Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Daha sonra Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Təqdimat mərasimində Azərbaycan Texnologiya Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Şahmar Həsənov, layihə rəhbəri Elnarə Abbasova, şəhid anaları Nailə Ələkbərova, Sevil Hüseynova və respublikanın müxtəlif bölgələrindən şəhid ailələri, universitetin  tələbə və müəllim kollektivi iştirak edib. Görüş çərçivəsində layihə əsasında ərsəyə gəlmiş "Ana laylasıyla çağırdı Vətən" adlı sənədli film nümayiş etdirilib. Filmdə şəhid Rəşad Ələkbərov və Zaur ismayılzadənin həyatından və keçdiyi döyüş yolundan bəhs edilir. "Vətən sizə övlad dedi" layihəsinin məqsədi müharibə iştirakçılarına psixoloji dəstək göstərmək, Vətən uğrunda canından keçən şəhidləri bir daha tanıtmaq və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət etməkdən ibarətdir.