Azərbaycan Texnologiya Universiteti ilə Almaniyanın Trier Tətbiqi Elmlər Universiteti arasında əməkdaşlıq əlaqələri qurulub. Bu çərçivədə Trier Tətbiqi Elmlər Universitetinin professoru Dr. Patrick Siegfried Azərbaycan Texnologiya Universitetində olub, rektor əvəzi Dos. Yaşar Ömərovla görüşüb. Görüş zamanı uzunmüddətli əməkdaşlığın perspektivləri, eləcə də birgə həyata keçirilə biləcək planlar müzakirə edilib.Görüşün sonunda hər iki universitet arasında əməkdaşlıq memorandumu imzalanıb. Trier Tətbiqi Elmlər Universitetinin Prezidenti Dr. Dorit Şumanın əvvəlcədən imzaladığı sənədi Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi Dos. Yaşar Ömərov da imzalayıb.Daha sonra Dr. Patrick Siegfriedin “Ərzaq iqtisadiyyatında davamlı konseptlər” mövzusunda elmi seminarı baş tutub. Seminarda professor-müəllim heyətinin üzvləri, eləcə də magistr və doktorantlar iştirak edib, müvafiq sahənin aktual problemləri müzakirə edilib.