Təşkil olunmuş görüşdə DMO mütəxəssisi Fərid Nəbiyev, Regionlarda layihələrin idarə olunması üzrə mütəxəssis Ziba Həsənova, Turizm könüllüləri təşkilatının icraçı direktoru Salayeva Ramina iştirak ediblər. Görüşdə tələbələrə bildirilib ki, görüşün keçirilməsində məqsəd bu istiqamətdə ali təhsil müəssisələri ilə əməkdaşlıq yaradaraq, milli və beynəlxalq səviyyədə turizm sahəsi üzrə könüllü iştirakçılığın önəmini təbliğ etməkdir. Təşkilatın təsis olunma məqsədi, fəaliyyət istiqamətləri və gələcək fəaliyyət planı barədə məlumat verilib. Diskussiya şəraitində baş tutan tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb. Könüllülük fəaliyyətinə marağı olan tələbələrin üzvlük üçün müraciət etmələri bildirilib.