Elmi şuranın sədri, Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov Elmi Şuranın 11 saylı iclasını açıq elan edib, gündəlikdə duran məsələləri diqqətə çatdırıb.Daha sonra 2022/2023-cü tədris ilində ATU-nun fəaliyyəti və perspektiv inkişafı haqqında universitetin rektoru v.m.i.e. dos. Y.Ömərovun hesabatı dinlənilib.Sonra elmi katib Sevda Qurbanova 2023/2024-cü tədris ilinin birinci yarımili üçün universitet Elmi Şurasının iş planını müzakirəyə təqdim edib, müzakirələrdən sonra plan təsdiq olunub.Avtomatika, telekommunikasiya və informatika fakültəsinin dekanı Rövşən Hacıyevin hesabatı dinlənilib.İmtahan komissiyasının rəhbəri İlhamə Rəhimova yaz imtahan sessiyasının vəziyyəti, Eldəniz Bayramov Apellyasiya komissiyasında işin gedişatı ilə bağlı məruzələrlə çıxış ediblər.Elm və innovasiyalar üzrə prorektor əvəzi i.e.d. Mayıs Gülalıyev universitetin strukturunun optimallaşdırılması və yeni struktur bölmələrin yaradılmasına dair müvafiq komissiyanın hesabatını səsləndirib.İclas çərçivəsində tədris metodiki vəsaitlər təsdiq olunub, İctimai elmlər və multikulturalizm kafedrasının dos. Hüseyn Budaqov 75 illiyi münasibətilə, İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Tural Rüstəmov isə "Gələcək üçün Bacarıqlar" layihəsində II yer tutduğuna görə fəxri fərmanla təltif ediliblər.