Azərbaycan Texnologiya Universitetinin Kitabxana İnformasiya Mərkəzində Ümumilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar "Heydər Əliyev müstəqil Azərbaycanda kitabxana quruculuğunun banisidir" adlı tədbir keçirilib  Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Vətən uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Ş.Həsənov çıxış edərək tədbiri açıq elan edib. Ulu Öndərin dövlətimizin müstəqilliyi və inkişafı naminə əvəzedilməz işlər gördüyünü, bugünümüz və gələcəyimiz üçün zəngin irs qoyduğunu qeyd edib. KİM-in direktoru A.Qurbanovanın "Ulu Öndər H.Əliyevin həyatında kitab və mütaliənin rolu" mövzusunda, xidmət şöbəsinin müdiri A.Hüseynovun "Azərbaycanda kitabxana işinin inkişafına H.Əliyev qayğısı" mövzusunda, İqtisadiyyat fakültəsinin dekan müavini T.Rüstəmovun, TGT sədri Ə.Məmmədovun çıxışları dinlənilib. Qida mühəndisliyi fakültəsinin IV kurs tələbəsi Ş.Əlizadə H.Əliyevə həsr olunmuş şeir səsləndirib. Sonda Ümumilli lider H.Əliyevə həsr edilmiş slayd təqdim olunub.