Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dosent Yaşar Ömərov mübadilə proqramı çərçivəsində xaricə gedən tələbələrlə görüşüb.

Y.Ömərov tələbələri uğurları münasibəti ilə təbrik edərək müvəffəqiyyətlər arzulayıb, ölkəmizi və universitetimizi layiqincə təmsil edərək bilik və bacarıqlarını artırmağı tövsiyə edib. Bildirib ki, xaricdə təhsil alan gənclərimiz ölkəmiz üçün faydalı olmalı, onlar üçün yaradılan şəraiti lazımınca dəyərləndirməlidirlər.

Görüşdə iştirak edən tələbələr Erasmus+ mübadilə programı çərçivəsində 2023/2024-cü tədris ili üçün 1 semestr müddətində Avropa ölkələrində təhsil alacaqlar. Belə ki, kompyuter mühəndisliyi ixtisasının 2-ci kurs magistrantları Sahib Əlihüseynov və Bəsti Cəfərova İspaniyanın Caen (Jaen) Universitetində, dizayn ixtisasının 2-ci kurs tələbələri Həsənzadə Murad Rumıniyanın İaşi Texniki Universitetində, Günel Hacıyeva isə Polşanın Varşava Ekologiya və Menecment Universitetində təhsillərini davam etdirəcəklər.