Könül Qədimlinin bu dəfəki həmsöhbəti 2016-cı ildə ən gənc elm adamı mükafatına layıq görülən, səhiyyə və tibb cəhətdən dünyada ilk dəfə CERN - Avropa Nüvə Tədqiqatları Mərkəzində staj keçən həkim Ahmet Serdar Mutluer olacaq. Yayıma @uteca.edu.az rəsmi İnstagram səhifəsindən qoşulmaq olar.
2017-ci ildə universitetimizin Marketinq fakultəsinə qəbul olmuşdu. 1 il oxuduqdan sonra təhsilini dondurmuşdu. 27 il ermənilərin mifləşdirdiyi “Ohanyan səddi”ni Azərbaycan igidləri bir günə darmadağın etdi. Onların arasında Asim də vardı. Asim Əliyev Füzuli döyüşlərində şəhidlik zirvəsinə ucalıb. Qürur duyuruq! Allah rəhmət eləsin...
Təhsilini yarımçıq qoyaraq könüllü cəbhəyə yollanan tələbəmiz Universitetimizin turizm və otelçilik ixtisasının 2-ci kurs tələbəsi İsgəndər İsgəndərzadə. Təhsilini yarımçıq qoyaraq könüllü cəbhəyə yollanan tələbəmiz Xocavənd istiqamətdində gedən döyüşlərdə iştirak edib. Qürur duyuruq!
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşən məzunumuz Zahir Vətən oğlu deyir ki, eşitdim onlayn dərslər başlayıb, həmin vaxt Azərbaycan Texnologiya Universitetinin tələbələri olaraq biz də burda ermənilərə dərs verdik! Əsgərlərimiz, Qazilərimiz və Şəhidlərimizlə qürur duyuruq.
23 noyabr tarixində saat 21:00-da Türkiyənin Qida sahəsində öz sözunü deyən mütəxəssis Tuncay Baycan ilə maraqlı mövzu və müzakirələrlə dolu canlı yayın olacaq. Yayımı universitetin rəsmi @uteca.edu.az səhifəsindən izləyə bilərsiniz. Bakı vaxtı ilə 21:00 Türkiyə vaxtı ilə 20:00