Azərbaycan Texnologiya Universitetinin (UTECA) Avtomatika, Telekommmunikasiya və İnformatika fakültəsində baş müəllim Aidə Məmmədovanın rəhbərliyi ilə qazaxıstanlı tələbələr - Sımbat İklasova və Sarsen İbrayev, eləcə də digər tələbələr - Sənan Rəcəbov, Hüseyn Mehdiyev “Müasir dünyada kiber təhlükəsizliyinin təminatı və axtariş sistemi” mövzusunda elmi seminarla çıxış ediblər.Tələbə elmi seminarını rektorun elm və innovasiyalar üzrə müşaviri dos.Mayıs Gülalıyev, fakültə rəhbərliyi və tələbələri, Tələbə Elmi Cəmiyyəti sədri Aysel Məmmədli izləyib.Mühazirəçilər çıxışlardan sonra onlara ünvanlanan sualları cavablandırıb, mövzu ətrafında fikir mübadiləsi aparıblar.M.Gülalıyev xarici tələbələrin aktivliyini yüksək qiymətləndirib. Çıxış edən tələbələrə uğurlar diləyərək seminarların və məqalələrinin davamlı olmasını arzulayıb, daim araşdırmalar aparmağı, öz üzərlərində çalışmağı tövsiyə edib.Seminar sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Eyni zamanda qazaxıstanlı tələbələrə Azərbaycanın tarixi haqqında kitab hədiyyə edilib.
Azərbaycan Texnologiya Universiteti ilə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu arasında görüş keçirilib. UTECA-da baş tutan işgüzar görüşdə hər iki müəssisənin rəhbərləri və müfaviq əməkdaşları iştirak edib.Görüş zamanı Azərbaycan Texnologiya Universitetinin rekroru, professor Akif Süleymanov bildirib ki, bütün sektorlarda olduğu kimi heyvandarlıq sahəsində də müasir və innovativ texnologiya öz sözünü deyir. Rektor universitetin Qida mühəndisliyi fakültəsinə qəbul göstəricinin son illər ərzində artan dinamikasını da əsas gətirərək qarşılıqlı əməkdaşlığın məhsuldar və perspektivli olacağına ümid etdiyini qeyd edib.Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev əməkdaşlıq çərçivəsində görülə biləcək işlərdən danışıb. Müzakirələr zamanı mütəxəssis mübadiləsi, UTECA tələbələrinin ETİ-də müvafiq təcrübə imkanları, birgə laboratoriyanın qurulmasından, fermerlərin, eləcə də heyvandarlıq müəssisələrinin texnoloji tələblərindən və problemlərindən danışılıb.Görüşün sonunda UTECA ilə Heyvanlardlıq ETİ arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi UTECA-nın rektoru, professor Akif Süleymanov və Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev imzalayıblar.Daha sonra ETİ-nin nümayəndə heyəti Qida mühəndisliyi fakültəsi və laboratoriyaları ilə tanış olublar.
Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir Əsrlərin məsamələrindən süzülüb gələn Azərbaycan dili bu günkü zənginliyinə qovuşana kimi uzun bir inkişaf yolu keçmişdir. Azərbaycan dili türk dilləri ailəsinin oğuz qoluna aiddir. Oğuz qoluna Azərbaycan dili, Türkiyə türkcəsi, Türkmən dili və Qaqauz dili daxildir. Azərbaycan dili eyni zamanda Azərbaycanın, Cənubi Azərbaycanın (türk dili) və Dağıstan Respublikasının rəsmi dövlət dilidir. Dilimiz, Türk dilləri ailəsindən gəlməsinə baxmayaraq Azərbaycan adlı coğrafi ərazidə formalaşmış, buradakı xalqların həyat tərzindən, adət ənənələrindən qidalanmışdır. Azərbaycan dilində təkcə Azərbaycan türkləri deyil, eyni zamanda bu coğrafiyada yaşayan talışılar, ləzgilər, avarlar, tatlar kimi müxtəlif etnik qruplar da danışır. Azərbaycan dili burada yaşayan bütün xalqların ortaq dəyəridir. Ona görədir ki, dilimizin adı türk dili kimi yox məhz Azərbaycan dili kimi təsdiq edilmişdir. 1995-ci il noyabr ayının 12-də Müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul edildi və Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili kimi təsdiq edildi. Həmin dövrdə rəsmi dövlət dilinin adının türk dili kimi yazılması haqqında fikirlər var idi. Bu tezisi müadifə edənlər dilimizin türk dilləri ailəsinə məsub olduğu üçün belə deyirdilər. O nöqteyi nəzərdən baxılarsa fikir doğru idi. Amma günümüzdən geriyə, o günlərə doğru boylanarkən bu fikrin kökündə milliyyətçilik ideyalarının dayandığı aydın görünür. Milliyyətçilik bizim kimi çoxmillətli bir ölkədə müxtəlif problemlərə və qısqanclıqlara səbəb ola bilər. Azərbaycan bu coğrafi ərazinin adıdır, burada yaşayan bütün xalqlar isə irqindən, dilindən asılı olmayaraq azərbaycanlıdır, Azərbaycan vətəndaşıdır. Həmin ərəfələrdə ümummili lider Heydər Əliyev Azərbaycan ziyalılarının fikirlərini dinləyir, onlarla fikir müzakirələri aparırdı. Dil məsələsində əsas fikirlər dövlət dilinin Azərbaycan dili olması istiqamətində idi. Ulu öndər Heydər Əliyev də bu fikri təsdiqlədi və qeyd etdi ki Özbəkistan, Qazaxıstan, Qırğızıstan kimi ölkələr türk dilləri ailəsinə aid olmasına baxmayaraq, onların dövlət dili Özbək dili, Qazax dili kimi qeyd edilir. Hər bir dövlət öz adıyla tanınmalıdır, onun dili də bu adla uyğunluq təşkil etməlidir. Bir millətin millət kimi formalaşmasında onun dilinin böyük önəmi var. Mərhum prezident Heydər Əliyevin bu qərarından sonra Azərbaycan dili Azərbaycan Respublikasının Dövlət dili kimi qəbul edildi. Bundan sonra bəzi separatçı meylli cərəyanların artıq belə bir bəhanəsi qalmadı. Bunu qərbin böyük dövlətlərinin təcrübəsində də görə bilərik. İngilis dili german dillər ailəsinə mənsub olmasına baxmayaraq dilin adı german dili deyil ingilis dilidir. Fransa, İtaliya, İspaniya kimi ölkələri də bu qəbildən hesab etmək olar. Onların elə bir dərdləri yoxdur. Bu gün millətlər arasında, ölkələr arasında rəqabətdə geri qalmamaq üçün, daha çox tanınmaq, daha çox sayılmaq, seçilmək üçün elmlə, təhsillə rəqabət aparmaq lazımdır. Elmi-texniki tərəqqinin sirlərinə nə qədər dərindən yiyələnsək, dünya dəyərlərinə nə qədər çox sahib olsaq bir o qədər daha rahat yaşayarıq, daha sürətli inkişaf edərik. Çoxmillətlilikdən isə bir zənginlik kimi istifadə edərik. Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq ideyası da məhz bunun üçün idi. Bu gün multikulturalizm deyəndə, tolerantlıq deyəndə Azərbaycan yada düşür. Bütün bunları nəzərə alaraq bir daha deyə bilərik ki Azərbaycan dilinin Azərbaycan Respublikasının rəsmi dövlət dili kimi qəbul edilməsi uğurlu bir addım idi.
dos.Gülsurə Mehdiyeva
Azərbaycan Texnologiya Universitetinin
Magistratura və doktorantura şöbəsinin müdir müavini
Azərbaycanla Qırğızıstan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf edir. Bu əlaqələr iki qardaş türk xalqının tarixi münasibətləri əsasında formalaşıb. Xalqlarımızı etnik və tarixi bağlar, ortaq mədəniyyət, adət-ənənələr və dil bağlayır. Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulub. Lakin bu əlaqələr ilk vaxtlar özünü çox doğrultmayıb. Bir qədər sonra isə ikitərəfli münasibətlərin genişlənməsində ümummilli lider Heydər Əliyev əvəzsiz xidmətlər göstərib. Məhz bu günkü əlaqələrin möhkəmliyi Ulu Öndərin adıyla bağlıdır. 28 avqust 1995-ci ildə Bişkekdə “Manas” dastanının 1000 illik yubley tədbirinin keçirilməsi bütün türk dünyası üçün, bəşər mədəniyyəti üçün müstəsna əhəmiyyəti olan tarixi bir hadisə sayılır. Dahi şəxsiyyət Heydər Əliyev qırğız xalqının məşhur “Manas” eposuna yüksək qiymət vermişdi. Sitat: “Manas” qırğız xalqının müdrikliyinin rəmzidir, zəkasının, qəhrəmanlığının, cəsarətinin rəmzidir. Bu epos qırğız xalqının daim vətənpərvər olduğunu, ədalətsevər, azadlıqsevər olduğunu bütün dünyaya nümayiş etdirir. “Manas” qırğız xalqının, türk dünyasının, türkdilli xalqların, islam dünyasının bütün dünya sivilizasiyasının, bəşəriyyətin böyük mədəni və mənəvi sərvətidir. Şairlərimiz “Manas”ı Azərbaycan dilinə tərcümə etmişlər. Qırğız xalqı çoxlu çətinliklərə, həyatın keşməkeşlərinə baxmayaraq min il “Manas”ın sözlərini qəlbində qoruyub saxlamış, onun göstərdiyi yolla azadlığa və müstəqilliyə doğru getmişdir. “Manas” dastanı bütün türk dünyasının başa düşüləcəyi dildə yazılıb”- sitatın sonu. “Azərbaycanlıları və qırğızları yalnız ortaq keçmiş deyil, uzun sürən səmimi dostluq və qardaş münasibətləri, həm də müasir tarix birləşdirir. Ölkələrimizin tarixində çox perspektivli bir mərhələ açılır” - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu fikirləri 2022-ci il aprelin 20-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüş zamanı söyləyib. Ölkələrimiz BMT, ATƏT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, MDB və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli formatda sıx qarşılıqlı fəaliyyət göstərir. Eyni zamanda qeyd edilməlidir ki, dövlətlərarası münasibətlərdə humanitar sahə həmişə mühüm yer tutub. Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü Qırğızıstan dəstəkləyib və bu çox müsbət hal kimi dəyərləndirilir. İki ölkənin mədəni-humanitar əməkdaşlığına toxunan Sadır Japarov görüş zamanı qeyd edib ki, mədəniyyət xadimləri müntəzəm mübadilələr edir, xalqlarımız arasında əsl dostluq körpülərinin möhkəmlənməsinə şərait yaradırlar. Biz Azərbaycan ilə həm ikitərəfli əlaqələrin möhkəmlənməsində, həm də çoxtərəfli əməkdaşlığın genişlənməsində maraqlıyıq. Ölkələrimiz arasında sıx və səmərəli əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Bu imkanlardan gələcəkdə də istifadə edilməlidir.
Mehriban İmran qızı Tağıyeva
Azərbaycan Texnologiya Universitetinin
İctimai elmlər və multikulturalizm kafedrasının dosenti
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə DQDİK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, eləcə də şöbənin əməkdaşları, Universitetin tədris ve sənaye üzrə rektor müşaviri dos. Aqil Eyvazov, tədris şöbəsinin müdiri Babək Həsənov, tələbə və müəllim heyəti iştirak ediblər.Tədbiri giriş sözü ilə UTECA-nın rektor müşaviri dos.Aqil Eyvazov açıb. O, UTECA-nın rektoru, professor Akif Süleymanovun tədbirin həsr olunduğu mövzuyla bağlı fikirlərini çatdırıb. Bildirib ki, rektor bu kimi tədbirlərə həssas yanaşır: “Universitet rəhbərliyi bu tədbirlərə əsasən gənclərin cəlb edilməsini yüksək qiymətləndirir. Çünki, məhz gənclər radikalların təbliğatının qurbanı ola biləcək daha həssas qrupa daxildirlər və gənclərin radikal və ekstremist cərəyanların təsirinə düşməməsi üçün maarifləndirici tədbirlərin keçirilməsi mütləqdir” – deyə A.Eyvazov qeyd edib.Daha sonra DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov çıxış edib. O dünyanın bir çox ölkələrində dini, siyasi qarşıdurmaların və iğtişaşların hökm sürdüyü bir zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tolerant, multikultural və həmrəylik dəyərlərinin təbliği istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizdə tolerantlığın yüksək səviyyədə olmasını qeyd edib, insanların öz dini etiqadlarını azad şəkildə gerçəkləşdirməsi, dini qurumların fəaliyyətində problemlərin olmamasını, qədim məscid və digər ibadət evlərinin əsaslı bərpa edilərək yenilərinin inşasını, din xadimlərinə diqqət və qayğının göstərilməsini Azərbaycanın artıq dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrildiyinin göstəricisi kimi səciyyələndirib.Daha sonra çıxış edən DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdir müavini Elmar Fətəliyev qeyd edib ki, radikalizmi doğuran başlıca səbəblərdən biri dinlər haqqında məlumatsızlıq və dini bilgilərin zəif olmasıdır. Sonda tədbir iştirakçılarına DQİDK-nın sifarişi ilə çəkilmiş “Vəhdət qanımızdadır” filmi nümayiş etdirilib.
Azərbaycan Texnologiya Universitetinin rektoru professor Akif Süleymanov basketbolçu tələbələrlə görüşüb. Görüşdə rektor tələbələri son zamanlar qazandıqları nailiyyətləri münasibəti ilə təbrik edərək ölkədə idmanın inkişafına dövlət dəstəyindən və qayğısından danışıb. Rektor bildirib ki, Azərbaycanda idman və gənclər siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir: “Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. Bu, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının ölkəmizdə idmanın inkişafına böyük diqqət yetirməsi, eləcə də idmançılarımızın dünya idman arenalarında ölkəmizi layiqincə təmsil etmələri üçün onlara bütün şəraiti yaratmasının nəticəsidir” –deyə A.Süleymanov əlavə edib. Komanda üçün yeni dizaynda idman geyimi dəsti hazırlanmasına dair göstəriş verdiyini qeyd edən rektor tələbələrə yarışlarda uğurlar və dərslərində müvəffəqiyətlər arzulayıb, qarşıda Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək yarışda UTECA tələbələrininin uğur qazanacağına əminlik ifadə edib.Universitetin İdman klubunun direktoru, basketbol üzrə Azərbaycan Respublikasının əməkdar məşqçisi Elçin Süleymanov isə öz növbəsində yaradılan şəraitə görə rektora təşəkkürünü bildirib.Görüş zamanı komanda üzvləri və məşqçiləri təşəkkürnamə ilə təltif edilib.Xatırladaq ki, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən, Ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş basketbol üzrə ali və orta ixtisas təhsil müəssisələri tələbələrinin yarışında UTECA komandası bütün rəqiblərini dəf edərək şəhər spartakiadasının qalibi olub.