Bu münasibətlə Azərbaycan Texnologiya Universitetinin İdman Klubunun timsalında ölkəmizin bütün idman ictimaiyyətini təbrik edir, fəaliyyətlərində yeni-yeni nailiyyətlər diləyir, idmançılara beynəlxalq yarışlarda Azərbaycan bayrağını daim ön sırada ucaltmağı arzu edirik!
Azərbaycan Texnologiya Universitetinin (UTECA) müxtəlif ixtisaslarında təhsil alan 4-cü kurs tələbələrinə UTECA-da fəaliyyət göstərən PROGRO Mərkəzinin təşkilatçılığı ilə təlim keçirilib. Açılışı giriş sözü ilə PROGRO Mərkəzinin Gəncə koordinatoru Xaliq Cabbarov edib. Daha sonra PROGRO Mərkəzinin digər nümayəndəsi Aytəkin Tağıyeva mərkəz və layihələri haqqında ətraflı məlumat verib. Bildirib ki, PROGRO Platforması BMT-nin İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı çərçivəsində yaradılıb və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilir. Məqsəd gənclərin istiqamətləndirilməsi, əmək bazarının tələblərinə uyğun bacarıqlara yiyələnməsi, inkişafa və yeniliklərə meyilli məqsədyönlü fərdlərin cəmiyyətə və əmək bazarına qazandırılması, eləcə də əmək bazarında işaxtaran və işəgötürən arasındakı sosial əlaqələrin inkişaf etdirilməsidir. UTECA-da bu qəbildən keçirilən keçirilən seminarda təlimçi qismində Avrora şirkətinin HR mütəxəssisi Sadiq Çıraqzadə çıxış edib. Mövzu “Karyeraya necə başlamalı” və “İş müsahibəsində verilən sual və cavablar” başlıqlarına həsr edilib. Təlimdə tələbələr aktiv iştirak edib, onları maraqlandıran sullar cavablandırılıb.
Azərbaycan Texnologiya Universitetində Təhsil Nazirliyi və Azərbaycan Gənc Alim, Doktorant və Magistrlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Open Science Azərbaycan: Gənc Tədqiqatçılar Arasında “Open Science” Platformasının Təbliği” layihəsi çərçivəsində seminar keçirilib.Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan UTECA-nın tədris işləri üzrə prorektoru, dosent Yaşar Ömərov gənc tədqiqatçılara seminarın əhəmiyyətindən, gənc alimlər üçün elmi resursların əlçatanlığının vacibliyindən, beynəlxalq elmi platformalardan istifadə bacarığına və elmi məqalələrin yazılması metodologiyasına yiyələnmələrindən bəhs edib.Daha sonra Azərbaycan Gənc Alim, Doktorant və Magistrlar Cəmiyyətinin sədri İlqar Orucova söz verilib. İ.Orucov çıxışda ölkədə gənclər üçün yaradılan şəraitdən söz açıb. Bidirib ki, bu layihənin də tətbiqi gənc alimlərin elminin, bilik imkanlarının daha da şaxələndirilməsinə, onların beynəlxalq əlaqələrinin inkişafına xidmət edəcək ki, bu da öz növbəsində gənclər üçün yeni imkanlar yaradacaq, nəticədə elmin inkişafına təkan olacaq.Sonra Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin eksperti, dosent Ruslan Rəhimli gənc tədqiqatçıların qarşısında təlimçi qismində çıxış edib.3 saatdan artıq davam edən seminarın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qayda hazırlanacaq Xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə qayda hazırlanacaq. Bu, Prezident İlham Əliyevin fevralın 28-də təsdiqlədiyi Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramında əks olunub. Qeyd olunub ki, Dövlət Proqramı Azərbaycan vətəndaşı olan istedadlı, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənclərin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil almalarını nəzərdə tutur. Bu baxımdan beynəlxalq fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə nüfuzlu xarici ali təhsil müəssisələrində ali təhsilin bakalavriat səviyyəsi üzrə təhsil almaq istiqamətində, bakalavriat səviyyəsini yüksək nəticələrlə başa vurmuş, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənclərə isə magistratura səviyyəsində üstünlük veriləcək. Hazırlanacaq Qaydada gənclərin seçilməsi meyarları və prosedurları şəffaflıq, ədalətlilik, obyektivlik prinsiplərinə əsaslanacaq.
Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov Qida mühəndisliyi fakültəsində turizm və otelçilik, turizm işinin təşkili, turizm bələdçiliyi, ekologiya və ekologiya mühəndisliyi ixtisasları istiqamətində kadr hazırlığının səmərəli təşkilinə və elmi nailiyyətlərinə görə Turizm sənayesinin təşkili və ekologiya kafedrasının müdiri dosent Yusif Hümbətovu təltif edib.Rektora təşəkkürünü bildirən Yusif Hümbətov bundan sonra da tələbələrin kadr hazırlığı üçün öz bilik və bacarığını əsirgəməyəcəyini deyib.
Azərbaycanın qlobal humanitar missiyası Azərbaycan ümumi bəlaya qarşı mübarizə üzrə operativ tədbirlər görüb. Koronavirusun ilk üzə çıxdığı dövrdən etibarən Azərbaycan ona qarşı ən effektiv mübarizə aparan ölkələrdən olub. Azərbaycan dövləti tərəfindən həyata keçirilən koronavirusla mübarizə tədbirlərinin səmərəliliyi sayəsində ölkəmizdə yoluxma hallarının sayı minimuma endirilmiş, görülən qabaqlayıcı tədbirlər nəticəsində istər iqtisadiyyat, istərsə də əhali pandemiyanın dağıdıcı təsirinə ən az məruz qalmışdır. Hətta Azərbaycanın pandemiya ilə uğurlu mübarizəsi ÜST tərəfindən dəfələrlə vurğulanmış, digər ölkələrə nümunə göstərilmişdir. Dövlətimiz təkcə öz daxilində deyil, pandemiya ilə qlobal səviyyədə də mübarizə aparır. Çünki Yer üzünün ortaq bəlası olan COVID-19 təhlükəsindən beynəlxalq əməkdaşlıq sayəsində qurtulmaq mümkündür. Elə bu aspektdən yanaşaraq, COVID-19 pandemiyasına qarşı mübarizədə ölkələrin səylərini birləşdirməsi, çoxtərəfli əməkdaşlıq göstərməsi təşəbbüsünü də Azərbaycan irəli sürüb. Azərbaycan pandemiyaya qarşı mübarizədə geniş beynəlxalq əməkdaşlığın fəal tərəfdarı kimi çıxış edir. Azərbaycan bir sıra ölkələrə və beynəlxalq təşkilatlara maliyyə yardımı və humanitar yardım göstərilməsi proqramında da fəal iştirak edir. Ümumdünya Səhiyyə Təşkilatının büdcəsinə 10 milyon dollar məbləğində könüllü ianə edilib. Pandemiyanın birinci günündən etibarən Azərbaycan bu təşkilatla daim əlaqədə olub. BMT Baş Assambleyasının “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda 25 fevral tarixində keçirilmiş yüksək səviyyəli tematik müzakirələrində Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev çıxışı zamanı qeyd edibdir ki, “... Həmrəylik əlaməti olaraq, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı etmişdir. Bununla yanaşı, 5 ölkəyə peyvənd ianəsi edilib və bu iş davam etdiriləcək. Hazırda Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesi davam edir...”. Azərbaycan üzvlərinin sayına görə BMT-dən sonra ikinci beynəlxalq təsisata - Qoşulmama Hərəkatına başçılıq etməklə pandemiyaya qarşı qlobal miqyasda mübarizə işinə sanballı töhfə verir. Prezident İlham Əliyev hər zaman bütün beynəlxalq forumlarda deyir ki, kifayət qədər maliyyə resurslarına malik olmayan ölkələrin də vaksinlərdən istifadə etmək imkanı inkişaf etmiş ölkələr kimi olsun, bu məsələdə ayrı-seçkilik olmasın. Beləliklə deyə bilərik ki, Azərbaycan COVID-19 təhlükəsi ilə sadəcə ölkə daxilində deyil, həm də beynəlxalq müstəvidə uğurla mübarizə aparır. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin qlobal liderlik missiyası pandemiya ilə beynəlxalq mübarizəyə töhfə verir.
dos.əv. Q.R.Məmmədova
Azərbaycan Texnologiya Universiteti
Elmi tədqiqat şöbəsinin müdiri