Beynəlxalq aləmdə qazandığı statusu, günü-gündən yüksəlişə doğru irəliləyən sosial-iqtisadi göstəriciləri olan Azərbaycan beynəlxalq sferada tolerant və multikultural ölkə olaraq tanınır. Bütün bu göstəricilərlə yanaşı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, hazırda isə onun layiqli davamçısı tərəfindən davam etdirilən uğurlu siyasətin banisi İlham Əliyev daim idman sahəsinə xüsusi diqqət ayırmışdır. Buna görə də Azərbaycanı təmsil edən idmançılarımızın beynəlxalq səviyyədə keçirilən yarışlarda əldə etdikləri medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsi, Azərbaycanın dünyaya əsl idman ölkəsi kimi tanınması ilə nəticələnib. Ölkədə idmançılarımıza yaradılan xüsusi şərait idman sahəsinə olan diqqətin bariz nümunəsidir. Hazırda nəinki Bakıda, ölkəmizin bütün bölgələrində və hətta işğaldan azad edilmiş torpaqlarımızda belə müasir stadionların, idman komplekslərinin və müxtəlif idman qurğularının tikintisi azad edilmiş şəhərlərimizin baş planında öz əksini tapmışdır. Bu diqqət və qayğı bütün Azərbaycan vətəndaşları tərəfindən böyük qürur və rəğbət hissi ilə qarşılanır. Bu deyilənləri əsas götürsək belə qənaətə gələ bilərik ki, Azərbaycan idmanı hazırda yüksəliş dövrünü yaşayır. Qeyd etdiyimiz kimi ölkəmizdə idman infrastrukturunun yaradılması istiqamətində işlər də davamlı xarakter alıb. Bakı Olimpiya stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı və digər möhtəşəm idman obyektləri bunun göstəricisidir. İdman infrastrukturasındakı bütün bu müsbət inkişaf tendensiyası ölkəmizi beynəlxalq yarışların, dünya çempionatlarının keçirilməsi üçün əlverişli məkana çevirib. Təsadüfi deyil ki, belə möhtəşəm idman qurğuları 2012-ci ildə futbol üzrə 17 yaşlı qızlar arasında dünya çempionatının, 2015-ci ildə birinci Avropa Oyunlarının, 2016-cı ildə futbol üzrə 17 yaşadək oğlanlar arasında Avropa çempionatının, 42-ci Ümumdünya Şahmat Olimpiadasının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının və qadınlar arasında voleybol üzrə Avropa çempionatının, habelə Formula-1 Azərbaycan Qran-prisinin yüksək səviyyədə təşkil olunmasına imkan verdi. Zəngin və güclü idman ənənələri və peşəkar təşkilatçılığı ilə dünya idman aləmində söz və nüfuz sahibi olan Azərbaycan bu il də beynəlxalq səviyyədə keçirilən yarışda uğura imza atıb. Belə ki, idmançılarımız 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatında ölkəmizi layiqincə təmsil edərək 7-si qızıl olmaqla 16 medal qazanıblar, Azərbaycan himninin 7 dəfə səsləndirməsinə nail olublar. Komanda hesabında ölkəmizin komandası birinci yerə layiq görülüb. Bununla da idmançılarımız Azərbaycanın təkcə müharibə meydanında deyil, idmanda da qalib xalq olduğunu sübut ediblər. Martın 17-də Prezident İlham Əliyev tarixi qələbəyə imza atan güləş komandasının üzvlərini və məşqçiləri qəbul edərkən bildirib: “Mən bilirəm ki, idmanın bütün növlərində, o cümlədən güləş idman növündə ildən-ilə rəqabət artır, müxtəlif ölkələrdə güclü idmançılar üzə çıxır və artan rəqabət şəraitində Avropada birinci olmaq, əlbəttə, böyük nailiyyətdir. Dövlət Himnimiz yeddi dəfə səsləndirildi. Əlbəttə ki, həm idmançılar, həm idman mütəxəssisləri, bütün Azərbaycan vətəndaşları bu qələbəni böyük qürur hissi ilə qarşılayıblar”. İdmançılarımız uzun illərdir ki, Azərbaycan xalqını layiqincə təmsil edirlər. Bolqarıstanda qazanılmış qələbə bir daha sübut etdi ki, Azərbaycanda idman ənənələri güclüdür və günü-gündən inkişaf etməkdədir.
Nilufər Orucova
Azərbaycan Texnologiya Universitetinin
Ümumi və tətbiqi fizika kafedrasının müəllimi
Görüşdə layihənin koordinatoru olan Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov və Universitet-sənaye əməkdaşlığı departamentinin direktoru, layihənin koordinatoru Gülşən Bayramova layihə çərçivəsində görülən işlərlə bağlı məlumat veriblər.Layihə çərçivəsində qarşıda duran məsələlərlə də tanış olan rektor ECAR Erasmus+ layihəsində tərəfdaşlıqdan məmnunluğunu ifadə edib. Akif Süleymanov layihəylə bağlı öhdəliklərin düzgün yerinə yetirilməsi üçün UTECA-da işçi qrup yaradıldığını və bura cəlb olunan əməkdaşların layihədə yaradılacaq komitələrin profilinə uyğun seçildiyini bildirib, Texnologiya Universitetinin üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmək üçün bundan sonra da səy göstəriləcəyini qeyd edib.
17.03.2022-ci il tarixində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Univeristetinin koordinatoru olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində Azərbaycan Texnologiya Universitetində məlumatlandırma günü keçirilib. Görüşdə Azərbaycan Texnologiya Universiteti ilə yanaşı regionda fəaliyyət göstərən Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşları da iştirak edib.Tədbiri giriş sözü ilə açan Azərbaycan Texnologiya Universitetinin tədris işləri üzrə prorektoru Yaşar Ömərov layihənin əhəmiyyətindən danışıb, təhsilimizin qarşısında dayanan yeni çağırışlar və tələblərdən irəli gələn məsələlərin həlli üçün milli səviyyədə universitetlərarası qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıb, eyni zamanda universitetlər arasında milli şəbəkələşmənin qurulması və hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından layihənin uğurlu nəticələr əldə edəcəyinə inamını ifadə edib.Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov iştirakçılara layihənin ümumi məqsədi, hədəfləri, iş planları, eləcə də yerli və xarici tərəfdaşları barəsində məlumat verib.Bakı Biznes Universitetinin Universitet-sənaye əməkdaşlığı departamentinin direktoru, layihənin koordinatoru Gülşən Bayramova layihə çərçivəsində görülmüş işlərin nəticələri və növbəti mərhələdə icrası planlaşdırılan məsələlər, xüsusilə Azərbaycan ali təhsil müəssisələrində əməkdaşlıq, əlaqə və şəbəkələşmə sahəsində aparılmış tədqiqatın nəticələrinə dair hesabatla çıxış edib.Görüşün sonunda tədbir iştirakçıları arasında geniş fikir mübadiləsi aparılıb və layihənin gələcək fəaliyyəti müzakirə edilib.
Azərbaycan Texnologiya Universitetinin tələbə və müəllim kollektivi Gəncənin baş meydanında təşkil olunan bayram şənliyində iştirak edib. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk, şəhər sakinləri və qonaqları iştirak ediblər.Novruzun rəmzi olan böyük səməninin də yer aldığı meydanda böyük tonqal qalanıb. Musiqilər və rəqslər ifa edilib. Kəndirbaz çıxış edib. Yaradılan guşələrdə sənətkarların əl işləri sərgilənib. Novruz atributları ilə bəzədilən UTECA stendi maraqla qarşılanıb.
Təqdimetmə mərasimində UTECA-nın rektoru professor Akif Süleymanov müəllim və gənc tədqiqatçıları uğurları münasibətilə təbrik edib. Rektor UTECA müəllimləri və gənc tədqiqatçılarının məqalələrinin respublika və beynəlxalq indeksli elmi jurnallarda davamlı olmasını, elmi nailiyyətlərin davamını arzulayıb.Respublika konfransının məcmuələr toplusuna 200-ə yaxın tezis daxil edilib. Ən yaxşı məqalə ilə çıxış edən 8 müəllifə sertifikatlar təqdim olunub.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində yeni yaradılmış Analitik qrup üzvləri Azərbaycan Texnologiya Universitetində Gəncənin şəhər ictimaiyyətilə görüşüb.Görüşdə AzTv-nin Analitik qrup rəhbəri, əməkdar jurnalist Faiq Hüsiyev, "İdman TV"nin direktoru Rövşən Binnətli, AzTv-nin “Telefilm” yaradıcılıq birliyinin aparıcı redaktoru və Teleradio Akademiyasının müəllimi Sevda Ağazadə, əməkdar incəsənət xadimi, professor İlham Rəhimli iştirak edib. Görüş zamanı Azərbaycan Televiziyasının fəaliyyətinin müqayisəli təhlili, həmçinin yaradıcı strukturlarının fəaliyyət effektivliyi, televiziya və radio layihələrinin aktuallığının ilkin təhlili və qiymətləndirilməsi haqda məlumat verilib, son dövrlərin keyfiyyət dəyişikliyi və prioritetlər diqqətə çatdırılıb.Tədbir zamanı ictimaiyyət tərəfindən sorğu blankları doldurulub, tamaşaçı auditoriyasının rəy və təklifləri dinlənilib, fikir mübadiləsi aparılıb. Məqsəd region sakinlərinin könlünü oxşayan ənənələri yenidən bərpa etməkdir.