Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Füzuli, Cəbrayıl, Hadrut, Şuşa döyüşlərinin iştirakçısı olan tələbəmiz

Füzuli, Cəbrayıl, Hadrut, Şuşa döyüşlərinin iştirakçısı olan tələbəmiz Toğrul Məmmədov Mingəçevirdən olan, Turizm və otelçilik ixtisası üzrə qiyabi, II kurs tələbəmizi siz də tanıyın. Füzuli, Cəbrayıl, Hadrut döyüşlərində iştirak edən Toğrul Şuşa uğrunda gedən mübarizədə yoldaşlarıyla birgə mühasirəyə düşsələr də vəziyyətdən çıxaraq Çanaqçı kəndini işğaldan azad edə bilirlər. Hazırda xidmətini davam etdirən tələbəmizlə fəxr edirik! 

UTECA kollektivi əsgərlərlə görüşüb

Azərbaycan Texnologiya Universitetinin nümayəndələri əsgərlərimizi ziyarət ediblər. Müəllimlər cəsur Vətən oğulları ilə işğaldan azad olunan ərazilərdə görüşüblər, əsgərlərin istəyinə uyun apardıqları bir sıra əşya, geyim və məişət avadanlıqlarını çatdırıblar. 

Tələbəmiz Şahin Əmiraslanov

Şahin Əmiraslanov O, Murov yüksəkliklərini fəth edən şahinlərdəndir. Biznesin idarəedilməsi ixtisasımızın 2018-ci il məzunu, fəxrimizdir! 


Horadiz, Cəbrayıl, Zəngilan, Qubadlının işğaldan azad olunmasında iştirak edib

Ramin Əliyev Ekologiya mühəndisliyi ixtisasımızın 2014-cü il məzunu Tərtər istiqamətində, Milli Qəhrəmanımız Mübariz İbrahimovun uğrunda şəhid olduğu postun alınmasında iştirak etdib. Moto atıcı bölükdə vuruşan məzunumuz ardıcıl olaraq Horadiz, Cəbrayıl, Zəngilan, Qubadlının işğaldan azad edilməsi uğrunda döyüşlərdə olub. Fəxrimizdir! 

Qış imtahanlarının keçirilmə qaydaları

2020/2021-ci tədris ilinin qış imtahan sessiyası 11.01.2021–01.02.2021-ci il tarixlərində həyata keçiriləcək. Bütün akademik qruplarda imtahanlara saat 10:00-da start veriləcək. Semestr ərzində hərbi vəziyyət və pandemiya dövrü nəzərə alınaraq

• Dərslərdə minimum 5 % iştirak edən tələbələr imtahana buraxılacaq

• İmtahanlar Microsoft Teams vasitəsilə onlayn qaydada keçiriləcək

• Qrupun yazılı müraciətinə əsasən imtahan şifahi qaydada keçirilə bilər

• İmtahan müddəti hər fənn üçün 60 dəqiqə müəyyən edilib

• Microsoft Teams vasitəsilə imtahan prosesinə tam nəzarət ediləcək

• İmtahan nəticələri həmin gün elektron qaydada dekanlığa göndəriləcək

• Cari və aralıq qiymətləndirmə üzrə ümumi nəticələr 100 ballıq sistemlə aparılacaq 

“Vətən uğrunda” vebinari keçirilib

Azərbaycan Texnologiya Universitetinin İctimai elmlər və multikulturalizm kafedrası və Kitab oxuyaq Tələbə - müəllim Birliyinin təşkilatçılığı ilə “Vətən uğrunda” adlı vebinar keçirilib. Görüşdə 2–ci Qarabağ müharibəsi iştirakçıları və qaziləri iştirak edib. İştirakçılar Əvvəlcə Vətən müharibəsində canından keçənlərin əziz xatirələrini yad edib. Qazilərə şəfa, Şəhidlərimizə Allahdan rəhmət dilənib . Qazilər Sərxan Abbasov, Elçin Əliyev, Xəyal Abulov, Elnur Ələkbərov, könüllü əsgər Nəcməddin Əhmədov və I Qarabağ müharibəsi iştirakçısı Məhəmməd Cəfərov keçdikləri şərəfli döyüş yolu, müharibə xatirələrini professor, müəllim və tələbələrimizlə bölüşüblər. Tədbirdə vətən müharibəsinə həsr edilmiş videoçarx nümayiş etdirilib. 2 saat davam edən vebinarda yüzlərlə izləmə qeydə alınıb.