Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən reallaşdırılan “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində “100 illiyin gələcəyi” adlı tədbir keçirilib.Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə mentorların ümumi inkubasiya proqramlarının yekunu olaraq formalaşdırdıqları 19 startap komandası layihələrini təqdim edib.Müsabiqədə Azərbaycan Texnologiya Universitetinin 3 əməkdaşı mentor qismində çıxış edib. Onlardan İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Tural Rüstəmov ikinci yeri tutaraq mükafata layiq görülüb.“Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsidir. Eyni zamanda innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilmələri əsas hədəflərdir.Ümumilikdə layihəyə 2000-dən çox tələbənin 181 startap ideyası təqdim olunub. Bu çərçivədə universitetlərdə mentor kimi hazırlanmış 130-dan çox müəllimin dəstəyi ilə 98 startap komandası formalaşdırılıb.Qeyd edək ki, layihə çərçivəsində Azərbaycan Texnologiya Universitetinin tələbələrindən ibarət startap komandalar da iştirak edib.