ECAR layihəsi çərçivəsində "Strateji insan resurslarının idarə olunması" tədris proqramının açılış mərasimi baş tutub7 fevral 2023-cü il tarixində Avropa Komissiyasının maliyyələşdirdiyi və Bakı Biznes Universitetinin koordinatorluq etdiyi “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində "Azərbaycan HR İnstitutu" tərəfindən keçirilən "Strateji insan resurslarının idarə olunması" tədris proqramının açılış mərasimi baş tutub. Azərbaycan Turizm və Menecment Universitetinin ev sahibliyi etdiyi tədbirdə Azərbaycan Texnologiya Universitetini İnsan resursları şöbəsinin müdiri Asif Həsənzadə və Beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı mütəxəssisi, layihə meneceri İlahə Qurbanova təmsil ediblər.Tədbiri giriş sözü ilə açan ATMU-nun tədris işləri üzrə prorektoru f.ü.e.d. Prof. Zaur Bağırov hazırda idarəetmənin mühüm halqalarından birinin insan resursları olduğunu bildirməklə, bu istiqamətdə ali təhsil müəssisələrinin əməkdaşlarının beynəlxalq sertifikasiya proqramında iştirak etməsinin əhəmiyyətini yüksək qiymətləndirib və iştirakçılara uğurlar arzu edib.Daha sonra ECAR layihəsinin koordinatoru, Bakı Biznes Universitetinin Universitet-sənaye əməkdaşlığı şöbəsinin müdiri Gülşən Bayramova çıxış edərək ECAR layihəsinin əsas məqsədlərindən birinin ali təhsil müəssisələrinin idarəetmə bacarıqlarının inkişafı olduğunu vurğulayıb.Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov isə ölkəmizdə insan kapitalının inkişafı, ali təhsildə idarəetmənin təkmilləşdirilməsi, strateji insan resurslarının idarəedilməsinin təşkili və bu istiqamətdə innovativ yanaşmaların vacibliyini qeyd edib.Qeyd edək ki, Azərbaycan HR İnstitutunun "Strateji insan resurslarının idarə olunması” tədris proqramında təlimçisi qismində Fəzilə Əsgərova çıxış edəcək. Təlimlər toplam 6 modul (İstedadların cəlb olunması, HR əməliyyatlar, Öyrənmə və inkişaf, İstedadların idarə olunması, Ölçmə və analitika, biznes liderlik) olmaqla ümumilikdə 20 saat müddətində təşkil olunacaq.