Azərbaycan Texnologiya Universiteti ilə “Alexandru İoan Cuza” Universiteti arasında görüş keçirilib Azərbaycan Texnologiya Universiteti ilə “Alexandru İoan Cuza” Universiteti arasında görüş keçirilib. Rumıniyada, “Alexandru İoan Cuza” Universitetində baş tutan görüşdə Azərbaycan Texnologiya Universitetini Tədris şöbəsinin müdiri Raqif Hüseynov və Elektron xidmətlərin təşkili və informasiya şöbəsinin müdiri Arzu Əsgərov təmsil edib. Görüş hər iki universitet arasında imzalanacaq əməkdaşlıq memorandumunun detallarının müzakirə edilməsi məqsədilə təşkil olunub. Görüş zamanı R.Hüseynov Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərovun qarşılıqlı əməkdaşlığın perspektivlərinə dair təkliflərini təqdim edib. Memorandumun detallarının müzakirəsi zamanı fakültələrarası əlaqələrə də toxunulub, Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsi ilə “Alexandru İoan Cuza” Universitetinin İqtisadiyyat və biznesin idarəetməsi fakültəsi arasında tərəfdaşlıq müqaviləsinin imzalanmasına dair razılıq əldə edilib.