Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Tarixi ünvanlarda xüsusi günlər 

Azərbaycan  Respublikasının Prezidenti  İlham  Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpasına dair bütün görüşlərdə qeyd edirdi ki, münaqişənin həlli danışıqlar yolu baş tutmasa, onda hərbi vasitə ilə bu məsələ öz həllini tapacaqdır. Ona görə də Cənab İlham Əliyev daim ordu quruculuğunun müasir tələblərə uyğun səviyyəyə çatdırılmasına dair işlər görürdü. Ordu quruculuğunda əsas istiqamətlərdən biri ordunun müasir silahlar, texnikalar və texniki vasitələr ilə təchiz olunmasıdır. Bu proses İkinci Qarabağ müharibəsindən sonra da davam etdirilir. Bu özünü 2022-ci ilin dövlət büdcəsində orduya ayrılan vəsaitdə öz əksini tapır. Azərbaycan Ordusunun möhkəmləndirilməsi işləri davam edir. Bu baxımdan 24 dekabr 2021-ci il tarixində Prezident İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni hərbi qoşun növü olan Komando hərbi briqadanın yaradılması mərasimində iştirak edib. Görüşdə Prezident bildirib ki, işğaldan azad olunmuş ərazilərdə yeni hərbi hissələrin təşkil olunması prosesi davam etdiriləcəkdir. Yeni yaradılacaq hərbi briqadalarda çoxlu sayda peşəkar hərbiçilərimiz xidmət edəcəklər. Orduya diqqətin digər təzahürlərindən biri də hərbiçilərin xidmət şəraitinin yaxşılaşdırılması və onların məişət-mənzil problemlərinin həll edilməsidir. Bu istiqamətdə görülən işlər sırasına 20 il orduda qüsursuz xidmət etmiş hərbiçilərin dövlət tərəfindən mənzillə təmin edilməsini aid etmək olar. Bu günə qədər 2200-dən çox hərbi qulluqçu mənzillə təmin olunub. Bundan başqa mütəmadi olaraq hərbçilərin dövlət tərəfindən əmək haqqlarının artırılmasını qeyd etmək olar. Həmçinin hərbi kadrların xarici ölkələrdə, xüsusən də qardaş Türkiyədə təlimlərdə iştirak etmələrinə və kurslarda yeni hərbi biliklər mənimsəmələrinə xüsusi diqqət verilir.  İkinci Qarabağ müharibəsində ən əhəmiyyətli əməliyyatlardan biri də Hadrut qəsəbəsinin işğaldan azad edilməsi olmuşdu. Çünki Şuşa şəhərinin azad edilməsi Hadrut əməliyyatından asılı idi. Bu müvəffəqiyyətin əsasını bizim hərbiçilərimizin həm peşəkarlığı, həm də fiziki gücü, mənəvi hazırlığı, vətənpərvərliyi və fədakarlığı təşkil edirdi. Hadrut əməliyyatından 8 gün sonra Füzuli şəhəri azad edildi. Hadrutun geri qaytarılması Şuşanın azadlığı üçün bir növ açar rolunu oynadı. Şuşa əməliyyatı hazırda inkişaf etmiş ölkələrin ali hərbi məktəblərində öyrənilir. Yüngül silahlarla qayalara dırmaşmaqla qəhrəman övladlarımız Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərin işğaldan azad etdi.  Hörmətli Prezident İlham  Əliyevin ad günlərini hərbçilərlə, məcburi köçkünlərlə birlikdə keçirməsi ənənəyə çevirib. Belə ki, 50 illiyini Ağcabədidə köçkünlərlə qeyd edən Ali Baş Komandan, 60 illik yubileyini də Qarabağda-Şuşada keçirdi. “Xarıbülbül” festivalında Ulu öndərin Şuşa haqqında tarixi sözlərinin bir hissəsi videoformatda təqdim edildi. Heydər Əliyev böyük inamla deyirdi ki, biz Şuşaya qayıdacağıq, inan ki, qayıdacağıq. Bundan sonra bu torpaqlarda Azərbaycan xalqı əbədi yaşayacaq, bundan sonra Qarabağda Azərbaycan muğamı əbədi səslənəcəkdir.Prezidentimiz İlham Əliyev həmişə öz çıxışlarında xalqın dəstəyinin ona güc verdiyini qeyd edir: “Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız - bütün Azərbaycan Xalqı böyük tarixi uğurlara imza atmışıq”.

 

Musa Cəfərov

Azərbaycan Texnologiya Universitetinin

Kimya və metallurgiya mühəndisliyi kafedrasının müdiri    

 

 

TKTA UTECA ilə keyfiyyət təminatına dair görüş keçirib

Gəncə şəhərində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə Azərbaycan Texnologiya Universiteti (UTECA) arasında keyfiyyət təminatına dair görüş keçirilib. UTECA-da baş tutan görüşdə universitetin rektoru, professor Akif Süleymanov və TKTA-nın idarə heyətinin üzvü Emil Xəlilov, Keyfiyyət təminatı departmentinin direktoru İlham Hümbətov və Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov iştirak edib.Təhsil müəssisələrinin akkreditasiya qaydaları, bu istiqamətdə tətbiq olunan normativ-hüquqi aktlar – ali təhsil pilləsi üzrə dövlət standartları, dövlət təhsil strategiyası, təhsil proqramları barədə ətraflı müzakirələr aparılıb.Daha sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 dekabr tarixli 493 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisəsinin akkreditasiya qaydaları" barədə məlumat sessiyası baş tutub. Sessiyada UTECA-nın struktur bölmələrinin rəhbərləri və professor-müəllim heyəti iştirak ediblər.Tədbirin sonunda təhsildə keyfiyyət təminatına dair verilən suallar cavablandırılıb. 

Dünəndən bu günə, bu gündən sabaha 

Dünəndən bu günə, bu gündən sabaha  Hörmətli Prezident İlham Əliyevin peşəkar diplomat və tanınmış dövlət xadimi kimi formalaşmasında iki əsas məqamların böyük rolu olmuşdur. Birincisi İlham Əliyevin dünyada tanınmış siyasi xadim, Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev və görkəmli alim, akademik Zərifə xanım Əliyevanın ailəsində anadan olmasıdır. İkincisi isə Prezident İlham Əliyevin dünyanın ən nüfuzlu diplomatik ali məktəbi hesab olunan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil almasıdır. O MDBMİ – də təhsil aldığı dövrdə bir neçə xarici dilləri mükəmməl öyrənmiş, dərin elmi bilik və zəngin diplomatik təcrübə əldə etmişdir. Prezident İlham Əliyev qısa müddət ərzində 1982-2003-cü illərdə müxtəlif məsuliyyətli vəzifələri uğurla icra etmişdir. 2003-cü ildə Prezident seçkilərində seçicilərin etimadını qazanaraq 76 faiz səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. İlham Əliyev uğurlu daxili və xarici siyasəti, dövlət quruculuğunda səmərəli fəaliyyəti, əhalinin sosial rifahının ilbəil yüksəlməsi sayəsində 2008-ci il Prezident seçkisində seçicilərin 88,73 faiz, 2013-cü ildə 84,54 faiz və 2018-ci ildə 86,02 faiz səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident İlham Əliyev çox şaxəli elm, siyasət, dövlət quruculuğu və beynəlxalq münasibətlər, səmərəli fəaliyyətinə görə çoxlu sayda dövlətlərin ordenlərinə, fəxri elmi adlarına layiq görülmüşdür. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqına 01.10.2013-cü il tarixində müraciət edərək onun irsinin ən layiqli davamçısı kimi İlham Əliyevi layiq görmüşdür. Prezident İlham Əliyev bu müraciəti öz əməli işləri ilə yerinə yetirməyi bacardı. İlham Əliyevin daimi milli həmrəyliyi, sağlam əməkdaşlıq mühitini təşviq edərək həyata keçirdiyi islahatları sayəsində, Azərbaycan Respublikasının dayanıqlı inkişafına layiq “Biz birlikdə güclüyük şüarı” hesabına ölkədə yaşayan milli və siyasi həmrəylik zəfər tarixinin ideoloji əsasını təşkil etmişdir. İlham Əliyev siyasi dialoq ənənələrinə görə ölkə daxilində siyasi sabitliyin təmin olunmasına nail olmuşdur. Prezident İlham Əliyevin hal-hazırda qarşılıqlı etimada və milli maraqlara əsaslanan müstəqil siyasət həyata keçirməsilə Azərbaycan Beynəlxalq aləmdə siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, tolerantlığın məkanı olan ölkə kimi tanınmışdır.  Hazırda Azərbaycan 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatının sədri olmaqla bəzi beynəlxalq problemlərin həllində fəal iş aparır. Prezident İlham Əliyevin Tükdilli Dövlətlərin Əməkdaşlıq Şürasında sədrliyi dövründə təşkilatın fəaliyyətinin gücləndirilməsi,  tükdilli ölkələr və xalqlar arasında dostluq, qardaşlıq və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində dəyərli işlər görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Bəyannamə iki ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə qaldırmışdır. Prezident İlham Əliyevin bir çox beynəlxalq forumların, xüsusi sessiyaların Azərbaycan Respublikasında təşkil olunmasına nail olması nəticəsində Bakı qlobal münasibətlər sistemində nüfuzlu beynəlxalq siyasi meydanlardan birinə çevirmişdir, bu isə öz növbəsində ölkəmizin beynəlxalq statusunun və beynəlxalq tərəfdaşlarının sayının artmasına səbəb olmuşdur. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi beynəlxalq əhəmiyyətli layihələrin həyata keçməsi sayəsində ölkəmizdə dayanıqlı iqtisadi vəziyyətin əldə olunmasına nail olunmuşdur. İlham  Əliyev prezidentliyi dövründə avtomobil və dəmir yolu xəttlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması , Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Bakı-Tbilisi-Qars dəmir yolunun və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da gücləndirmişdir. Ölkənin iqtisadi inkişafı sayəsində Azərbaycan 2013-cü ildə süni peyki orbitə çıxararaq dünya kosmos ailəsinin üzvünə çevrilib. 2013-cü ildə “Azerspace-1” telekommunikasiya, 2014-cü ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılıb. Azərbaycanın hər bir regionunda quruculuq-abadlıq işləri aparılır və sosial-iqtisadi inkişaf proqramları davamlı olaraq icra edilir. Müzəffər Ali Baş Komandan İlham Əliyev daim ordunun müasir hərbi standartlara çatdırılmasına dair işlər aparmaqla, yeni, müasir silah və hərbi texnikaların satın alınmasına və ölkəmizdə hərbi məhsulların istehsalına nəzarət edir. Buna görə də Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham  Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət birliyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. Vətən müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub. Həmçinin xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirlməsi məqsədilə Azərbaycan  Respublikasının Prezidenti, Silahlı Qüvvələrin  Müzəffər Ali Baş Komandanı İlham  Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının ideya müəllifi olub. Prezident İlham Əliyevin himayəsi ilə “YAŞAT” Fondu, “Qarabağ Dirçəliş” Fondu və bütün digər institusional təşəbbüslər şəhid ailələrinə və qazilərə ayrılan diqqətin təcəssümüdür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq ststusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılmışdır. Münaqişənin həlli regionun təhlükəsizliyi və kommersiya cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir. Ərazilərin azad olunmasından dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə start verilmişdir. Azərbaycan yalnız özünün maliyyə resuslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılmışdır. 2022-ci ildə bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaqdır. Prezident İlham Əliyevin effektiv diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizinin önəmli hissəsini təşkil edəcək. Zəngəzur dəhlizinin açılması bütün yeni imkanları birləşdirə biləcək qlobal layihədir.

 

Musa Cəfərov

Azərbaycan Texnologiya Universitetinin

Kimya və metallurgiya mühəndisliyi kafedrasının müdiri  

 

   


Azərbaycanın iqtisadi-siyasi modeli İtaliya qəzetinin diqqətində

Azərbaycanın iqtisadi-siyasi modeli İtaliya qəzetinin diqqətində  Avropa Komissiyyasının Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair sərgilədiyi münasibət gələcəkdə iki dövlət arasında yekun sülh sazişinin imzalanmasına dəstək kimi qiymətləndirilir. Son görüşdə Azərbaycan və Ermənistan  tərəfinin yeni reallıqlara uyğun  yeni qonşuluq  şəraitində sülh və əminamanlıq şəraitində yaşayışın mümkün olması şərti qəbul edilmişdir. Həmçinin kommunikasiyaların manesiz olaraq açılmasının müzakirə olunması 10 noyabr 2020–ci il üçtərəfli bəyanatın müddəalarının Avropa İttifaqı tərəfindən tam qəbul edilməsini göstərir. Bu proseslərin icrasında Avropa İttifaqının hərtərəfli dəstək vermək istəyi tədqirə layiqdir. Ona görə də yaxın gələcəkdə iki ölkə arasında yekun sülh sazişinin imzalanması mümkündür. Ölkə başçısının Brüsseldə işgüzar səfərdə olarkən İtaliyanın “İl Sole 24 Oze” qəzetinə müsahibəsində olduqca məhsuldar müzakirələr aparıldığını qeyd etməsi bütün bunları deməyə əsas verir. Əvvəlcə bu müsahibədən bəzi məqamları, jurnalistin toxunduğu sual başlıqlarını və ölkə başçısının verdiyi cavabları vurğulamaq istərdim: Avropa İttifaqının Ermənistana 2 milyard dollar, həcmində, Azərbaycana isə 140 milyon dollar həcmində yardımın ayrılması  - Dövlətlərə ayrılan yardımların fərqi 20 dəfədir. Bu, hər iki ölkənin real ehtiyaclarına uyğun deyil və ona görə ədalətsiz qərardır. Çünki, Ermənistan tərəfindən Azərbaycan Respublikasının ərazisinin 20%-ə qədər hissəsi tam dağıdılıbdır və bir milyona yaxın mina basdırılıb.  İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesində Avropa İttifaqının rolu-Təklif olunmuşdur ki, Avropa Komissiyası öz fondları vasitəsilə minalardan təmizləmə prosesinə dair maliyyə yardımının ayrılmasını nəzərdən keçirsin və müvafiq Avropa şirkətləri bu sahədə fəaliyyətə başlasınlar. Azərbaycanda insan hüquqları və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət. - Təəssüflər olsun ki, hal–hazırki dövrdə Avropa təsistlarında Azərbaycanda insan hüquqları və media azadlığına dair problemlərin olması təəsüratı şişirdilib. Ermənistanda insan haqları və siyasi azadlıqlar kobud şəkildə pozulduğu halların mövcud olmasına göz yumurlar. Minsk qrupunun münaqişənin həll edilməsində məqbul olmayan fəaliyyəti. - Minsk qrupu 28 illik  fəaliyyəti nəticəsində heç bir nailiyyəti əldə edə bilmədi. Əgər Minsk qrupunu təmsil edən üç nüvə dövləti və dünyanın ən güclü ölkələri Ermənistanın işğalını sona gətirə bilmədilərsə, deməli onların fəaliyyəti uğursuz olmuşdur. Minsk qrupunun fəaliyyəti faktiki olaraq 2019-cu ildən sonra, Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan etdikdən sonra iflic oldu. Azərbaycanın Cənub Qaz Dəhlizinin Avropa İttifaqı ölkələrinin qaz təchizatındakı rolu. - Cənub Qaz Dəhlizinin uzunluğu 3500 kilometr olmaqla XXI əsrin ən böyük infrastruktur layihələrindən biri hesab olunur. Bu layihə ilə Azərbaycan qazı Bakıdan Adriatik dənizin dibi ilə, yüksək dağlıq ərazilərədn keçərək İtaliyaya çatır. Azərbaycan Cənub Qaz Dəhlizinin 4 seqmentinin hamısında əsas maliyyə yükünü öz üzərinə götürmüşdür. Gələcəkdə Azərbaycan qaz hasilatını artırmaqla ixracatı da artırmaq imkanına malikdir. Yanvarın 1-dən başlayaraq İtaliya, Yunanıstan və Bolqarıstanı 7,2 milyard kubmetr qazla təchiz olunmuşdur. Azərbaycan gələcəkdə Mərkəzi Avropa ölkələrinə qaz ixrac etməyə qadirdir. Avropaya qaz ixracatının artırılmasında Rusiyanın münasibəti - Azərbaycanın neft kəmərləri, qaz kəmərləri layihələri regionda çox dostluq mühitində icra olunub. Rusiya bizim siyasətimizə, xarici siyasətimizə, enerji siyasətimizə tam hörmətlə yanaşır. Hazırda Azərbaycan ilə Rusiya arasında yaxşı balanslaşdırılmış münasibətlər mövcuddur.  Azərbaycan iqtisadiyyatının neft və təbii qaz ixracatından asılılığı xeyli dərəcədə azaldılmışdır. - Uzun illər bundan öncə neft və qazın ÜDM-də payı mütləq çoxluq təşkil edirsə, hazırda isə yarıdan da azdır. Azərbaycan iqtisadiyyatı strukturunun daha çox balanslaşdırılmış olmasına nail olunmuşdur. Son dövrdə qeyri-enerji layihələrinin ixracı 45% artdı. Energetikaya aid olmayan sənaye 20% artmışdır. Azad edilmiş ərazilərdə yeni imkanlar yaranması kənd təsərrüfatının, turizmin, bərpa olunan enerjinin sayəsində iqtisadiyyatın inkişafına öz təsirini göstərəcəkdir. İtaliya ilə Azərbaycan strateji tərəfdaş ölkələrdir. Azad edilmiş ərazilərdə İtaliya şirkətlərinin quruculuq işlərində iştirakı. - İtaliya dünya miqyasında Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir. Transadriatik boru kəmərinin istismara verilməsi ilə  Azərbaycan İtaliyanın mühüm təchizatçısına çevrilib. İtaliya istehlakında Azərbaycan qazının  həcmi ilbə il artacaq. Həmçinin dost  ölkə olaraq İtaliya azad edilmiş  ərazilərdə  fəaliyyət göstərmək üçün dəvət edilən ilk ölkələrdən biri olmuşdur. Birincisi Türkiyə  olub, ikincisi isə İtaliyadır. Azərbaycanın Qərb və Şərq arasında, Çindən Avropaya qədər kommersiya və nəqliyyat habına çevrilə bilməsi. - Davos Forumunun reytinqinə əsasən, Azərbaycan yollarının keyfiyyətinə görə 27-ci, hava nəqliyyatı xidməti və dəmir yolu nəqliyyatı xidmətinə görə 11-ci və 12-ci  yerdə qərarlaşıb. Hazırda  Azərbaycan Mərkəzi Asiyadan gələn mallar üçün transit ölkəyə çevrilmişdir. Çin də öz mallarını Avropaya daşıyır. Eyni zamanda Azərbaycan Şimal – Cənub nəqliyyat dəhlizi  üzərində yerləşir. İkinci Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizi adlanan dəhlizin istismara verilməsi imkanı reallıqdır.  Prezidentin “İl Sole 24 Ore” qəzetinə müsahibəsi çox maraqlı və diqqətçəkən oldu. Ali Baş Komandan həm də “El Pais” qəzetinə müsahibə verdi. Bu qəzetlər dünyada çox məşhurdur və hər iki qəzetin müxbirlərinin suallarının əksəriyyəti provokasiya xarakterli mövzular üzərində qurulmuşdu. Prezident İlham Əliyev müsahibəsində Ermənistanın əsirlər, ərazilər, sərhədlər, Zəngəzur dəhlizi ilə bağlı absurd iddialarını, xüsusilə də dünya enerji bazarında Azərbaycanla Rusiyanı üz-üzə qoymağa çalışanların yalanlarını ifşa etdi, beynəlxalq ictimai rəyin çaşdırılmasına hesablanmış mövzuları neytrallaşdırmış oldu. Beləliklə bu müsahibə Azərbaycan rəhbərindən dünya siyasətçilərinə daha bir dərs, Azərbaycana qarşı olan qüvvələrə isə daha bir mesaj oldu. Eyni zamanda prezident Azərbaycanın iqtisadi-siyasi modelinin, əldə olunan nailiyyətlərin təqdimatını etmiş oldu. Bir sözlə, ölkə rəhbərinin Ermənistanı bir daha ifşa edən müsahibəsi bütün siyasi çevrələrdə həmişəki kimi maraqla qarşılandı. 

 

Musa Cəfərov

Azərbaycan Texnologiya Universitetinin

Kimya və metallurgiya mühəndisliyi kafedrasının müdiri 

 

 

Yeni sosial islahatlar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması üçün daim təşəbbüslər göstərir və bu təsəbbüslərin yerinə yetirilməsini nəzarətdə saxlayır. Axırıncı sosial islahatlar 2021-ci il, 16 oktyabrda verilmiş sərəncama əsaslanır. Həmin sərəncamda əhalinin həssas qruplarına yönələn ödənişlərin artırılmasına dair görüləcək işlər öz əksini tapıb. Növbəti ildən tətbiq ediləcək yeni islahatlar əhalinin çox böyük qrupunun maliyyə vəziyyətinin yaxşılaşmasına müsbət təsir edəcək. Bu qrupa sağlamlıq imkanları məhdud olan uşaqlar və onlara qulluq edənlər, yaşa görə müavinət alanlar, ailə başçısını itirməyə görə müavinət alanlar, 1-ci dərəcəli əlillərə qulluq edənlər, müddətli hərbi xidmətdə olanların uşaqları, doktorantlar, tələbələr və s. kateqoriyalar daxildir. Bundan əlavə növbəti ildən etibarən bir qrup doktorant və tələbəyə Prezident təqaüdləri verilməyə başlanılacaq. Qeyd etmək lazımdır ki, əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi möhtərəm cənab prezidentin daim diqqət mərkəzindədir. Belə ki, birinci dərəcə əlilliyi olanlara və sağlamlıq imkanları məhdud on səkkiz yaşınadək uşaqlara qulluq edənlərin müavinətləri 2022-ci ilin yanvar ayından etibarən əsaslı şəkildə artırılacaqdır. Vətən müharibəsi ilə əlilliyi olanlar da sərəncama əsasən sosial ödənişlərdən faydalanacaqlar. Yəni müharibə ilə bağlı əlilliyi olanlar pensiya almadıqları halda müavinət və təqaüd formasında ayda birinci dərəcə üzrə 700 manat, ikinci dərəcə üzrə 530 manat, üçüncü dərəcə üzrə 420 manat alacaqlar. Hörmətli prezidentimizin imzaladığı Fərman gənclərimizin də sosial vəziyyətinin yaxşılaşdırılmasını nəzərdə tutur. Belə ki, ölkəmizdə təhsil alan 132 min tələbə və doktorantı əhatə edərək müavinət və təqaüdlər də növbəti ilin yanvarından artırılacaq. Sağlamlıq imkanı məhdud olan uşaqlar da bu imkanlardan faydalana biləcəkdir. Həssas kateqoriyadan olan belə uşaqlar üçün 2019-cu ilin əvvəlindən sosial müavinətlər 82 manat idisə , 2022-ci ilin yanvar ayından 200 manat, təqaüd isə 80 manat olmaqla, ümumilikdə 280 manat miqdarında olacaqdır. Dövlət başçısının sərəncam və fərmanları ilə təhsil işçilərinin də sosial müdafiəsinin gücləndirilməsi nəzərdə tutulub. Növbəti ildən etibarən yeni əməkhaqqı artımı 165 min təhsil işçisini əhatə edəcək. Bu məqsədlə dövlət büdcəsində 273 milyon manat vəsait nəzərdə tutulub. Ümumiyyətlə dövlət başçısının 2022-ci ilin ilk sosial paketinə daxil olan sərəncamları əhalinin sosial müdafiəsinin gücləndirilməsinin dövlət siyasətində prioritet olduğunu təsdiqləyir. Ölkə rəhbərinin həyata keçirdiyi sosial islahatlar proqramı Azərbaycanın sosial inkişafında davamlı irəliləyişlərdə xarakterizə olunan yeni keyfiyyət mərhələsinə keçidi göstərir. Bütün bu işlərdə Azərbaycan xalqının müzəffər Prezidentinə böyük uğurlar arzu edirəm.

 

Dos. Hamlet Kəsəmənli

Azərbaycan Texnologiya Universitetinin

Ümumi və tətbiqi riyaziyyat kafedrasının müdiri 

 

 

 

ECAR layihəsi çərçivəsində növbəti görüş keçirilib

Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsinin növbəti işgüzar görüşü Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş tutub. 2021-ci ilin 20 dekabr tarixinə təsadüf edən görüşdə Azərbaycan Texnologiya Universitetini Elm və innovasiya üzrə prorektor, dosent Yaşar Ömərov təmsil edib. Görüşün məqsədi layihənin iş planına uyğun həyata keçirilən fəaliyyətlərin dəyərləndirilməsi və növbəti mərhələdə icrası planlaşdırılan məsələlərin qarşılıqlı müzakirəsindən ibarət olub. Görüşdə layihə konsorsiumunun üzvü olan 16 Azərbaycan ali təhsil müəssisələrinin prorektorları və digər məsul şəxsləri iştirak edib.Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova layihənin önəmindən danışaraq komandanın işinə uğurlar arzu edib.Daha sonra layihənin koordinatoru, Bakı Biznes Universitetinin Universitet- sənaye işbirliyi mərkəzinin müdiri Gülşən Bayramova layihədə görülmüş işlərin nəticələri və Rektorlar Konfransının Azərbaycan modelinin yaradılması məqsədilə işçi qrupunun formalaşdırılmasından bəhs edib. G.Bayramova əlavə edib ki, yaradılan ilk işçi qrupu tərəfindən Rektorlar Konfransının təşkilati strukturu, missiyası, vizyonu, üzvlük qaydaları, konfransın maliyyələşmə mexanizmləri və onun tərkibində fəaliyyət göstərəcək komitələrin yaradılması haqqında bir sıra sənədlər hazırlanacaq.Tədbirdə çıxış edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli layihənin uğurla start götürdüyünü və ölkəmizdə ali təhsilin inkişafı, eləcə də əməkdaşlıq imkanlarının genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.Görüşün sonunda tədbir iştirakçıları növbəti tapşırıqların icrası ilə əlaqədar fikir mübadilələri aparıblar.