü ildən təşkil olunan bilik yarışında ilk oluğun 8-ci yerində qərarlaşmaları tələbələrin növbəti uğurudur. Professor tələbələrə dərslərində müvəffəqiyyətlər arzulayaraq məsləhət və tövsiyələrini verib, daim öz ürələrində çalışmalarının yeni nailiyyətlər gətirəcəyindən əmin olduğunu bildirib.Xatırladaq ki, Heydər Əliyev Mərkəzi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan “Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışında 48 ali təhsil ocağı təmsil olunub. Gənclərin Azərbaycan tarixinə dair biliklərinin dərinləşdirilməsi, intellektual vərdişlərinin inkişafı məqsədi daşıyan yarışın mövzuları əsasən Vətən müharibəsində əldə olunan şanlı zəfər tarixinə həsr edilib.Qiymətləndirmə zamanı 19 yer üzrə olan siyahıda Azərnaycan Texnologiya Universitetinin komandası ADA Universiteti, Azərbaycan Texniki Universiteti tələbələri ilə birgə 8-ci yerdə qərarlaşıb. Komandaların hər bir üzvünə Heydər Əliyev Mərkəzinin sertifikatları təqdim olunub.