Azərbaycan Respublikası Elm və Təhsil NazirliyiAzərbaycan Texnologiya UniversitetiAşağıdakı elm sahələri üzrə2023-cü il üçün fəlsəfə doktoru proqramı üzrədoktorantura və dissertanturaya qəbul elan edir   Azərbaycan Texnologiya Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2023-cü il tarixli 261s nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2023-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planlarına əsasən 2023-cü il üçün aşağıdakı ixtisaslardan  fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya  qəbul elan edir:

1.  3304.01 - Kompüter qurğuları və texnologiyası – doktorantura əyani - 1 yer, dissertantura* - 1 yer; 2.  3308.01 - Ətraf mühitin texnologiyası və mühəndisliyi - doktorantura əyani - 1 yer, dissertantura* - MDU üçün məqsədli 1 yer;

3.  3309.01 - Qida məhsullarının texnologiyası - doktorantura əyani - 1 yer;

4.  3316.01 - Metal məhsulları texnologiyası - dissertantura - 1 yer;

5.  3337.01 - İnformasiya-ölçmə və idarəetmə sistemləri - doktorantura əyani - 1 yer;

6.  3338.01 - Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi - dissertantura* - 1 yer;

7.  3339.01 - İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi - dissertantura* - 1 yer;

8.  5304.01 - İqtisadi fəaliyyət növləri - dissertantura* – 1 yer;

9.  5308.01 - Ümumi iqtisadiyyat - doktorantura əyani – 1 yer, dissertantura* - 1 yer;

10.  5311.01 - Müəssisələrin təşkili və idarəolunması - doktorantura qiyabi - 2 yer;

11.  5312.01 - Sahə iqtisadiyyatı - doktorantura qiyabi - 1 yer, dissertantura* – 1 yer

*Dissertant hazırlığı üzrə adambaşına maliyyələşmə nəzərdə tutulmadığı üçün dissertanturada hazırlıq ali təhsil müəssisələrinin öz əməkdaşları üçün həmin müəssisənin hesabına, digər şəxslər üçün isə ödənişli olacaq. Sənəd qəbulu 12 aprel 2023-cü il tarixindən 16 may 2023-cü il tarixədək portal.edu.az vasitəsi ilə keçiriləcəkdir .

Əlaqə  Tel.: 022-267-03-91 (Magistratura və Doktorantura şöbəsi).