Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Tənqidi təfəkkür və təhlil

Dünya İqtisadi Forumunun bəyan etdiyi siyahıya əsasən (Top 10 skills of 2025) növbəti beş ildə insan davranış mədəniyyətində hansı kompetensiyalara yiyələnməlidir? Problemləri kompleks həll edən insan problemi ayrı-ayrı hissələrlə deyil, tam şəkildə dərk etmək üçün məlumatların təşkil strukturunu və sistemini anlayan, problemlə sistemin digər elementləri arasında əlaqələri müşahidələr yolu ilə aşkar edən şəxsdir. O, bütün sistemlərdə qarşılıqlı əlaqədə olan hissələrdən bir hissəsinin belə dəyişdirilməsinin digər hissələrə və bütün sistemə təsir etdiyini anlayır. Bu kompetensiyaya malik olan fərd analitik metod və vasitələrdən istifadə edir, sistemin məqsədini müəyyən edib, onu zehnində modelləşdirir, geniş təsvir edir və problemin həllində öz rolunu görür. 

Şahmat turnirinin qalibləri mükafatlandırılıb

Şahmat turnirinin qalibləri mükafatlandırılıb Azərbaycan Texnologiya Universiteti (UTECA) və“Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər 2 nömrəli Uşaq–Gənclər İdman–Sahmat məktəbinin birgə təşkilatçılığı ilə Umumilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümunə həsr edilmiş UTECA tələbələrindən ibarət şahmat yarışının qalibləri mükafatlandırılıb. Qeyd edək ki, fakültələrarası yarış 6 turdan ibrət olub. Chess.com platforması vasitəsilə təşkil olunan turnirə 50-yə yaxın tələbə qatılıb. Yarışda yüngül sənaye mühəndisliyi ixtisasının tələbəsi Kamil Hacıyev bütün görüşlərdə qalib gələrək I yeri tutub. Kompyuter mühəndisliyi ixtisasının tələbəsi Orxan Ələkbərov yarışın ikincisi, dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbəsi Taleh Abbasov isə 3-cüsü olub. Yer tutan tələbələrlə görüş keçirilib, diplom və hədiyyələr təqdim edilib.

SOCAR şirkəti Yay Təcrübə proqramına start verir

SOCAR şirkəti Yay Təcrübə proqramına start verir “SOCAR Polymer” 2021-ci ilin Yay Təcrübəsi proqramında iştirak etmək üçün ərizə qəbulunu elan edir. Şirkətin açıqlamasına görə bakalavr təhsili 4 illik olan təhsil müəssisəsinin 3-cü və 4-cü, bakalavr təhsili 5 illik olan təhsil müəssisəsinin isə 4-cü və 5-ci kurs tələbələri “SOCAR Polymer”in Sumqayıt şəhərində yerləşən PP və YSPE zavodlarının istehsalat sahələrində və ya ofis məkanlarında təcrübə keçəcəklər. Proqramın davam etdiyi 8 həftə ərzində təcrübəçilər ixtisaslı bir kollektivinin üzvləri olaraq real iş təcrübəsi əldə edəcəklər. İstehsalat təcrübəsi və yay təcrübəsi proqramları çərçivəsində həm maaş, həm də ödənişli məzuniyyət təklif edilir. Son müraciət tarixi: 17 may Qeydiyyat linki: https://www.socarpolymer.az/az/career/internships-programme/

Ətraflı: https://www.socarpolymer.az/az/news/291.html 


``Modern üslubun müasir geyimlərin bədii layihələndirilməsində tətbiqi``

 "Yüngül Sənaye Mühəndisliyi və Dizayn" kafedrasında vebinar keçirilib. Vebinarda kafedranın müəllimləri Validə Bağırova və Aqşin Hüseynov "Qarabağ milli geyim kompoziyaları və onun elementlərinin müasir geyimlərdə tətbiqi" istiqamətli Elmi tədqiqat mövzusunda çıxış ediblər. Daha sonra kafedranın magistrantı Həcər Əliyeva "Modern üslubun müasir geyimlərin bədii layihələndirilməsində tətbiqi" mövzusunda apardığı tədqiqat nəticələrini təqdim edib.Hər iki mövzu ətrafında geniş elmi diskusiya aparılmışdır. 

``AzerQold`` QSC UTECA tələbələrinə seminar keçib

Azərbaycan Tecnologiya Universitetinin “Müştəriyə Yönümlü Proqram” çərçivəsində iri istehsal müəssisələri ilə əməkdaşlığı davam edir. Bu çərçivdə "AzerQold" QSC müəssisəsi tərəfindən gələcək potensial əməkdaşları ola biləcək tələbələrimizə “İstehsalat və xidmətin təşkili zamanı yanğın təhlükəsizlik qaydalarına riayət edilməsi” mövzusunda seminar keçirilib. Seminarda əsasən metallurgiya mühəndisliyi və kimya mühəndisliyi ixtisaslarının tələbələri iştirak ediblər. Tədbirdə UTECA tələbələrinin çoxsaylı sualları cavablandırılıb. Qeyd edək ki, yaxın günlərdə "AzerQold" QSC mütəxəssislərinin tələbələrimizə qızıl hasilatı mövzusunda daha iki seminarının təşkili nəzərdə tutulub. 

Tədqiqatçılıq (aktiv öyrənmə və öyrənmə strategiyaları)

Dünya İqtisadi Forumunun bəyan etdiyi siyahıya əsasən (Top 10 skills of 2025) növbəti beş ildə insan davranış mədəniyyətində hansı kompetensiyalara yiyələnməlidir? Tədqiqatçı suallarına cavab tapmaq üçün müşahidələr aparan, geniş informasiya mənbələrinə yetişən və məlumatlar əldə edən şəxsdir. Bununla yanaşı o, sistemləşdirdiyi məlumatlara əsasən fəaliyyət istiqamətini müəyyənləşdirir, planlaşdırır və onları şərh edir.