Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Təhsil Tələbə Krediti Fondunun nümayəndələri Azərbaycan Texnologiya Universitetində olub

Təhsil Tələbə Krediti Fondunun sədr müavini Tahir Xələfovun rəhbərliyi ilə fondun nümayəndə heyəti Azərbaycan Texnologiya Universitetində olub.Görüş zamanı Azərbaycan Texnologiya Universitetinin tədris işləri üzrə prorektoru Yaşar Ömərov Təhsil Tələbə Krediti Fondunun əhəmiyyətindən danışıb. Qeyd edib ki, fondun yaradılması tələbələrin ali təhsilə əlçatanlığını artırır, yeni imkanlar yaradır, dövlətin gəncliyə və təhsilə qayğısından xəbər verir.Təhsil Tələbə Krediti Fondunun sədr müavini Tahir Xələfov fondun imkanları barədə məlumat verib, mexanizmin üstünlüklərindən danışıb. Müzakirələr zamanı UTECA əməkdaşlarının təhsil tələbə kreditinə dair təklifləri dinlənilib, sualları cavablandırılıb.Qeyd edək ki, ötən semestr ərazində Texnologiya Universitetinin 70 tələbəsi təhsil tələbə kreditindən yararlanıb ki, onlardan 16 tələbənin ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 91 baldan yuxarı olub. 2021-2022-ci tədris ilinin ikinci semestri üçün isə UTECA tələbələrindən 72 nəfər Təhsil Tələbə Krediti Fonduna müraciət edib.     

 

UTECA tələbələri yüksək kvalifikasiyalı mütəxəssislərlə görüşdürür

Azərbaycan Texnologiya Universitetində (UTECA) tələbə və məzunların karyeralarını inkişaf etdirmələri, əmək fəaliyyətinə hazırlanmaları, ixtisaslarına uyğun iş tapmaları və uğur əldə etmələri istiqamətində tədbirlər görülür. Bu qəbildən tədbirlərdən biri UTECA partnyorlarından olan “AzerGold” QSC ilə birgə həyata keçirilib. Bu dəfə universitetdə “AzerGold” QSC-nin İnsan resurslarının idarəolunması şöbəsinin Təşkilati inkişaf sektorunun baş mütəxəssisi Valid Əliyevin tələbələrlə görüşü təşkil edilib. Karyeraya uğurlu keçid mövzusuna həsr olunan görüşdə Yüngül sənaye mühəndisliyi və logistika fakultəsinin tələbələri iştirak edib.Valid Əliyev “Gündəlik həyatımızdan gələcək hədəflərimizə doğru” adlı çıxışında gənclərin öz istəyinə çatması üçün atılacaq addımlardan danışıb. Karyera planlamasında vacib olan şəxsi profillərin və CV-nin tərtib olunması və beynəlxalq standartlara uyğunlaşdırılması, iş axtarışı və məlumat kanallarının tapılması, müsahibə mərhələsində tələbənin məlumatlandırılması, işəgötürən tərəfindən müsahibəyə çağırıldıqda davranış qaydaları barədə məlumat verib.Mövzuyla bağlı suallar cavablandırıldıqdan sonra kimya, metallurgiya, maşın mühəndisliyi və logistika, eləcə də digər ixtisasların tələbələri arasında CV hazırlanması haqqında sorğu və viktorina keçirilib. İntellektual yarışda ən fəal tələbə - Məryəm Əhmədova “AzerGold”un hədiyyəsi ilə mükafatlandırılıb.     

 

 

Azərbaycan Texnologiya Universitetinin tələbələrinin istehsalat təcrübəsi davam edir

Mövcud tədris planlarına uyğun olaraq Azərbaycan Texnologiya Universitetinin buraxılış kursunda təhsil alan tələbələrinin müxtəlif müəssisələrdə istehsalat təcrübəsi davam etməkdədir. Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov tədrisdə praktik vərdişlərin mənimsənilməsinin vacibliyini nəzərə alaraq prosesə xüsusi nəzarət edir. Təcrübə Gəncə şəhərində fəaliyyət göstərən 30 aparıcı şirkət və müəssisədə təşkil olunub.Cari ilin 31 mart və 1 aprel tarixlərində Azərbaycan Texnologiya Universitetinin tədris işləri üzrə prorektoru Yaşar Ömərov və təcrübənin təşkilinə cavabdeh olan məsul şəxslər tələbələrin istehsalat təcrübəsinin gedişatı ilə tanış olmaq məqsədilə “Gəncə Tekstil” ASC, “Kapital Bank” ASC və “Azərallüminium” MMC-də olmuş və sözügedən müəssisə rəhbərliyi ilə görüşlər keçirilmişdir. Keçirilmiş görüşlərdə universitet və sənaye əməkdaşlığının əhəmiyyəti qeyd olunmuş, əmək bazarının ehtiyaclarına uyğun kadr hazırlığı və təcrübə prosesinin tələbələr üçün daha keyfiyyətli və səmərəli təşkili məsələləri müzakirə edilmişdir. Yaxın günlərdə təcrübənin təşkil olunduğu digər iri müəssisələrdə də belə görüşlərin keçirilməsi nəzərdə tutulur.Qeyd edək ki, cari ilin 16 fevral tarixində başlamış istehsalat təcrübəsi tədris planlarına əsasən 14 həftə müddətində davam edəcək.     

 

 

 


Azərbaycan Texnologiya Universitetinin tələbələrinin istehsalat təcrübəsi davam edir

Mövcud tədris planlarına uyğun olaraq Azərbaycan Texnologiya Universitetinin buraxılış kursunda təhsil alan tələbələrinin müxtəlif müəssisələrdə istehsalat təcrübəsi davam etməkdədir. Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov tədrisdə praktik vərdişlərin mənimsənilməsinin vacibliyini nəzərə alaraq prosesə xüsusi nəzarət edir. Təcrübə Gəncə şəhərində fəaliyyət göstərən 30 aparıcı şirkət və müəssisədə təşkil olunub.Cari ilin 6 və 7 aprel tarixlərində Azərbaycan Texnologiya Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsini icra edən Yaşar Ömərov və təcrübənin təşkilinə cavabdeh olan məsul şəxslər tələbələrin istehsalat təcrübəsinin gedişatı ilə tanış olmaq məqsədilə “NEON”MMC və “Gəncə Dəyirman” MMC-ni ziyarət etmiş və sözügedən müəssisə rəhbərliyi ilə görüşlər keçirilmişdir. Keçirilmiş görüşlərdə universitet və sənaye əməkdaşlığının əhəmiyyəti qeyd olunmuş, əmək bazarının ehtiyaclarına uyğun kadr hazırlığı və təcrübə prosesinin tələbələr üçün daha keyfiyyətli və səmərəli təşkili məsələləri müzakirə edilmişdir. Yaxın günlərdə təcrübənin təşkil olunduğu digər iri müəssisələrdə də belə görüşlərin keçirilməsi nəzərdə tutulur.Qeyd edək ki, cari ilin 16 fevral tarixində başlamış istehsalat təcrübəsi tədris planlarına əsasən 14 həftə müddətində davam edəcək.    

 

 

 

Tarixi yaddaşımızdan silinməyən soyqırımı

İgid oğulları, ismətli qız gəlinləri ilə həmişə yad xalqlara örnək, nümunə olan xalqımız zaman-zaman mənfur qonşularımızın hücumlarına məruz qalmışdır. Vətənimizin cənnətə bənzər təbiətində, səfalı dağlarında, məhsuldar torpaqlarında həmişə hiyləgər düşmənin gözü qalmışdır. Ermənilər bu cənnətə bənzər yerləri sahiblənmək istədikləri üçün dəfələrlə öz hiylələrini həyata keçirmək istəmişlər. Nəticədə Azərbaycan xalqına çox böyük ziyan vurulmuş, itkilərimiz olmuşdur.  Bütün döyüşlərdə zəfər çalan millətimiz 1918-ci il mart ayında anidən düşmənin silahlı hücumuna məruz qalmışdır. Planlı şəkildə edilən hücum nəticəsində erməni daşnaqları Bakı quberniyasında Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə əhaliyə olmazın işgəncələrini vermiş, 12000-dən çox dinc əhali qətlə yetirilmişdir. 1918-ci il mart ayınının 30-dan aprelin 3-nə kimi davam edən qırğın Şamaxıda 7000 dinc əhalinin çox amansızca qətlə yetirilməsi ilə nəticələndi. Qətlə yetirilənlərin 1653 nəfəri qadın, 965-i uşaq idi. Şamaxıda törədilən kütləvi qırğında 120 kənddən 86 kənd yerlə yeksan olmuşdur. Kütləvi qırğın Qubada da çox böyük faciə ilə nəticələnmişdir. Burada 2900 şəhid olmuş, 4000-dən çox əhali işgəncəyə məruz qalmışdır. 122 kənd darmadağın edilmişdir. 1918-ci ilin mart soyqırımı bəşəriyyətdə ən qanlı soyqırımlardan biridir. Bu faciədə ermənilər odlu silahlarla bərabər soyuq silahlarla əhalini min bir işgəncələrlə qətlə yetirmişdir. Ermənilər dinc əhalini qılınclardan keçirmiş, başlarına mismarlar çalmışlar. Olmazın əzabını verərək qətlə yetirmişlər.  Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Nazirlər Şurası 1918-ci ilin iyulun 15-də faciənin araşdırılması barədə qərarlar qəbul etdi, 1919-cu və 1920-ci ilin mart ayının 31-i Ümummilli Matəm Günü kimi qeyd edildi. İllər sonra azğın, mənfur düşmən öz bəd əməllərini bir daha təkrar etməyə nail oldu. Ölkəmizin dilbər güşəsi olan Qarabağ, Zəngəzur, Göyçə mahalında yaşayan Azərbaycanlılar dədə-baba yurdlarından məcbur köçürülməyə vadar edildi. 1992-ci ilin qarlı fevral günündə Xocalıda yaşayan azərbaycanlılar qəddarcasına qətlə yetirildi. 70 illik Sovet hakimiyyəti sona yetdikdən sonra müstəqil Azərbaycan dövlətinin yaranmasından sonra Ulu Öndər Heydər Əliyev 1998-ci il martın 26-da Azərbaycan soyqırımı haqqında fərman imzaladı. Həmin gündən 31 mart tarixi Azərbaycan Soyqımı Günü kimi qeyd edilir. 

 

Nurlana Kazımova 

Azərbaycan Texnologiya Universitetinin

Ümumi və tətbiqi fizika kafedrasının müəllimi 

 

 

 

 

UTECA-da 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin İctimai elmlər və multikulturalizm kafedrasının təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib.Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunan tədbirdə Vətənimizin igid oğul və qızlarının, soyqırıma məruz qalan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov giriş sözü ilə çıxış edib. Bildirib ki, “böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarlarının xalqımıza qarşı törətdiyi soyqırımı siyasətinin tariхi ХVIII əsrin əvvəllərindən başlayır. Erməni millətçilər müxtəlif dövrlərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirib, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Rektor qeyd edib ki, Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırır.İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi Zəminə Novruzovanın moderatorluğu ilə davam edən tədbirdə həmin kafedranın professor müəllim heyəti – baş müəllim Şahmar Həsənov ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım və təcavüzü nəticəsində minlərlə azərbaycanlının böyük qəddarlıqla qətlə yetirilməsindən, yaşayış məntəqələrinin yerlə-yeksan edilməsindən, minlərlə insanın evindən-obasından didərgin düşməsindən, baş müəllim Mətanət Mustafayeva Mart Soyqırımlarının milli mətbuat səhifələrində necə işıqlandırılmasından, dosent Mehriban Tağıyeva Pirəmsaq döyüşündən, İqtisadiyyat və idarəetmə fakültəsinin II kurs tələbəsi Əli Məmmədli Şamaxı soyqırımından danışıblar.Quba şəhərində Soyqırımı Memorial Kompleksinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Ələkbər oğlu Talıblı tədbirdə çıxış edərək 1918-ci ilin may ayında bolşevik adı altında quldur erməni dəstələri tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinin soyqırıma məruz qalması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərancamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılmasına qərar verilməsi haqqında məlumat verib.Tədbirdə 31 mart soyqırımı gününə, eləcə də, 44 günlük Vətən Müharibəsində Ermənistan tərəfindən Gəncənin ballistik raketlərdən atəşə tutulmasından bəhs edən video-çarxlar nümayiş olunub.